Qonaq Kitabı
QAZILIQ QOCA OĞLU YEGNƏK

 

Bayandır xan dəstur verdi:

– İgirmi dörd sancaq bəyi

Atlansınlar.

Əvvəl, ol Dəmir Qapı Dərbənddə

Bəylik edən, qarğı süngüsü

Ucunda ər böyürdən,

Qırımına yetişəndə 

Kim olduğunu sormayan,

Qıyan oğlu Dəli Dondar

Sənin ilə belə varsın.

Ayğır gözlər sularında

At üzdürən, əlli yeddi

Sərt qalanın kilidin alan

İlək oğlu Dəli Əvrən

Sənin ilə belə varsın!

Qoşa burcdan qayım oxu

Əglənməyən, Yağrıncı oğlu

İlalmış belə varsın.

Üç kərə yağı görməsə,

Qan ağlayan Doğsun oğlu

Dəli Rüstəm belə varsın.

Əjdəhalar ağzından adam alan

Dəli Əvrən belə varsın.

Yer üzünün bir ucundan

Bir ucuna yetəm deyən

Soğan Sarı belə varsın.

Qalın Oğuz ərənləri

Saymaqla saya gəlməz,

Bayındır xan igirmi dörd

Sancaq bəyin ər oğlana

Yoldaş qoşdu.

Hamı bəylər cəm olub

Yaraqların götürdülər.

Yegnək o gecə yatırkən

Yuxu gördü, yuxusunu

Yoldaşlarına söylədi:

– Dünən gecə başım-gözüm

Qafıllicə yatır ikən

Yuxu gördüm, ala gözlərim

Açıban dünya gördüm.

Ağ-boz atlar çapızdıran

Ərlər gördüm, ağ işıqlı

Alpları yanıma saldım,

Ağ saqqallı Qorquddan mən

Ögüt aldım, ala yatan

Qara-qara dağlar aşdım,

İrəli yatan Qara dəniz

İçrə girdim, gəmi tapıb

Köynəyimi yelkən etdim,

İrəli yatan dənizi də

Dəldim, keçdim, ötəki qara

Dağ yanında alnı parlaq

Bir ər gördüm. Qalxaraq

Yerimdən durdum,

Qarğı dilli öz süngümü

Ələ aldım, qarşılayıb

O, igidə doğru vardım,

Qarşısından onu sancdım.

Gözətlədim göz ucu ilə

Ona baxdım, o ər dayım

Əmən imiş, bunu bilcək

Döndüm ona salam verdim,

Qalın Oğuz ellərində

Kimsən, dedim, qapaqlarını

Qaldırıb mənə baxdı:

– Oğul, Yegnək hara belə?

Mən aydım: – Dayı, Düzmurd

Qalasına, babam orada

Dustaq imiş.

Burada dayım mənə dedi:

– Yetdigimdə yel yetməzdi, yeddi nəslim,

Yeddi çölün qurdlarına bənzər idi, igidlərim!

Yeddi kişi ilə qurulurdu mənim yayım,

Qayın dalı biləgindən, sum altunlu mənim yayım,

Yel əsdi, yağmur yağdı, bürkü qopdu,

Yeddi kərə vardım, o qalanı alanmadım, geri döndüm,

Məndən daxı ər qopmazsan yegnəgim, dön geri.

Yegnək yuxusynda dayısına söyləmiş: 

– Qalxıbanı yerindən durduğunda, 

Ala gözlü bəy igidləri yanına almadın, 

Adı bəlli bəylər ilə sən yurtmadın, 

Beş aqçalı ülfəçilər yoldaş etdin, 

Onun üçün o qalanı alanmadın.

Yegnək yenə aydır:

– Kəsə-kəsə yemək üçün yıxnı yaxşı,

Kəsər gündə sərçeşmə yügrək yaxşı,

Gəldigində dursa, qalsa, dövlət yaxşı,

Bildigini unutmasa, ağıl yaxşı,

Qırımından dönməsə, qayıtmasa, ərlik yaxşı.

Yuxusunu igid Yegnək

Yoldaşlara nəql elədi.

Ancaq burda qoç dayısı

Yəqin etdi. Cümlə bəylər

Yoldaşlanıb yollandılar,

Gəlib Düzmurd qalasına

Yetişdilər, dayandılar. Kafərlər

Bunları görcək

Arşın oğlu Dirəgə xəbər verdilər.

O məlun da qalasından

Dışra çıxıb, meydan açıb,

Ər dilədi. Səlcuq oğlu

Dəli Dondar at yürütdü.

Altmış tutam sür cidasın

Qoltuq qısıb, o kafəri

Qarşısından susam, dedi.

Susamadı. Kafər təkur

Bir zərbədə qarmalayıb

Süngüsünü çəkdi aldı.

Altmış batman gürzü ilə

Başından Dondarı çaldı.

Dünya başına dar oldu,

Atını qaytarıb döndü.

Dönəbilməz Dülək Əvrən

Altı pərli çomağı ilə

Çapıb gəldi, yuxarıdan aşağıya

O kafəri qatı vurdu.

Dirək təkur qarmalayıb

Çomağın əlindən aldı.

Ona daxı gürz çaldı,



 
[1] [2] [3] [4] [5] [6] [7] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info