Qonaq Kitabı
MƏXFİ

Mən bildirirəm ki, bir il bundan əvvəl Azərbaycanda hakimiyyət azərbaycanlı kütlələrinin Sovet hakimiyyətinin ümumi rəğbəti ilə müdafiə edilirdisə, lakin hal-hazırda hakimiyyət yalnız süngü gücünə müdafiə edilir.

Əlbəttə, əgər bizim xarici aləmlə silahlı toqquşmamız olmasa hələ bir müddət hakimiyyəti süngü gücünə saxlamaq olar, lakin əgər bu toqquşma baş verərsə, onda neft sənayesi təhlükə altında qalacaqdır. Bir dəqiqə belə vaxt itirmədən son zamanlarda Azərbaycanda yaranmış nöqsanlara diqqət yetirmək zəruridir.

İki ay bundan əvvəl Azərbaycanda üsyan baş vermişdi. Asanlıqla yatırdılar, lakin neçə gün qırmızı əsgərlərdən bataqlıqda gizlənməyə məcbur olan qadın və uşaqları oradan zorla çıxardıqda əhaliyə bu yatırma necə təsir göstərmişdi.

Orconikidzenin nəzəriyyəsinə görə, əlbəttə, kiçik Azərbaycanın əhalisini müntəzəm olaraq məhv etmək olar, lakin onda respublika kimdən ibarət olacaqdır?

Mən 1919-cu ildə Mərkəzi Komitəyə özümün birinci məruzəmdə dediyim sözləri təkrar etməliyəm. Biz Bakını bütöv Azərbaycansız saxlamaq iqtidarında deyilik, eləcə də biz hazırkı beynəlxalq vəziyyətimizlə əlaqədar Zaqafqaziyanı süngü gücünə saxlamaq iqtidarında deyilik. 19-cu ilədək Müsavat, daşnak, menşevik və eser partiyalarının üzvləri olan gənc kommunistlərə etibar yoxdur.

Aşağıda mən bəzi statistik məlumatlar göstərirəm ki, bunlar Mərkəzin etimadını qazanmış məsul yoldaşların müstəmləkəçilik siyasətini daha yaxşı əks etdirir.

Azərbaycanın paytaxtında türklər Bakı Sovetinin qulluqçularına istər-istəməz şifahi və yazılı şəkildə müraciət etdikdə, bu müraciət rus dilində olmalıdır, belə ki, ruslar, yəhudilər və ermənilər türk dilində danışmırlar.

Mən bildirirəm ki, Dövlət Duması olanda türk əhalisi belə sıxıntıya məruz qalmırdı.

Bəs, Bakı qəzasında yerləşən 76 türk kəndinin əhalisi öz işləri üçün şəhərə gəlib və Bakı Sovetinə müraciət etdikdə necə təəssürat yaranır?

Bəs, türklər üçün məktəblərin və uşaq evlərinin sayı?

Lakin hər şeydən dəhşətlisi təqaüdçü tələbələrin sayıdır: 30 rus və 5 türk.

Daha dəhşətlisi isə bu məsul yoldaşların fəhlə uşaqlarına münasibətidir.

Fabrik-zavod-şagirdlik məktəbləri adlanan təhsil ocaqlarının sayı 17, burada rus uşaqlarının sayı 1192, müsəlman fəhlələr üçün isə - 26.

Məgər bütün bunlar yol. Kirova, Mirzoyana bəlli deyil?

Məgər Mirzoyan və başqalarının bu cür cinayətkar siyasətini müdafiə edən Ruhulla Axundov və ona bənzər türklər bunu hiss etmirlər?

Ürəkdə bu ədalətsizliyi dərk edən türk işçiləri nə üçün bunu edirlər?

Lakin onlar nəinki bu barədə qışqırır, hətta ya mənsəblərinə görə, ya da yuxarıda deyildiyi kimi, Azərbaycanda türklər arasında Sovet hakimiyyətini nüfuzdan salmaq məqsədilə bu siyasətin davamına kömək edirlər.

Partiya qurultaylarının milli məsələyə dair bir sıra qərarlarından sonra belə şəxslərə Azərbaycan zəhmətkeşlərinin səadətini etibar etmək olarmı?

 

Bakı Sovetinin məsul işçilərinin tərkibi

 

Sıra

JN°

Şöbələr üzrə familiyalar

Partiya mənsub iyyəti

Vəzifəsi

Mİlliyyəti

Şöbənin bütün qulluqçularının sayı

Onlardan türklər

1

2

3

4

5

6

7

I. Rəyasət Heyəti

10

2

1

Krılov

part.

sədr

rus

 

 

2

Vareykis

_"_

sədr müavini

naməlum

 

 

3

Yadrov

_"_

məsul katib

yəhudi

 

 

4

Mirzoyan

_"_

rəyasət heyəti üzvü

erməni

 

 

5

Konuşkin

-"-

 

rus

 

 

6

Todorski

_"_

— " —

_"_

 

 

7

Karuşkin

_"_

şobə müdiri

_"_

 

 

8

Blyaxin

_"_

11

_"_

 

 

9

R. Hüseynov

 

_"_

türk

 

 

10

Qasımov

 

rəyasət heyəti qulluçusu

naməlum

 

 

II. Işlər idarəsi 26 4

1

Şahbazov

bitərəf

işlər müdiri

türk

 

 

2

Yanovskaya

part.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info