Qonaq Kitabı
YAXŞI ARXA

Deşib beynin yeyərdim,

Dimdiyimi silərdim.

Atılardım ağaca,

Səs salardım yamaca”.

Səbr et, dayan, a qarğa,

Danışma lovğa-lovğa.

“Yerdə yatan yumurta

Göydə uçan quş olur”.

Qarğa baxdı bir zaman,

Gördü yox tülküdə can.

Dedi: “Canı çıxıbdır,

Aclıq onu yıxıbdır.

Aldanmaq olmaz, ancaq

Gərəkdir ayıq olmaq”.

Uçdu gəldi o birbaş,

Götürdü bir kiçik daş,

Qoydu onun buduna.

Diqqətlə baxdı ona

Dedi: “Yoxsa bu ac bəy

Mənə gəlir bir kələk?

Səhər yenə gələrəm,

Işi yəqin bilərəm:

Ölməmiş olsa əgər,

Bu daş üstündən düşər.

Onda, billəm diridir,

Hiyləgərin biridir...”

Gördü ki yoxdur qarğa.

Uçdu, getdi uzağa.

Tülkü duydu bu işi,

Gördü, batmadı dişi.

Söylədi: “Ay hiyləgər,

Qoy bir açılsın səhər.

Bu günü də vur başa,

Bir gün də artıq yaşa.

Sabah yəqin tutaram,

Bir nəfəsə udaram”.

Tülkü doymuşdu cana,

Göz gəzdirdi hər yana.

Baxdı o hər budağa,

Gördü ki yoxdur qarğa.

Qalxdı, üstünü sildi,

Meşəliyə çəkildi.

Susuz, ac, arğın, yorğun,

Əhvalı xeyli pozğun,

Gözü ovda və quşda,

Dərələrdə, yoxuşda..

Nə kəklik var, nə turac,

Bomboşdur dərə, yamac.

Hər şey çıxmışdı yoxa...

Göz yaşı axa-axa,

Çox axtardı, dolaşdı,

Qan-tər başından aşdı

Qurtardı lap qüvvəti,

Qalmadı heç taqəti.

Leyləyi etdi tez yad,

Qarğadan çəkdi min dad.

Oxu toxundu daşa,

O günü vurdu başa...

Axşam sular qaraldı,

Ətrafı zülmət aldı.

Daşdı, dərdi çox oldu,

Bir kolluğa soxuldu.

Atdı yerə başını,

Tökdü o, göz yaşını.

Boşa çıxmışdı oxu,

Girməz gözünə yuxu.

Bir il keçdi o gecə...

Qızıl şəfəq söküncə,

Silkələdi özünü,

Açdı iki gözünü.

Tülkü qalxdı yerindən,

Bir ah çəkdi dərindən,

Aşdı kiçik bir dərə,

Gəldi dünənki yerə.

Həmin daşı üstünə

Qoydu, uzandı yenə...

 

*        *        *

 

Doğmuşdu dan ulduzu,

Açılırdı göy üzü

Ağac başında qarğa

Qarıldayırkən “qa-qa”,

Gördü tülkünü birdən

Uçub gəldi yerindən.

Daşı yerində görcək

Eddi: - “Aha, ay tülək,

Bulandırıb saf suyu,

Qazıdın dərin quyu.

Özün düşdün quyuya,

Dərin bulanıq suya.

Aclıq səni sıxmışdır,

Artıq canın çıxmışdır.

Qəbul olmuşdur duam,

Bu gün edərəm bayram”.

Diqqətlə baxdı ona,

Uçdu qondu yanına.

Dimdiklədi bir-iki,

Səs çıxartmadı tülkü.

Qondu onun başına,

Gözlərinə, qaşına

Dimdik vurarkən, birdən

Tülkü sıçradı yerdən,

Elə tutdu qarğanı,

Az qaldı çıxsın canı.

Dedi: - A fitnə, şeytan,

Qurtarmazsan daha can.

Sən leyləyi öyrətdin.

Məni ruzumdan etdin.

Bilmədin, ay yaramaz,

Mənə dolaşmaq olmaz?

Alıb səndən intiqam,

Bu gün elərəm bayram.

Qarğa dedi: - Ay gözüm,

Yox deyəcək bir sözüm,

Ye, ancaq, ey bəxtiyar,

Bircə vəsiyyətim var.

Əvvəl onu deyərsən,

Sonra məni yeyərsən.

Yaxınlaşıbdır əcəl,



 
[1] [2] [3] [4] [5] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info