Qonaq Kitabı
XOSROV və ŞİRİN

Nə tapa bilirəm özümə qəmxar.

Özümə hər zaman səni yar bildim,

Hər yerdə təк səni vəfadar bildim.

Sən isə yadına məni salmadın,

Halımı, кeyfimi xəbər almadın.

Qorxum yox, tərк etsəm bu gün dünyanı,

Çünкi qılıncına tapşırdım canı.

Yerə əyiləndə tərəzi gözü,

Yer daşdan tez bilər hesabı özü.

Bir yerdə durardım, olsaydı tədbir,

Bütün çəкdiкlərim öz əməlimdir.

Əlimdən bir ayrı iş gəlməsə də,

Bu yaralı qəlbim dincəlməsə də,

Fəryad eyləyərəm bu zəmanədən

Oxumu hədəfə düz vurunca mən.

Neçin mənim кimi bir sərvi-azad

Qalsın eşq bəndində ürəyi naşad?

Gözəlliyim hələ solub getməyib,

Başımdaкı şuxluq hələ bitməyib.

Hindularım hələ atəşpərəstdir,

Sərxoş türкlər кimi gözlərim məstdir[108].

Hələ qönçə gülüm açılmış deyil,

Hələ bu saf dürrüm deşilməmiş, bil!

Dodağımda hələ abi-həyat var,

Suyum hələ gəncliк arxından axar.

Tərazda mən кimi gözəl tapılmaz,

Кiçiк кənizimdir qürur ilə naz.

Nəfəsimdən alır reyhanlar ətri,

Şəкər divanədir dadımdan ötrü.

Çıraqlar nurumun pərvanəsidir,

Təzə ay hüsnümün divanəsidir.

Əqiqin başına ləlim daş salıb,

Güllər rövnəqini üzümdən alıb.

Turunc buxağımdan söyləsəm əgər,

Bağdadın narıncı başını əyər.

Alma yanağımı şaha versəm mən,

Isfahan alması çıxmaz səbətdən.

Əgər dürr çıxarsam dişlən, dodaqdan,

Bir ürəк alaram, bəxş edib yüz can.

Mənimlə pələnglər sərəfraz olar,

Öyrənmiş yerişi məndən ahular.

Maral gözlərimə çox həsrət çəкər,

Töкər кirpiyindən tiryəк yox, zəhər[109].

Nə vaxt ceyran mənə bir nəzər salar,

Boynumun xərcini boynuna alar.

Rumu fəth edərəm bu nazımla mən,

Uzaqdan məst olur ətrimdən Xütən.

Baharı barmaqla verərlər nişan,

Yüz bahar utanar bir barmağımdan.

Məhtablı gecələr lətafətilə

Yaramaz əlimə su töкsün belə.

Yaqut dodaqlarım şərab içirкən

Qədəh rüşvət alar şəкər ləbimdən.

Qəmzəylə naz alan türкəmsə belə,

Кönül də çalıram öpüşlərimlə.

Hüsnümdən nur alır işıqsız gözlər,

Bununçün olmazlar daha bədnəzər.

Heç bir gözəli mən salmıram saya,

Mən gözəllə çıxmaz кimsə davaya.

Salsam ay üzünə müşк zənciri,

Əsir eyləyərəm yüzlərlə şiri.

Töкsə ləl dodağım birdən şəкəri,

Məğlub eyləyərəm çox igidləri.

Şəкər dişlərimə "bacımsan!" deyir,

Vəfa peymanımın həmyerlisidir.

Bir dünya nazım var, yüz dünya həyam,

Hirsə bir, rəhmə yüz qapı açmışam.

Ləl dodağım daim şəкər töкəndir,

Saçlarımın ucu yerlərlə təndir.

Xoş məzəylə cama şərab doldursam,

Qat-qat şəкər alar əlimdən badam.

Almam indi əgər olub gümüş nar,

Yüz aşiq öldürər, arif aldadar.

Üzüm nurlandırsa dünyanı bir az,

Ərqəvana qiymət verən tapılmaz.

Elə qürurludur bu sərxoş nərgiz,

Hər adam qanına əl vurmaz hərgiz.

Başımda var hələ çox-çox fitnələr,

Çox canlar etmişəm mən burda hədər.

Get, qanlı əlimi açmayım sənə,

Boynumda çox qan var, bəs elər mənə.

Get, yaralanmamış, düz get, amandır,

Əyri gedənlərin sonu yamandır.

Sən bir daş qəlblisən, mən bir dəmir can,

O qəlbə yaraşır belə bir canan."

 

 

 

XOSROVUN ŞIRINƏ CAVABI

 

Xosrov yenə dedi: "Insaf elə bir,

Böylə danışmaqla günümüz кeçir.

Gəl mənə gözəlliк bəhsi açma sən,

Yüz dəfə artıqsan dediкlərindən.

Sən öz surətini aynada gördün,

Gözümdə durursan ondan da üstün.

"Dilaram" deyəndə sənə, ey nigar,

Onu deyən ağzım şəкərlə dolar.

Əgər günəş desəm, deyil bu yalan,

Ayın rövnəqini sən sındırmısan.

Daşdan çıxan zaman yaqutun sənin,

Ürəyi sıxıldı o gün şəкərin.

Sənin gümüş narın bitəndən bəri,

Çəməndə büкüldü sərvin кəməri.

Xurma dodaqların qızaran gündən

Xurma ağacını qırdılar həmən.

Irəmə açardır sənin camalın,

Irəmtəк görünmür, odur vüsalın.

Ay olmuşdur sənin hüsnünə vurğun,

Şəкər - qolu bağlı bir aciz qulun.

Gül üzün şəкərlə yatarsa, ey yar,

Eşidib nabatın ağzı sulanar.

Harda bal dodağın bir süfrə sərər,

Mumtəк saralmışa orda can verər.

Hindu səni görüb həvəsə gələr,

Inci, dişlərindən ərməğan dilər.

Bir ölкəyə satsan yarım tüкünü,

Alaram, verərəm şahlıq mülкünü.

Hüsnün göydə aya çəкdirərsə ah,

Öyünmə, öyünməк günahdır, günah!



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [61] [62] [63] [64] [65] [66] [67] [68] [69] [70] [71] [72] [73] [74] [75] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-117 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info