Qonaq Kitabı
MƏXFİ

Bakı    rus    türk   erməni        başqa          millətlər

Məktəblərin ümumi sayı -  57   24     20     9       4

Məktəblilərin sayı - 17.283 7650 5326 3584 659

 

II dərəcəli məktəblər        - 16, məktəblilər - 3254

 

 

 

 

Türk

- 44

___"_

194

Rus

-11

11__"_

2924

Erməni

-  1

_"_

136

Texniki-peşə təhsili

 

 

 

 

 

Aşağı

 

Fabrik-zavod şagirdlİyi 17,

məktəbli -

1218

Burada rus uşaqlann sayı

 

 

1192

Türk "

 

_"_

26

 

 

Orta

 

Texnikum 6,

 

məktəbli -

117999

(Nərimanov ad. türk) 1

 

 

252

 

 

 

 

 

Bakıda uşaq evləri 

 

Uşaq evlərinin sayı 37, uşaqların sayı 3773, onlardan türk uşaqları 527, rus uşaqları - 1858.

 

Bu məruzə - 1923-cü ilin yayında MK-ya təqdim edilmişdi. Partiyamızın həyatında baş verən hadisələrin gedişi bu materialın gələcəkdə tarixi bir sənəd kimi əhəmiyyət kəsb edəcəyini göstərir.

Mən bu əlavəni 1923-cü il dekabrın 23-də, bu məruzənin MK-ya təqdim edildiyi vaxtdan 6 ay keçdikdən sonra edirəm və mənim, demək olar ki, bütün mülahizələrim həyata keçdi.

1.         Almaniyadakı hadisələr bizim ümidlərimizi doğrultmadı. Əksinə, irtica daha da şiddətlənir. Bizim Qərbə olan meylimiz müvəffəqiyyətsizliyə uğradı. Bizim Şərqə münasibətimiz qeyri-müəyyən olaraq qalır; Şərqin bizə münasibəti gərginləşmişdir...

Müxalifətin MK-nın xəttinə qarşı çıxışı, demokratizm haqqında diskussiyanın gedişi partiyanın açıq-aydın parçalanmasını göstərir, Azərbaycanda Sovetlər qurultayı mənim mülahizələrimi kifayət qədər sübut etdi.

Qurultay, demək olar ki, Azərbaycan MK-nın müəyyən edilmiş siyahılara görə seçilmələrini lazım bildiyi adamlardan ibarət idi. Lakin necə vəziyyət yarandı? Mənim tərəfdarlarım olan Qədirli və Əfəndiyev yoldaşların çıxışları bütün qurultay tərəfindən alqışlandı.

Hüseynova, Qarayevə, Mirzoyana isə danışmağa imkan vermədilər. Bu, Kirov, Mirzoyan və başqaları tərəfindən qurultaya xüsusi siyahılar üzrə dəvət edilənlərin əhvali-ruhiyyəsini lazımi dərəcədə xarakterizə edir. Qurultay nümayəndə heyəti göndərib Qədirli və Əfəndiyev yoldaşlara: "Biz qorxuya salınmışıq, hər şey haqqında açıq danışa bilmirik. Əgər siz danışmaq üçün özünüzdə cəsarət hiss edirsinizsə, onda danışın: biz bu və ya başqa yolla sizi nümayişkaranə müdafiə edəcəyik" deməyi tövsiyə etmişdi. Düzünü demək lazımdır ki, qurultay həddini aşmışlara onların vəziyyətinin səbatsız olduğunu göstərdi. Lakin qurultayın rəyasət heyətinin, yəni Mərkəzi Komitənin hökumətin siyasətinin bəyənilməsi haqqında təklif etdiyi qətnaməsi yekdilliklə qəbul edildi.

Bizim şəraitdə bu yekdil qərarın nə demək olduğunu hər kəs bilir. Qədirli və Əfəndiyev qurultayın əhval-ruhiyyəsini nəzərə alaraq xüsusi qətnamələr təklif etmirdilər, yəni bununla bir daha sübut etdilər ki, biz parçalanmadan uzağıq, lakin biz həqiqət tərəfdarıyıq və riyakarlıq əleyhinəyik.

Bizim xəttimiz tamamilə düzgün xətdir: biz partiyada parçalanmaya yol verməyəcəyik, lakin əlimizdə olan vasitələrlə öz fəaliyyətləri ilə ümumi işimizi məhv edənləri ifşa edəcəyik.

Mərkəzin nümayəndəsi Kirov Azərbaycanda onun siyasətinin qurultay tərəfindən yekdilliklə bəyənildiyi haqqında partiya MK-nın məruzəsini edəcəkdir və Mərkəz də buna inanacaqdır...

Beləliklə, qəza baş verənə qədər özümüzü aldatmaqla məşğul olacağıq.

Bütün bunları bu sənəddə ona görə qeyd edirəm ki, partiyamızın tarixi bizim iflasa uğramağımızda kimin haqlı, kimin günahkar olduğunu bilsin. Qabaqcadan demək olar ki, biz uçurumun kənarındayıq.

Bu məruzə ilə əlaqədar olaraq Bakıya komissiya göndərilmişdi. Komissiyanın üzvləri Yaroslavski, Petrovski, Şkiryatovdan ibarət idi. MNK üzvü olan Yaroslavskinin yoxlanışdan sonra mənimlə söhbəti oldu və o dedi ki, guya mən öz məruzəmlə partiya MK-nı aldadıram.
Partiyanın ən ali məhkəməsinin üzvü olduqca ciddi işə belə yanaşır. Daha nə danışmaq olar? Bəs, əgər bu Yaroslavski üzvləri Bakı təşkilatı üçün "etibarlı" adamlardan ibarət olan qurultayın əhvali-ruhiyyəsini görsəydi və əgər o partiya və Sovet hakimiyyəti qarşısında
xəcalət çəkirsə, onda o, çox güman ki, utanardı...
Yol. Stalin bu məruzə ilə əlaqədar mənə dedi: "Məruzədə şəxsiyyətlərə toxunmaq lazım deyildi".

Mən məruzəni "Ucqarlarda inqilabımızın tarixinə dair" adlandırdım. Və Azərbaycanda bu və ya digər rol oynamış şəxsiyyətlər gələcək nəsil üçün xarakterizə edilməliydi. Bu sənədin işıq üzü görməyə imkanı yoxdur, lakin vaxt olacaq ki, tarix bizim qəzanın müqəssirlərini axtaracaqdır. Vaxt olacaq ki, Azərbaycan fəhləsi və kəndlisi belə bir sual qoyacaq: kimdir müqəssir? Onda bu adamlara aydın olacaq ki, Hüseynovlar, Qarayevlər, Axundovlar (Ruhulla) öz şəxsi mənfəətləri üçün Sovet Azərbaycanını simasızlaşdırır və onun mənafeyini topdan və pərakəndə satırdılar.

Lenin və Stalin yoldaşlara yazdığım məktublardan mən bu məruzəmdə elə məktubları əlavə edirəm ki, bunlar arxasında yol. Stalin dayanmış, o zaman güclü olan Serqo ilə apardığım mübarizəni aydın şəkildə göstərir.

Son zamanlar aydın olmuşdur ki, Serqo Mərkəzdən göndərilmiş nümayəndədir. Mən onunla mübarizəni yol. Lenin onu özünün məşhur məktubunda rüsvay edəndən əvvəl başlamışdım. Bu bir daha sübut edir ki, mən bu adamın "nə yuvanın quşu" olduğunu yol. Lenindən qabaq bilmişəm. Əgər əlverişli şərait yaranarsa, mən özümün "Ucqarlarda inqilabımızın tarixinə dair" qısa məktublarımı bu tərkibdə, təkcə MK üçün deyil, gələcək nəsil üçün davam etdirərəm.

Mən əminəm ki, bizim ideyamız qalib gələcəkdir. Bəlkə də biz öləcəyik, lakin ona görə öləcəyik ki, yenidən həyata qayıdaq. Və o zaman mənim qısa məktublarım gələcək kommımist rəhbərlər üçün faydalı olacaqdır.

   Moskva. 24.XII.1923.

N.Nərimanov

 

 

Mən bu əlavəni 1924-cü il mayın 27-də edirəm.

Bakı konfransı və AKP partiya qurultayı menşevik və daşnakların əli ilə partiyanın parçalanması məsələsində bizim nöqteyi-nəzərimizin düzgünlüyünü bir daha qeyd etmək üçün zəngin material vermiş oldu.

Bu məruzədə təxminən bu barədə danışılır ki, 1) erməni "yoldaşlar" və rus şovinistləri - Bakı təşkilatının rəhbərləri cinayətkar siyasət həyata keçirirlər, keçmişlərindən qorxan müsəlman işçilərin qüvvəsindən istifadə edərək öz məqsədlərinə - partiyanı parçalamağa nail olmaq üçün solluq oyunu oynayırlar.

Bir il keçdikdən sonra, son dərəcə dəqiqliklə qabaqcadan dediklərimiz həyata keçdi.

Biz öz məruzəmizdə həmişə deyirdik ki, 2) türk fəhlələri arasında iş aparılmadığı üçün və onlara yanlış münasibət üzündən türk və rus fəhlələri arasında antaqonizm genişlənir. Onların ölkənin idarə edilməsində və s. rus fəhlələri ilə birlikdə şüurlu surətdə iştirak etmələri üçün türk fəhlələrinin inkişaf səviyyəsini yüksəltmək zəruridir.

Məruzədə mən birbaşa göstərirəm ki, 3) bu, məlum proqram üzrə məlum şəxslər tərəfindən həyata keçirilir ki, onlar nəyin bahasına olursa olsun, Azərbaycanı simasızlaşdırmaq, öz miskin məqsədləri üçün onu gücdən salmaq istəyirlər. Bu məqsədə nail olmaq üçün onlar özləri çıxış etməyib, Azərbaycandan olan türkləri Azərbaycanın mənafeyini müdafiə edənlərə qarşı çıxış etməyə məcbur edirlər. İş "parçala və hökm et" şüarı altında getmiş və gedir.

Bizim qabaqcadan dediklərimiz - eser, menşevik və müsavatçı qruplar partiyanı parçalamaq üçün solluq oyunu oynayırlar, biz qeyd edirik - artıq həyata keçmişdir. Məruzədə onlardan bəzi daha mühüm olanları qeyd edilmişdir, ikinci dərəcəli olanlar qeyd edilməmişdir.

Mənim irəli sürdüyüm məsələləri araşdırmaq üçün Bakıya gəlmiş məlum komissiyanın kommunist vicdanına zərbə endirmək üçün, mən onların familiyalarını təkrar edirəm: eserlər Xanbudaqov, Axundov Ruhulla, Cəbiyev Həbib, Rəhim Hüseynov, Cahangir Nağıyev, müsavatçı M.D.Hüseynov, menşevik Qarayev.

Onların cinayətkar işi özünü nədə göstərmişdir.

Özünün "Qafqaz siyasəti"nin inkişafına mane olan her şeyi məhv etmək üçün Serqoya məni Azərbaycandan uzaqlaşdırmaq lazım idi. O, məsləhət üçün Mirzoyana müraciət etdi, Mirzoyan dedi: "Bizə ancaq sənin razılığin lazımdır və Nərimanov burda olmayacaq". Serqo dedi: "İşində ol". Mirzoyan mənim EFKA-dan qovduğum və bu andan solluq oyunu oynamağa başlayan, Qarayev və M.D.Hüseynovla birlikdə mənə qarşı açıq çıxış edən, Mirzoyana çox şey vəd edən həmin Xanbudaqova müraciət etdi; o mənə qarşı fəaliyyətə başlamaq üçün MK-ya katib keçirilməsini xahiş edirdi.

Bu, Mirzoyan tərəfındən yerinə yetirilir: onu - Xanbudaqovu, AKP MK-ya katib seçirlər və iş başlayır, o öz qohumlarını qəzalara göndərir və onlara tapşırıqlar verir ki, heç yerdə Nərimanovun adını çəkməsinlər və onu heç yerə seçməsinlər və i.a. Belə bir işi qur-tardıqdan sonra Xanbudaqov Mirzoyana deyir: "Mənim qəzalarım hazırdır". Mirzoyanın özünün fəhlə rayonları artıq çoxdan hazır idilər. Serqoya məlumat verirlər ki, indi Nərimanovu cəsarətlə çıxarmaq olar. Moskvada daha yüksək vəzifə verilməsi bəhanəsi ilə çıxarırlar. Və həqiqətən SSR İttifaqı MİK-nın sədri seçirlər. Mirzoyan və Serqo şadlıq edirlər: məni çıxartdılar və heç bir şey olmadı, Azərbaycanda nəinki üsyan yoxdur, hətta heç kim Nərimanovun adını çəkməyə belə cürət etmir. Və əgər bəzən bir sıra yoldaşlar "axmaqlıqları" üzündən qurultaylarda Rəyasət Heyətinə fəxri üzv təklif edirlərsə də, çox asanlıqla "ehtiyac yoxdur" deyirlər və bütün bunlar rahatca həll olunur.

Bütün bunlar Azərbaycanda Xanbudaqovun bacarığını və nüfuzunu göstərir.

Serqo şadlıq edir: Xanbudaqov ən yaxın, ən sadiq adama çevrilir. Bəs, Xanbudaqovun başqa eser Axundov Ruhullanın bilavasitə təsiri altında işlədiyini kim bilmir?

Yeri gəlmişkən, həmin bu Xanbudaqov son vaxtlar dəfələrlə başqa yoldaşların vasitəsilə mənə çatdırırdi ki, guya mən həddən artıq açıq fəaliyyət göstərirəm və onların (eserlərin) uğrunda mübarizə apardıqları işi korlayıram. Mən cavab verdim: Mənim partiyadan gizli heç bir sirrim yoxdur və gələcəkdə də belə hərəkət edəcəyəm. Keçən yaz Xanbudaqov Moskvada olarkən S.M.Əfəndiyev vasitəsilə məndən xahiş etmişdi ki, hansı bir söhbət üçün isə onu qəbul edim. Mən Əfəndiyevə rədd cavabı verib dedim: o fırıldaqçıdır, mənim onunla heç bir işim ola bilməz. Üçüncü dəfə S.M.Əfəndiyev məni razı sala bildi və dedi: ona qulaq asmaq lazımdır, bəlkə öz səhvlərindən peşman olub. Mən yol. Əfəndiyevə güzəştə getdim. Onu qəbul etməyə razılıq verdim. Əfəndiyevin yanındaca onu qəbul etdim. O, hələ oturmağa macal tapmamış, mən onu sözlərlə qabaqladım: mənim partiyadan gizli sirrim yoxdur. Və sənin bütün bunları Serqo Orconikidzeyə çatdıracağını bilməyimə baxmayaraq mən açıq danışmağa öyrəşmişəm. O bu sözdən incidi və heç bir şey demədən çıxıb getdi. Beləliklə, RKP Mərkəzi Komitəsinin nümayəndəsi olan Serqonun xeyir-duası ilə Azərbaycanda partiyanın taleyi tapşırılmış bu fırıldaqçıya qulaq asa bilmədim. Bəs, Xanbudaqovun fırıldaqçı olmağı düzdür? Əgər bu sübuta yetirilərsə, onda Serqonun, Bakı Komitəsinin bu fırıldaqçını müdafiə edən başda Petrovski olmaqla məhşur komissiyanın vəziyyəti necə olacaq?

Lakin partiyanın və mənim məsləkdaşlarımın xoşbəxtliyindən bu məruzədə adları çəkilmişlərin hamısı firıldaqçı çıxdılar. Bir qisminin sir-sifəti daha qabarıq nəzərə çarpırdı, başqalarınkı isə o qədər də aydın görünmürdü, lakin bunlar arasında əlaqənin mövcudluğuna heç bir şübhə yoxdur. (Sonuncu Bakı konfransı 1924-cü ilin aprelində). Qoy Xanbudaqovu Mirzoyan özü ittiham etsin ("Bakinski raboçi", 1924-cü il 30 aprel, çərşənbə). "Bakinski raboçi"nin bu nömrəsində Mirzoyanın Bakı konfransındakı nitqi verilmişdir, burada o Xanbudaqova onun (Xanbudaqovun) milli məsələyə dair yazdığı məqaləsi ilə əlaqədar olaraq cavab verir.

Bu və başqa nitqlərində, artıq yoxlanılmış mənbələrdən görünür ki, Mirzoyanın son vaxtlar vəzifədən atdığı agent qohumlarının mənafeyini müdafiə etmək məqsədilə Xanbudaqov birdən-birə milli məsələnin belə bir quruluşunu irəli sürdü: xristian və yəhudiləri qovmaq və onların yerinə müsəlman fəhlələri qoymaq zəruridir. O, AKP MK katibi olduğu zaman deyirdi ki, Azərbaycanda milli məsələ üzrə 12-ci qurultay tərəfindən qoyulan işin yüzdə biri də həyata keçirilməyib. Və maraqlı burasıdır ki, onun qohumları və agentləri işdən qovulmağa başlayanda o həmin andan bütün bunlar haqqında kəskin danışmağa və məsələ qaldırmağa başlayır. O nəinki bu barədə yazır, hətta rayonunda məsul türk işçiləri və fəhlələri arasında gizli iş aparır. Qəzalara göndərilmiş məsul işçilər AKP MK katibi Xanbudaqovun göstərişləri üzrə fəaliyyət göstərirlər; onlar yerli işçilərə deyirlər: biz mərkəzdə birləşmişik, Mirzoyanı və Kirovu yıxmalıyıq və i.a. Yerli işçilərin bir hissəsi razı olur, digər hissəsi yox. Və bu axırıncı hissə gizli iş aparanların adlarını konfransda açıb bildirir. Və bu işə kim cəlb edilmişdir? 1. Xanbudaqov, 2. Cəbiyev, 3. Quliyev M., 4. Rəhim Hüseynov, 5. Cahangir Nağıyev (bunların hamısı eserdir), 6. M.D.Hüseynov (müsavatçı) və bir də Ağayev qardaşları qrupu, bunlar çoxdan fırıldaqçılar kimi məlumdur, lakin onlar hər yerdə mənə qarşı çıxış etdikləri üçün Mirzoyan tərəfındən partiyada saxlanılmışdılar. Bu o adamlardır ki, onlar haqqında konfranslarda və partiya qurultayında açıq danışılmışdır. Lakin bu gizli işin qalan iştirakçıları (Qarayev, Musabəyov, Dadaş və başqaları) təhlükəni hiss edib məharətlə vəziyyətdən çıxmış və beləliklə hələlik, Mirzoyanın cəzasından qaça bilmişlər.

Mən oxucudan xahiş edərdim ki, bu məruzədə M.D.Hüseynov haqqında deyilənləri öz yaddaşında təzələyəydi. Mən dördüncü ildir ki, deyirəm, qışqırıram: bu tipin solluğuna inanmayın, buna baxmayaraq indiyə kimi [o] Serqo və Mirzoyanın əlində bir vasitə olaraq qalır. Bəs ona nə olmuşdur? Elə bu konfransda Naxçıvandan olan Əsəd Axundov bildirdi: M.D.Hüseynov konfrans keçirmək üçün Naxçıvanda olduqda, Bakı konfransında və qurultayda onun qrupuna kömək etməyi məndən xahiş etmişdi. Ə.Axundov bunun nə qrup olduğunu soruşduqda o cavab vermişdi ki, bu Xanbudaqovun rəhbərlik etdiyi qrupdur. Əsəd Axundov büdirmişdi ki, o bu məsələ barədə məlumat verəcəkdir. Bundan xəbər tutan Qarayev (MK katibi) Ə.Axundova zəng vurub çox xahiş edir ki, həmin məlumatı verməsin. Ə.Axundov bu xahişi kəskin surətdə rədd etdikdə o, Qarayev AKP MK katibi, Ə.Axundovdan xahiş edir ki, onun M.D.Hüseynov üçün ağız açdığını heç kəs bilməsin.

Beləliklə, Qarayevin bu qrupda iştirakı heç bir şübhə olmadan müəyyən edilir. Bunun üçün onu yenidən AKP MK katibi, M.D.Hüseynovu isə Zaqafqaziya Diyar Komitəsinə üzv seçirlər! Bəs, bu nə ilə nəticələnir? Hüseynov Xanbudaqovun qrupundadır, Xanbudaqov isə Kirovu və Mirzoyanı, Belenkini və onlarla birlikdə rus, erməni və yəhudiləri Azərbaycandan qovmaq təbliğatı aparırdı. Və bu şüar "ideya üçün" deyil, öz qohumlarını yerlərində saxlamaq üçün atılmışdı.

Bu məharətlə qurulmuş kələyi Serqo müdafıə cdir, çünki hələlik onun M.D.Hüseynovu və Qarayevi əvəz edəcək başqa adamı yoxdur. Son zamanlar 20~ci ildən MD.Hüseynovla birlikdə işləyən Ruhulla Axundov səhnəyə can atırdı. Bu da xüsusi növ fırıldaqçıdır, Xanbudaqovun yerinə indi AKP MK katibi seçilmişdir. Biz bu birinci dərəcəli fırıldaqçı (qatı eser) özünü ifşa edənə qədər hövsələli olub gözləyəcəyik.

Bədbəxt Azərbaycan isə bu zaman belə vicdansız fırıldaqçıların əlində oyuncağa çevriləcəkdir...

Mənim Azərbaycanda daşnak işi haqqında mülahizələrimin o biri yarısı, fıkrimcə, elə bu il məlum olacaqdır. Dağlıq Qarabağ Mirzoyanın güclü təsiri altında Muxtar Vilayət elan edilmişdir. Mənim vaxtımda bu mümkün olmamışdı, ona görə yox ki, mən bu muxtariyyətin əleyhinə idim, sadəcə olaraq ona görə ki, erməni kəndlilərinin özləri bunu istəmirdilər. Mirzoyan bu müddət ərzində erməni daşnak müəllimlərin köməyi ilə zəmin hazırladı və məsələni Zaqafqaziya Diyar Komitəsində keçirdi. Bu məqamdan kəndlilərin və türklərin kəndlilərə münasibəti olduqca kəskinləşmişdi. (Türk kəndlilərinin və türk partiya və sovet işçilərinin erməni kəndlilərinə münasibəti nəzərdə tutulur). Daha sonra Gəncənin dağlıq hissəsi haqqında məsələ gəlir və i.a. Azərbaycanda daşnak siyasəti tam gücü ilə həyata keçirilir. Mənim zərrə qədər də şübhəm yoxdur ki, Serqo və Stalinin simasında AKP MK biz türklərə etibar etmir və Azərbaycanın taleyini erməni daşnaklarına tapşırır. Nə kimi nəticələr olacağını demək çətindir, lakin əgər olsa, bunun bütün məsuliyyəti Serqo və Stalinin üzərinə düşəcəkdir. Maraqlı odur ki, bu şəxslər elə fıkirləşir ki, türklər o qədər axmaqdırlar ki, bütün bunları başa düşmürlər. Onlar həmişə Qarayevi irəli çəkirlər, onu isə bütün Azərbaycan hər cəhətdən satqın adam kimi tanıyır... Azərbaycanda namuslu türk işçilər partiyanın bu üzvlərinin simasında RKP MK tərəfindən Azərbaycana olan belə etinasızlığı heç vaxt yaddan çıxarmayacaqlar. Mən burada Serqonun və beləliklə, Stalinin də Azərbaycanda işini kifayət qədər səciyyələndirən xarakterik bir misal gətirəcəyəm. Bu məruzənin özündə satqın işçi Hacıbaba haqqında danışılır. Məruzədə onun haqqında deyilir ki, 20-ci ildə onu rüşvət üstündə Qazaxdan qovublar. Bu ağanı Sərkis, Mirzoyan və son vaxtlar Serqo (Tiflisdə) mənə qarşı çıxış etməyə məcbur edirdilər. Bəs görün nə məlum olur? Bu tip dörd il məsul işçi sifətilə (son vaxtlar hətta nəzarət komissiyasının üzvü olmuşdur) oğurluq etmiş, rüşvət almış, bakirə kəndli qızlarını, arvadları zorlamışdır və i.a. Nəhayət iş o yerə gəlib çatmışdı ki, daha onu partiyada saxlamaq mümkün deyildi. Bəs nə etməli? Bu nalayiq hərəkətlərin üstündə onu partiyadan qovmaq olmazdı, çünki bu cinayət hamının gözü qarşısında dörd il davam etmişdi. Nəzarət komissiyasının üzvü kimi Əfəndiyevin bu barədə məlumatı vardır. Lakin bu əclafdan, nəhayət, yaxa qurtarmaq vacibdir. Və Serqo tapşırıqlar verir: onu qeyri-normal hesab etməli (!). Dörd il partiyanın və Sovet hakimiyyətinin nümayəndəsi kimi cinayətlər törətmiş və bu cinayətlərə Serqo dözmüşdür, çünki bu əclaf mənə qarşı işdə yaxşı vasitə rolunu oynayırdı.

Bakı təşkilatının və əlbəttə Serqonun işini xarakterizə edən misal budur, Serqonun siyasəti isə Stalin tərəfındən müdafıə edilir. Gedəcək yolumuz yoxdur. Azərbaycanda vicdanlı işçilər, türk kommunistləri bütün bunları, mən təkrar edirəm, yaddan çıxarmayacaqlar.

 

Azərbaycan Respublikası MEA-nın

Azərbaycan Tarixi Muzeyi, elmi arxiv, inv. N-2028a



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info