Qonaq Kitabı
ŞEYDA

Olmuş bizim qidamız.

 

Arqadaş, göz aç, aman!

Qalq ölüm uyqusundan!

Zülmə çoq əydin boyun,

Çoq əzildin, qalq, oyan!

 

Marş başlandığı kibi Məcid əfəndi daxil olur. Şaşqın bir halda azacıq dinlər, haman hiddətlə mətbəəyə enər.

 

Rəuf (Şeydayə). Nədir bu yahu; hiç öylə bir yazı böylə abdallara, böylə sərsəm həriflərə verilərmi ya!?

Şeyda. Nə yapalım, əzizim. Nə yapalım! Xəbərim olmadan dəftərlərimin arasından çalmışlar.

Rəuf. Kağız ələ keçərsə pək fəna... Həm də Məcid əfəndi əsla yaqanı bıraqmaz.

Şeyda. Artıq keçmiş.

 

Azacıq sükut.

 

Məcid əfəndi (mətbəədən çıqar, əlində tutmuş olduğu kağızı hiddətlə süzərək). Şeyda! Bunları sənmi yazdın?

Şeyda (sükut edər).

Məcid əfəndi. Mühərrirlər içində səndən başqa böylə yazı yazan yoq... (Qızğın.) Bunları sənmi yazdın?..

Şeyda (qısa bir tərəddüddən sonra). Əvət...

Məcid əfəndi. Öylə isə, daha burada sənlik bir iş yoq. Ah, bəni Nikolayın candarmalarına təslim etməkmi istiyorsun? Söylə, sana burası mətbəəmi, yaxud inqilab ocağımı?

 

Şeyda düşünüb durur.

 

Məcid əfəndi. Düşünmə, mətbəədə bir alacağın varsa, söylə!..

Şeyda. Xayır...

Məcid əfəndi. Daha bəkləyib durmaqda mə’na yoq... Haydı, gedə bilirsin.

Şeyda (paltosunu alaraq sinirli və mütəəssir). Lakin... Lakin...

Məcid əfəndi (sözünü kəsərək). Haydı, yavrum, haydı!.. Başqa laf istəməm.

Şeyda (kinli bir baqışla Məcid əfəndiyi süzərək yarım səslə). Ah, əvət!.. (Deyə qapıyı qapayıb çıqar).

Məcid əfəndi (Musaya). Pəki, sən nə istiyorsun?

Musa. Əgər mümkün olsa...

Məcid əfəndi. Söylə, bitir! Bəkləyəcək vaqtım yoq...

Musa. Əgər mümkün olsa bir qadar para veriniz, bir də...

Məcid əfəndi (usanmış bir halda). Pəki, bir də?..

Musa. Mətbəədə bir iş veriniz. Tək əlimlə də olsa, çalışmaq istərim.

Məcid əfəndi (para çantasını çıqarır, bir qaç qaimə verərək). Al, iştə bu da evinə biçilən qiymətin üçdə biri, son qisti... Daha bir alacağın qalmıyor... İki ay sonra evdən çıqıb da kəndinə başqa yer bulmalısın, anladınmı!? (Böyük bir dəftər açar. İki-üç söz yazaraq). Haydı, gəl də, imza et...

Musa (imza edərək). Əfəndim, şu para da ancaq iki ay evi idarə edər. Lakin sonra... Ah, hər halda bana bir iş verməlisiniz.

Məcid əfəndi. İş yoq deyil, fəqət tək əldən səs çıqmaz.

Musa. Pəki, bu əl ki, mətbəədə əzilmiş, o əl sahibinə burada da iş bulunmazsa, əcəba, nerdə bulunur?

Məcid əfəndi. Nə yapalım? Qüsur kəndində. Üsulluca hərəkət etməliydin.

Musa. Əfəndim, bən hiç... Fəqət çoluq-çocuğumu düşünməlisiniz.

Məcid əfəndi. Yoq dedilər. Artıq bitdi. Musa (çıqmaq üzrə qapıya yaqlaşır, bir daha dönərək). Əfəndim!

M ə c i d ə f ə n d i . Haydı, get, daha söylənib durma!

Musa (sinirli). Əfəndim, bən sizdən yardım diləmiyorum, mərhəmət ummuyorum. Yalnız bir iş, bir vəzifə istiyorum. (Həyəcanlı.) Yalnız bir iş... yalnız bir vəzifə!..

Məcid əfəndi (son dərəcə hiddətlə). Dedim ya, saçma dinləməyə vaqtım yoq... Tək əl işə yaramaz, eşitmiyormusun?

Musa (şaşqın və çılğın). Tək əl işə yaramaz, öyləmi!? (Acı qəhqəhələrlə.) Ah, alçaq, vicdansız!..

 

Pərdə

 

 

İKİNCİ PƏRDƏ

 

Küçük, sadə bir oda... Sağda iki pəncərə, solda bir qapı, ucda bir yataq karyolası... Pəncərə önündə bir masa və bir qaç iskəmlə... Masa üzərində bir-iki qədəh, su və raqı sürahisi, qarmaqarışıq bir taqım qəzetlər, məcmuələr və kitablar... Divarda büyücək bir ayna, bir taqım şairanə rəsimlər və levhələr... Lampanın ölgün ziyası odayı aydınlatır. Odanın qapısı balkona, pəncərələr isə bağçaya açılır. Nisanın son gecəsi... Aydınlıq... Rəuf ilə Məs’ud bağça tərəfində görünərək pəncərəyə doğru yaqlaşırlar.

 

Rəuf (parmağilə pəncərəyə vuraraq). Şeyda! Şeyda!

Məsud. Odasında yoq, gedəlim.

Rəuf. Şeyda! Yahu, nerdəsin?

Məsud (boylanıb odaya baqaraq). Xayır, burda yoq... Gedəlim, sonra bir daha gəliriz. (Gedərlər).

Mariya (odaya daxil olur, lampayı aydınlataraq). Əşrəf bəy, Əşrəf bəy! Bəri gəlsənə!..

Əşrəf (gələrək). Nə imiş, Mariya? Şeyda buradamı?

Mariya. Xayır, kəndisi yoq... yalnız ayinəyi-həyatı olan odasını seyr edə bilirsiniz.

Əşrəf (yarımqəhqəhə ilə). Amma da oda ha, gerçəkdən pək tuhaf mənzərə!.. Hər tərəfdə bir qırıqlıq, bir pərişanlıq, hər guşədə bir öksüzlük, bir məhzunluq yaşıyor, həm də hər təklifdən, hər qeyddən azadə... (Pəncərədən bağçaya baqaraq.) İştə ən laübali, ən şairanə bir həyat!..

Mariya. Ah, bilməm ki, Maks Müller şu sərsəmi bu odaya niçin gətirdi. Böylə əsəbi qomşu hər halda insanı usandırır.

Roza. Şeyda nerdə?

Mariya. Kim bilir, yenə şimdi hanki meyxanədə qafayı dumanlatıyor.

Roza (Əşrəfə). İnan, Şeydayı görsəniz, tanıyamazsınız, mətbəədən çıqalı bəri büsbütün dəyişmiş. (Masa üzərindəki raqı qədəhini göstərir). Həm içkiyə pək düşkün, həm də son dərəcə sinirli və bədbin olmuş...

Mariya. Gecələr çılğın, sərsəm bir aktyor kibi həp çığırıb bağırıyor. Həyəcanlı və qorqunc gurultular ilə kimsəyə rahət vermiyor.

Əşrəf. Təbii, səbəbsiz deyil a!?

Roza (təbəssümlə). Kim bilir!

Mariya (çıqaraq). Nəmizə lazim, canım, haydı gəliniz bir qəhvə içəlim.

Əşrəf (Mariya çıqdığı kibi Rozanın əlini öpər). Roza, yenə Şeydayı seviyorsun, deyilmi?

Roza (heyrət və təbəssümlə). Sevməkmi!? Heyhat! Bən yalnız ona acıyorum, həm də bir zavallıya acır kibi acıyorum.

Ə ş r ə f . Ah, nə qadar mərhəmətli, nə qadar alicənabsın! (Təkrar əllərini öpməyə başlar.)

Mariya (dışarıdan). Əşrəf bəy! Roza!

Roza. Gedəlim artıq, validəm bəkliyor.

Əşrəf. Şeydayə yazılacaq bir-iki sözüm var. Sən get, bən də şimdi gəlirim.

Roza (çıqaraq). Saqın, çoq gecikmə...

Əşrəf. Bu saət gəlirim. (Masa üzərindən bir parça kağız alır, lakin bir şey yazamaz, cığarayı dumanlataraq ağır və düşüncəli adımlarla odada gəzinməyə başlar.)

Şeyda (pərişan bir qiyafətdə daxil olaraq). Vay, əfəndim! Xoş gəldiniz, səfa gətirdiniz... (Əşrəfin əlini sıqaraq.) Nasıl oldu da birdənbirə dərvişləri yad etdiniz?

Əşrəf (heyrətlə). Dərvişmi? Vallahı bən bu dərvişliyi sultanlığa tərcih edərim.

Şeyda (acı təbəssümlə). Bəlkə!..

Əşrəf. Lakin gözümə pək məhzun görünüyorsun.

Şeyda. Orasını hiç sorma.

Əşrəf. Təbiətimi biliyorsun, Allah eşqinə söylə, qəlbində nə varsa həpsini aç, söylə!

Şeyda (müztərib). Nə söyləyim, qardaşım, nə söyləyim! Tam iki aydır ki, tale, iqbal, ümid, ümidi-istiqbal, hər şey, əvət, hər şey bəncə məhv olub bitmiş... Lakin bunca ümidsizliklərə qarşı, yenə kəndimdə bir az mətanət, bir az müqavimət hiss ediyordum. (Həyəcanlı.) Əfsus, əfsus ki, o da qeyb oldu. Əvət, yalnız Rozanın eşqi ilə yaşıyordum, yalnız o qəddar afətlə təsəlli buluyordum; əfsus ki, o da bəni atdı, o da bəni unutdu. Bir binada yaşıyorkən həftələrlə gözümə görünmüyor.

Əşrəf. Xayır, Şeyda! Yanılıyorsun, çünki o son dərəcə lütfkar və mərhəmətli bir mələkdir.

Şeyda (mə’yus). Əvət, ehtimal ki...

Roza (daxil olaraq). Aqşamlar xeyir, Şeyda, nasılsınız? (Əlini Şeydaya uzatır).

Şeyda (əl verərək). Təşəkkür edərim.

Əşrəf (Şeydaya). Bilirmisin, yarın mayısın biridir. Onunçin mürəttiblər bir səhra gəzintisi, səhra ziyafəti yapıyorlar, bizi də misafir də’vət ediyorlar.

Roza. Nerəyə? Əcəba hanki tərəfə gediyorlar!?

Ə ş r ə f . Hanı ya, şəhərdən kənar, təpə başında mənzərəli bir bağça yoqmu ya? İştə oraya getmək istiyorlar.

Roza. Çalğı taqımı da olacaqmı?

Əşrəf. Təbii, çalğısız bir ziyafət nəyə yarar?

Roza. Nədənsə bilməm; Şərq musiqisi bənim son dərəcə xoşuma gediyor.

Əşrəf. Tənəzzül buyurulsa pək məmnun oluruz.

Roza. Zatən, bən səhra gəzintisini pək sevərim, maneə çıqmazsa bərabər gedəriz.

Əşrəf. Baqalım, Şeyda nə diyor?

Roza. Şübhəsiz, rədd etməz.

Əşrəf. (Şeydayə). Gələcəkmisin?

Şeyda (yarı mütərəddid). Gəlirim, əfəndim.

Mariya (dışarıdan). Roza! Nə oldunuz?

Roza (qapı arqasından). Gəliyoruz, gəliyoruz. (Hər ikisinə). Haydı, birər qəhvə içəlim.

Şeyda. Təşəkkür edərim.

Əşrəf (Şeydayə). Haydı, baqalım...

Şeyda. Azacıq rahatsızım, siz buyurun, bən də sonra gəlirim.

Əşrəf (Rozaya). Zərər yoq, biz gedəlim.

Mariya (dışarıdan). Roza!..

Roza. Gəliyoruz.

 

Əşrəflə bərabər çıqar. Şeyda alnını ovuşturaraq düşüncəyə dalar.

 

Məsud (dışarıdan). Müsaidə buyurulurmu?

Şeyda. Kim o? Gəl baqalım.

Məsud (birinci və ikinci mürəttiblə bərabər daxil olaraq.) Çoq şükür, nihayət bula bildik.

Şeyda. Buyurun, əfəndilər, oturun... (İskəmlə və karyola üzərində otururlar.)

Məsud. Nerdəsin, yahu? Bu aqşam bir kərə kəndim, bir daha Rəufla bərabər gəldik. Odada yoq idin...

Şeyda. Azacıq hava almaq için dışarı çıqmışdım.

Məsud. Yenə nə olmuş? Gözümə pək dalğın görünüyorsun.



 
[1] [2] [3] [4] [5] [6] [7] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info