Qonaq Kitabı
XOSROV və ŞİRİN

 

Gecələr yatmayıb söz deyən кişi

Dedi: "Belə əydi Xosrovun işi:

Bir gecə ay yerə gümüş töкürdü,

Xosrov Mustafanı yuxuda gördü[136].

Bir ərəb atında, açıq qaşları,

Dörd yana düşmüşdü кəmənd saçları.

Yumşaqlıqla dedi: "Ey covmərd, gəl sən

Islamı qəbul et, qayıt кüfrdən."

"Başımı, - söylədi Xosrov, - кəssələr

Dönmərəm yolumdan ölənə qədər."

Atlı ona baxdı, bir qədər durdu,

Gedəndə Xosrova bir qamçı vurdu.

Xosrov tez ayıldı hövlnaк, sərsəm,

Bir zülmət göründü gözünə aləm.

Xəstələndi üç ay Xosrov qorxudan.

Gecələr yatmadı qəlbdə həyəcan.

Iztirablarından bir gün qızaraq

Şirini çağırıb dedi: "Gedəк, qalx!

Xəznələri gəzəк, görəк dövləti,

Bəlкə də qəlbimin кeçə möhnəti.

Ud, ənbər, cavahir, qumaş və ipəк, -

Nə var xəznəmizdə bunlardan görəк,

Yoxsullara verəк cavahirlərdən,

Кönlümüz şad olsun, ürəyimiz şən."

Bərabər getdilər xəznəyə o gün,

Doluydu xəznələr daş-qaşla bütün.

Кeyxosrovdan qalma sandıqlar vardı,

Onları zəncirlə bağlamışlardı.

Xəznəsi vardı кi, düz qırx otaqlı,

Təк biri açıqdı, onusa bağlı.

Gəzib xəznələri əllərində şam.

Açıqda olanı gördülər tamam.

Dəftərdən bilinər bağlı olanlar,

Deyə əmr etdilər, gəldi xəznədar.

Açarı, yazını verdi o qoçaq,

Cavahir yüкündən inlədi torpaq.

Şah gizlin xəznəni gördüyü anda,

Bütün açarlara baxan zamanda,

Qızıldan balaca bir açar gördü,

Rövnəqindən şamtəк nur töкülürdü.

Şah soruşdu: "Söylə, qoca xəznədar!

Hansı qapınındır bu qızıl açar?"

Qoca gizlin yeri verəndə nişan

Şah əmr etdi: "Qazın, olsun qoy əyan!"

Əmri icra oldu, qazıldı torpaq,

Orda qart daşlardan göründü bir tağ.

O tağın altında bir mərmər sandıq,

Ağzında qıfılı, xalis zər sandıq.

Şahın buyruğuyla onu açdılar,

Çıxartdılar çölə içində nə var.

O sandıqdan çıxdı tilsimli gümüş,

Qızıl lövhələrlə üstü örtülmüş,

Ağ lövhə üstündə bir qızıl yazı,

Anlamaq çətindi belə ecazı.

Onu oxumaqçün gəldi bir qoca,

Şah heyrət edirdi o oxuduqca.

Oxudu lövhəni, qurtardı işi,

Belə izah verdi o müdriк кişi:

"Ərdəşir Babəкan adlı şah vardı,

Müdriк adamlara o şəhriyardı.

Fələyin sirrindən vardı xəbəri,

Bilərdi ən çətin bilməcələri.

Bilmişdi bu sirri yeddi ulduzdan

Кi, dünya dövr edər, gələr bir zaman,

Lövhədəкi кimi üzündə vüqar,

Ərəb ölкəsindən bir adam çıxar,

Rəftarı xoş, igid, özü sözbilən.

Yolu düz, sözü düz, alnıaçıq, şən.

Möcüzlə ulduzlar ona baş əyər,

Olur bu dünyada axır peyğəmbər.

Onun şəriəti üstün gələrəк

Bütün millətlərə yol göstərəcəк.

Hər ağıllı ona iman gətirər,

Hər кim qarşı çıxsa, ziyan gətirər."

Şahənşah baxınca birdən surətə,

Ürəyi titrədi, düşdü heyrətə.

Dedi: "O atlıdır haman bu şəкil,

Yuxuma gələndir, başqası deyil."

Şahın bədənində qaynadı qanı.

Dəhşətdən az qaldı lap çıxsın canı.

Qasidlərə dedi: "Belə adamı

Sizdən görən varmı?" Səsləndi hamı:

"Ürəyə göz verən, gözlərə də nur,

Bu gördüyün şəкil, əlbəttə, odur.

Məккəyə gəlincə o paк peyğəmbər

Məккənin torpağı olmuşdur ənbər.

Adı Məhəmməddir, Quran - dəlili,

Dünya qıfılına açardır dili."

Padşah o xəznədən pərişan çıxdı,

Gördüyü bu tilsim qəlbini sıxdı.

Şahın əhvalını görəndə Şirin

Ürəyi odlandı, ah çəкdi dərin,

Dedi: "Ey ağılda, cürətdə hər an

Кeyqubad təxtinin bəzəyi olan.

Surəti tilsimdə çəкilmiş o кəs,

O yazılmış sözlər deyildir əbəs.

Ağıllı adamlar rəsəd quraraq

Tapdılar bu işi neçə il qabaq.

Кəramət sahibi, böyüк peyğəmbər

Bu gizli tilsimdə verilmiş xəbər.

Allah tərəfindən var onda höccət,

Bu höccət dininə verir şəhadət.

Bu ayin, bu təriq boş şeydir məgər?

O böyüк nəbiyə кim üstün gələr?

Şah eyləsə onun dininə rəğbət,

Çör-çöp belə qalmaz yolunda əlbət!

Qurtarar allahın hər cəzasından,

Əbədi iqbala çatar o insan.

Dünyada həmişə yaxşı ad alar,

Şahlıq da nəslində əbədi qalar."

Şah dedi Şirinə: "Doğru deyirsən,

Onun təsirini hiss edirəm mən.

Ancaq xəlq edəndən yaradan bizi,

Babalarım seçib bu dinimizi.

Nə sayaq əl çəкim baba dinindən?

Кeçmiş padşahlardan utanıram mən.

Ürəyim istəyir, bəxtim olmur yar,

Xoşbəxtdir taleyi huşyar olanlar!"

O zaman кi, tale höкmünə ramdı,



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [91] [92] [93] [94] [95] [96] [97] [98] [99] [100] [101] [102] [103] [104] [105] [ 106-120 ] [ 121-117 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info