Qonaq Kitabı
YAXŞI ARXA

Vəsiyyətə et əməl!

Tülkü dedi: - Dayanma,

Tez ol, söylə yubanma!

Qarğa dedi: - Tülkü bəy,

Əcəl çatdı, nə etmək!

Halal olsun ətim, ye!

Ancaq bu sözləri de:

“- Gorsuz, kəfənsiz qarğa,

Yurdsuz, vətənsiz qarğa,

Həsrətlə keçdi ömrün,

Yazıq sənə, qa-qa-qa!”

Tülkü durdu deməyə,

Hazırlandı yeməyə.

Quyruğunu tutdu şək,

Deyirdi çox sevincək:

“Gorsuz, kəfənsiz qarğa,

Yurdsuz, vətənsiz qarğa,

Həsrətlə keçdi ömrün,

Yazıq sənə, qa-qa-qa!”

Deyəndə tülkü bəy “qa”,

Ağzından çıxdı qarğa.

Getdikcə qanad aldı,

Bir ox kimi ucaldı.

Uçdu göylərə qarğa,

Sonra bir dik budağa

Qonub, güldü tülküyə,

- Hünərin var, tut! – deyə

Tülkü alışdı, yandı,

Öz işindən utandı.

                                          1910

 

 



 
[1] [2] [3] [4] [5] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info