Qonaq Kitabı
ŞEYDA

Tapança bir daha patlar. Əşrəflə Musanın arasında duran Rozanın köksünə isabə edər. Musa dərhal çəkilir.

 

Roza. Ah, annəciyim!.. (Bitab olaraq sıra üzərinə düşər).

 

Pərdə

 

 

DÖRDÜNCÜ PƏRDƏ

 

Ətrafı sərvlərlə əhatə olunmuş bir xıristiyan məzarlığı, səhnənin ucunda, məzarçıya məxsus bir oda, hənuz günəş batmamış... Mariya matəm əsvabında olaraq, ətrafı, üzəri əklillərlə, çiçəklərlə süslənmiş tazə bir məzar qarşısında dalıb gedir. Müller isə mütəəssir bir halda düşünüb durur. Bu sırada aşağıdakı türkü – şikəstə havasında olaraq – yaralı və tutqun bir ahənglə ətrafdan eşidilməyə başlar.

 

Türkü

Fələk hər gün qıyar bir novcəvanə,

Hər gün qılar bir aşiqi divanə.

Hər tərəf məzarlıq, hər yer qəmxanə,

Açılmadan solmuş çiçəkli bağlar.

 

Bir gülən yoq şu qayğılı dünyadə,

Çoqlar nakam olub irməz muradə,

Kimsəni görmədim zevqü səfadə,

Bülbül ağlar, sünbül ağlar, gül ağlar.

 

Maks Müller. Artıq günəş batıyor, getmiyəlimmi?

Mariya. Ah, bənim yeni doğmuş günəşim batdıqdan sonra, başqa günəşlərin batıb çıqmasında nə əhəmiyyət ola bilir!? (Gözləri yaşarmış olduğu halda). Ah, Roza, Roza, mələk Roza!

Maks Müller (onun qolundan tutaraq). Gedəlim, Mariya, vaqt keçiyor. (Istirham və nəvazişlə). Haydı, qalq, Mariya!

Mariya. Ah, bəni buracıqda, yavrucığazımın yanında bıraqıb getsən, daha məmnun olurum.

Maks Müller. Mariya! Gedəlim; qalq, gedəlim, yarın yenə gəliriz.

Mariya (qalqaraq). Gedəlim, of, gedəlim. (Müllerin yardımı ilə dörd-beş adım yürür, birdən-birə yaralı ahu baqışilə dönüb baqaraq.) Əlvida! Yavrum, əlvida!

 

Hər ikisi məhzun və mütəəssir adımlarla çəkilir. Bu sırada Rəuf ilə Məs’ud gəlir.

 

Rəuf (Mariyanın uzaqlaşdığı tərəfə baqaraq). Zavallı Mariya, bir an səbr və aramı yoq.

Məsud. Nə yapsın? Gözünün işığı, yeganə ümidi, bir qızcığazı var idi, o da əlindən getdi. Əvət! Mariyanın halı pək acınacaq bir hal... Lakin şu Musaya nə dersin? Bir həftə var ki, hökumət hərifi arıyor da, bir dürlü bulamıyor.

Rəuf. Doğrusu, bən onun sağ qaldığına əsla inanamıyorum. Allah Məcid

əfəndinin bəlasını versin, hərifi durduğu yerdə bədbaxt etdi.

Məsud. Hələ Şeyda, hələ Şeyda! Onu unutuyormusun?

Rəuf. Onu hiç söyləmə! Şeydanın dərdi çəkilir dərdlərdən deyil... O, Rozanın məcnunu olmuş, bən də onun. Yoqsa şimdi bənim buralarda nə işim?

Məsud. Nə etməli; əzizim, məhəbbət əsarətdir.

Rəuf. Ən tuhafı bu ki, Şeyda Rozanın ölümünə əsla inanmaq istəmiyor.

Məsud. Öylə isə onun burada nə işi?!

Rəuf. Kim bilir, bəlkə...

Məsud. Bəlkə biliyor da, sezdirmiyor, sezdirmək istəmiyor.

Rəuf. Xayır, inan ki, Əzrail belə şəhadət eyləsə yenə inanmaz.

Məsud. Haydı, kəndisini bulalım da, bən işin həqiqətini şimdi anlarım. Bu halda məzarçı odasından çıqar.

Rəuf (məzarçıya). Arqadaş! Dünkü hərifi gördünmü?

Məzarçı. Şıq bəyimi? Ixtiyarımı? Dağınıq saçlı dəliqanlıyımı? Hankisini soruyorsun?

Məsud (Rəufa). Şu böylə ixtiyar kim imiş, əcəba?

Rəuf. Bəy bizim Əşrəf, ixtiyar da babasıdır.

Məsud. Pəki, onlar burada nə yapıyor?

Rəuf (Rozanın məzarına işarətlə). Əşrəf bəy şu məzarın daimi mücavirlərindəndir. Babası da hər aqşam oğlunun arqasınca qoşub duruyor, kölgəsi kibi peşindən ayrılmıyor.

Məzarçı (ətrafa). Əcaib şey! Nerdə bir şaşqın, sərsəri varsa həp buraya toplaşır.

Məsud. Haydı, Şeydayı bulalım da evə gedəlim.

Rəuf. Əvət, gedəlim, bəlkə şad bir xəbər duyarız.

Məsud. Nə şad xəbər?

Rəuf. Inqilab xəbəri...

Məsud. Nasıl inqilab?

Rəuf. Yəqindir ki, qocaman şimal ayısının dərisi parçalansın. Müstəbid rus zənciri üzərimizdən qalqsın və hər millət kəndi yurduna, kəndi hüququna qavuşsun.

Məsud. Gəl canım, gəl... sən də Şeyda kibi xəyalpərəst olma!..

 

Gedərlər.

 

Musa başında əski, yırtıq bir şapka, təbdili-qiyafət etmiş olduğu halda məzarçı odasından çıqar. Rəufla Məs’ud getdiyi tərəfə baqaraq məzarçıya.

 

Musa. Onları tanıyormusun? İştə bizim əski arqadaşlar!

Məzarçı. Aman, odaya çəkil; başqa bir adam daha gəliyor.

Musa (müstəhzi). İştə o da bizim başımızın sahibi Məcid əfəndi! (Məmnun). Amma nə eyi təsadüf. Hiç şimdiyə qadar bir avın avçıyı izlədiyini eşitdinmi?

Məcid əfəndi. Haydı, söylənmə, odaya get; bən də şuradakı odunları gətirəyim.

Musa. Pəki, arqadaş, pəki... (odaya girər, məzarçı da bir tərəfə gedər).

Məcid əfəndi (ağır adımlarla məzarçının odasına yaqlaşaraq). Bana baq! Orada kim var?

Musa (çıqar. Tanınmayacaq bir səslə). Kimi istiyorsun?

Məcid əfəndi. Əşrəf buraya gəlmədimi?

Musa (sükut edər).

Məcid əfəndi. Hər aqşam buraya gələn dəliqanlıyı görmədinmi?

Musa (cəvab verməksizin ona yaqlaşar).

Məcid əfəndi (qorqu və hiddətlə). Sağırmısın, yahu? Niçin cəvab vermiyorsun?

Musa. Əvət, alçaqca sözləri eşitməmək için sağırım.

Məcid əfəndi. Ah! (Deyə geri çəkilir).

Musa. Al, İştə sana ən kəskin cəvab! (Dərhal revolverlə köksündən vurur).

Məcid əfəndi. Ah, ax... (Deyə arqası üstə düşər).

Musa (vəhşiyanə). Gəbər!.. Gəbər, alçaq hərif, gəbər!.. Nihayət cəzanı buldun! (Müstəhzi). Tək əl işə yaramazmış, tək əldən səs çıqmazmış, öyləmi? (Çılğınca qəhqəhələrlə gülər).

Məzarçı (qoltuğunda beş-altı odun parçası olaraq gəlir, heyrət və təlaşla). Aman, şu hərif kim? Buna nə oldu?

Musa (acı qəhqəhə ilə). İştə sana yeni bir müştəri daha!

Məzarçı (şaşqın). Nə yapdın? Yahu, nə yapdın?

Musa. Başqa laf istəməz. (Cənazəyə işarətlə). Haydı, al da şuracıqdakı boş məzarə göm! (Təbdili-tevrlə). Amma şikar pək yağlı şikar! Saqın, ciblərini unutma!

Məzarçı. Ah, sən başımızı bəlayə soqacaqsın!

Musa. Haydı, çoq söylənmə! Şimdiyə qadar sən bana əmr etdin. Artıq bundan sonra sıra bənimdir.

 

Cənazəyi ayağından tutub göstərdiyi tərəfə çəkər, məzarçı da odun parçalarını

bıraqaraq baş tərəfdən yaqalar, bərabər götürürlər.

 

Əşrəf (onlar çəkildiyi sırada, yaralı qolu ağ məndillə bağlı olaraq gəlir, yaralıməhzun baqışlarla Rozanın məzarı qarşısında dalıb gedər, sonra məzarı tutaraq, sinirli və titrək bir səslə). Roza! Roza! Niçin bəni yalnız bıraqdın, niçin!?

 

Ani bir hiss ilə dönüb ətrafa baqar. Haman cənazə götürülən tərəfə getmək istər, bu sırada Şeyda başıaçıq, saçları dağınıq, solğun və pərişan bir halda yan tərəfdən qarşısına çıqar.

 

Əşrəf (bir-iki adım geri çəkilərək). Kim o?

Şeyda. Ah, xain, mərhəmətsiz!.. Sənin burada nə işin? Yoqsa, yoqsa bəni məhv etmək içinmi gəldin?

Əşrəf (müztərib). Şeyda, əmin ol ki...

Şeyda (onun sözünü kəsərək). Tanıyorum, bən səni tanıyorum, bəhanə istəməz. Qəlbimi nasıl parçaladınsa, vücudumu da öylə parçala, bəlkə rahatlanayım. (Həyəcanlı) Fəqət sən!.. Sən yaşa! Roza ilə bərabər yaşa! Roza ilə bərabər məsud ol!

 

Bu halda Əşrəfə doğru bir qurşun açılır. Hər ikisi şaşırıb durur. Fəqət hiç birinə dəyməz.

 

Musa (gələrək Şeydaya). Xayır! Xayır! Yaşayacaq sənsin, sən... Yalnız xainlər gəbərməli, xainlər məhv olmalıdır.

Əşrəf. Nə istiyorsun, yahu, bəndən nə istiyorsun?

Şeyda (ikisinin arasına girər. Istehzalı və məcnunanə bir baqışla Musaya). Çılğın hərif, səndəmi şaşırdın! Bəxtiyarların ölməsində, talesizlərin yaşamasında nə mə’na var? İştə məhv olacaq bənim, bən... Anlıyormusun?!

Musa. Aldanıyorsun, Şeyda, aldanıyorsun... Çəkil önümdən, çəkil.

Şeyda. Xayır, xayır! Bən bu intiqama razı deyilim. Baqsana, burası xıristiyan məzarlığı... şu xaçları görmüyormusun? Hiç isayı xatırlamıyormusun? İnan ki, əfv etmək, intiqam almaqdan daha müdhişdir. (Bu sırada Rozanın xəyalı görünür, təkrar çəkilir). Baq, baq, Rozayı görmüyormusun? İştə o da intiqamdan sıqılıyor, o da əfv etməni diliyor. (Qısa bir qəhqəhədən sonra) Əvət! “Düşmanlarını sev. Əgər bir kimsə sağ yanağına vursa, ona digər yanağını çevir!” Anladınmı? Hiç anlıyormusun? (İstehzalı qəhqəhələrlə gülər. Əşrəfin qolundan tutub itərək). Haydı, əfəndim, get! Get də, rahət yaşa, Roza ilə bərabər yaşa!

Musa. Xayır, getməyəcək, gedəmiyəcək!

 

Təkrar tapança ilə nişan almaq istər, bu sırada Rəufla Məs’ud bir tərəfdən, məzarçı da digər tərəfdən çıqar.

 

Rəuf. Musa! Musa! Nə yapıyorsun?

Məsud (Əşrəfin qolundan tutaraq). Bana baq, söyləyəcək sözüm var.

 

Bir tərəfə çəkilirlər. Musa onları izləmək istər.

 

Məzarçı (mane olaraq). Dur bə, şaşqın hərif! Hiç nə yapdığını düşünüyormusun? (Bu sırada bir qaç kərə ıslıq səsi eşidilir. Məzarçı təlaşla). Ah, şimdi polislər ətrafımızı saracaq.

Musa. Fəqət yılanı öldürüb də yavrusunu bıraqmaq sərsəmlik deyilmi ya?!

Məzarçı. Sus bə, yahu, çıldırıyormusun? Bəri gəl, səninlə işim var. (Musayı bir tərəfə çəkər).

Rəuf (Şeydaya). Pəki, qalpağını nerdə bıraqdın?

Şeyda (acı təbəssümlə). Ruzigarın xoşuna getdi də, alıb götürdü.



 
[1] [2] [3] [4] [5] [6] [7] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info