Qonaq Kitabı
1905-1906-Cİ İLLƏRDƏ ERMƏNİ-MÜSƏLMAN DAVASI

1323-cü ilin zilhiccə ayının 5-ci günündə ermənilər Əsgəran yolunu bağladıqlarına görə Ağdamdan generalın başçılığı ilə iki dəfə top-tüfənglə silahlanmış qoşunun müşayiəti ilə arabalarla Qalaya azuqə və sursat gətirdilər. General Qalada olarkən Xəlfəli kəndindən gələn müsəlmanlar generala şikayət etdilər ki, ermənilər kəndi atəşə tutrlar. General onların səbirli olmasını məsləhət gördü və ermənilərin cəzalandırılacağını söylədi. General göstəıriş verdi ki, bundan sonra kimdə tüfəng, yaxud tapança tutularsa, yəni həmin adam ya üç ay həbs olunacaq, ya da üç min manat cərimə verəcək. Bu məqsədlə general bir dəstə kazakla şəhəri dolanırdılar. Bundan sonra general on iki at qoşulmuş bir divar dağıdan top və xeyli kazakla gəlib hündür bir dağ başında dayandılar. Həmin yerdən ermənilərin bir neçə kəndi aydın görünürdü. General əmr etdi ki, Şuşakəndə, Kərgicahana, Qaybalıya və Daşkəndə həmin topdan atəş açsınlar. Kazaklar həmin topdan bu kəndlərə yetmiş dəfə atəş açdılar. Mərmilər düşən yerlərdə hər şeyi darmadağın edərək toz-torpağı asimana qaldırırdı. Ermənilər divanxanaya 30-40 nəfərlik nümayəndə göndərib barışıq izhar etdilər. Bundan sonra dükanlar alış-veriş etməyə başladılar. Erməni tayfası müsəlmanlara əziyyət vermək üçün Əsgəran yolunu bağlasalar da, həqiqətdə bu zülmü müsəlmanlara yox, özlərinə edirdilər. Ona görə ki, müsəlmanların evlərində qabaqcadan tədarük etdikləri malları və ərzaqları çox idi. Lakin ermənilər və müsəlmanlar dəyirmanları yandırdıqlarından Qalada un get-gedə azalırdı. Qalada olan qəriblər, miskinlər və kasıblar üçün vəziyyət daha da gərginləşdi. Çünki demək olar ki, bütün çörək dükanları bağlanmışdı. Amma evlərdə və bazarlarda buğda və darı hələ çox var idi. Odur ki, camaat əlacsız qalıb evlərdə əl dəyirmanları, yəni kirkirələri işə salmağa məcbur oldular. Buğdanı əl dəyirmanı ilə şəkib un edirdilər. Bazar və dükanlarda isə bişmiş noxud və lobya satırdılar. Amma əl dəyirmanı az olduğuna görə xalq bir qədər undan korluq çəkirdi. Bir gün təsadüfən qədim evin həyətində otuz cüt əl dəyirmanı çıxdı. Bu əl dəyirmanı həyətdə torpağa basdırılmış idi. Bunların tapılması xalqın işini yüngülləşdirdi. Belə ki, hər kəs istədiyi vaxt əl dəyirmanını aparıb istifadə edə bilərdi. Amma bu erməni tayfasının bazarında azuqə və yemək tapılmırdı. Əgər müsəlman bazarında və dükanlarında qəndin bir girvəngəsi 6-7 şahı idisə, erməni dükanlarında dörd abbası idi. Müsəlmanlarda buğdanın bir pudu yeddi abbası idisə, ermənilərdə 14 abbası idi. Digər ərzaq malları və əşyalar da müsəlman dükanlarına bisbətən erməni bazarında olduqca baha idi. Odur ki, onlar müsəlmanlardan daha çox korluq çəkirdilər.

Zilhiccə ayının 7-də müsəlmanlarla ermənilər arasında barışıq elan olundu. Bu barışıq ermənilər üçün böyük savab iş kimi qiymətləndirildi. Onlar dəstə-dəstə müsəlman bazarlarına dolaraq dəsmal-dəsmal, çuval-çuval, qoltuq-qoltuq hər cür ərzaq malları, yeməli şeylər, quru meyvələr və bişmiş çörək alıb sevinə-sevinə evlərinə aparırdılar. Sən demə, onlarda heç nə yox imiş. Bir həftədə müsəlman bazar və dükanlarında neçə min manatlıq ərzaq və quru meyvə alveri oldu.

ƏSGƏRAN YOLU BAĞLANANDA HÖRMƏTLİ ŞƏXSLƏRİN MÜSƏLMAN TAYFASINDAN OLAN ŞƏHƏR KASIBLARINA ETDİKLƏRİ KÖMƏKLƏRİN MİQDARI VƏ ONLARIN ADLARI (1323-cü il)

 

Bakı

Cənab Zeynalabdin Tağızadə

Un

750 pud

Bakı

Cənab Zeynalabdin Tağızadə

Qənd

105 pud

Bakı

Cənab Zeynalabdin Tağızadə

Şam 

2 yeşik

Bakı

Cənab Zeynalabdin Tağızadə

Neft 

600 pud

Bakı

Ağa Murtuza Muxtarzadə

600 manat

 

 

Məşədi Xəlil Hacı Həsən oğlu

500 manat

 

Qarabağ

Cəfər bəy Vəzirzadə

Buğda 

100 pud

Məşhəd

Qarabağlılar

2300 manat

 

Aşqabad

Camaat

2500 manat

 

Gəncə

Camaat

700 manat

 

Bakı

Fəhlələr

 

 

Bakı

Uşaqlar

 

 

Qafqaz

Qarabağlılar

 

 

Qazan

Camaat

 

 

Şamaxı

Camaat

318 manat

 

Ordubad

Camaat

73 manat

 

Ərdəbil

Hacılar

335 manat

 

Şərur uyezdi

Camaat

73 manat

 

Aşqabad

Camaat

2600 manat

 

İrəvan

Camaat

68 manat

 

Rəşt

Camaat

9 manat

 

 

 

PİÇƏNİSLİ KÜRDLƏRİNİN ERMƏNİ TAYFASI İLƏ BAŞ VERƏN ƏHVALATI

 

Piçənisli Şahqulu Haqverdi oğlu özünün iştirak etdiyi aşağıda yazılan əhvalatı mənimlə (M.M.Nəvvabla) üzbəüz əyləşib danışmışdı.

Piçənis müsəlman kəndindən və başqa kürd müsəlman kəndlərindən 300 nəfərə qədər igidlər və qeyrətli cavanlar toplaşaraq Paşa bəy Murad bəy oğlunun sərgərdəliyi ilə atlanıb Minkəndin üzərinə yeridilər. 160 evdən ibarət olan bu kəndin yarısı müsəlman idi. Paşa bəyin dəstəsi ermənilərin bir qismini öldürdülər və yaraladılar, bir qismi isə qaçıb dağıldılar. Piçənisli müsəlmanlar bu kənddən qənimət kimi 190 baş qoyun, 70 baş at və qatır apardılar. Bundan sonra onlar 200 evdən ibarət olan Xornavar kəndinə hücum etdilər. Paşa bəyin dəstəsi bu kəndə də böyük zərbə vurub qənimət kimi özləri ilə 1010 baş qoyun və 8 at apardılar.

Həmin kürd atlıları qəflətən Zivə kəndinə daxil olaraq ətrafda yerləşən beş erməni evini dağıdıb, mal-qarasını özləri ilə apardılar

Bir-iki gün keçdikdən sonra həmin dəstə üç yüz erməni evi olan Əliqulu kəndinə hücum etdilər. Onlar həmin kəndin bir tərəfindən daxil olaraq onu yarıya qədər dağıtdıqdan sonra əldə etdikləri qənimətlərlə geri döndülər. Paşa bəyin dəstəsi bir gecə dincəldikdən sonra sabahısı gün Qaladərəsi kəndinə tərəf üz qoydular. Qaladərəsində yaşayan ermənilər qabaqcadan yaxşı silahlanmış və hər tərəfdə səngərlər qurmuşdular. Onlar Paşa bəyin dəstəsini səngərlərdə silahlanmış, hazır vəziyyətdə qarşıladılar. Bir qədər atəşmadan sonra

Paşa bəyin dəstəsinin bir hissəsi kəndin kənarında yerləşən 23 evi ələı keçirərək oradan 450 qoyun, 60 qaramal və dörd quyu buğda əldə etdilər. Buğdanı atlara yükləyərək mal-qoyunla birlikdə yola düşdülər. Onlar Qaladərəsi kəndindən uzaqlaşanadək Paşa bəyin dəstəsinin o biri hissəsi erməniləri məşğul etdilər. Bu atışmada bir nəfər müsəlman həlak oldu. Onlar həlak olan yoldaşlarının cənazəsini götürüb geri qayıtdılar.

Paşa bəyin dəstəsi bir neçə gün istirahət etdikdən sonra atlanıb Cavanşir tərəfə hücum etdilər. Əvvəlcə 150 evdən ibarət olan Külədik kəndinin üstünə gəldilər. Ermənilər əllərində silah onların qarşısına çıxdılar. Müsəlmanlar “Ya Allah” deyib ermənilərin üstünə töküldülər və bir neçə saat ərzində onlardan yüz nəfərini qətlə yetirdilər. Bununla bərabər, neçə-neçə yaralananları da var idi. Bundan sonra onlar 250 baş heyvan da qənimət götürüb evlərinə qayıtdılar. Müsəlman kəndləri həmin gecə istirahət etdikdən sonra səhərisi yenə də atlandılar. Bu dəfə onlar 60 erməni evi olan Damğalı kəndinə üz qoydular. Onların az olmasına baxmayaraq Paşa bəyin dəstəsinin qarşısına çıxaraq atışmağa başladılar. Müsəlmanlar onların üzərinə hücum edərək karıxdırıb və 90 nəfərəcən ermənini qətlə yetirdilər. Yaralananlar da çox idi. Bundan sonra onlar 200-ə yaxın qaramal və keçi qənimət götürərək geri qayıtdılar. Oradan Badara kəndinin üstünə gəldilər. Bu qorxmaz dəstə orada da 16 nəfər erməni öldürdükdən sonra 60 baş qaramal qənimət götürərək kəndlərinə qayıtdılar.

Gecə yatıb istirahət etdikdən sonra səhər durub atlarını yəhərləyərək atlandılar və Ballıca kəndinin üstünə hrəəkət etdilər. Ermənilər onları hazır vəziyyətdə qorxulu qarşıladılar. Atışma başlandı. Hər iki tayfanın səs-küyü və nərələri dağa-daşa səs salmışdı. Bir qədər atışandan sonra müsəlmanlar 30 nəfər erməni öldürüb, neçəsini də yaraladıqdan sonra qənimət kimi 70 baş qaramal, 12 baş at və çoxlu miqdarda əşyalar əldə edərək geri qayıtdılar.

Səhəri günü Paşa bəyin dəstəsi Xənəzək kəndinə hücum etdi, bu hücumdan əvvəl ermənilər öz ağaları Məmmədağa Ataxan oğluna nankorluq edərək evini dağıtmış, bağını qırıb, çobanlarını öldürmüşdülər. 400 baş qoyunu isə yığıb aparmışdılar. Buna görə də ermənilər yəqin etmişdilər ki, müsəlmanlar bunun əvəzini çıxacaqlar. Odur ki, kəndə Qaladan çoxlu silah və kömək gətirmişdilər. Müsəlmanların gurultusu eşidilən kimi onlar səngərə, övrət-uşaq isə gizli yerlərə çəkilib çığırışdılar. Müsəlmanlar onları hər tərəfdən mühasirəyə alaraq gülləbaran etməyə başladılar. Atışma dörd saat davam etdi. Dörd saat atışmadan sonra birdən qabaqda haqqında danışdığımız qasım adlı oğlana güllə dəydi. Onunla bərabər başqa müsəlman igidi də şəhid oldu. Bu iki cavanın qətlə yetirildiyini görən kütlə qəzəblənərək irəliyə atıldılar və erməni səngərlərindən birini ələ keçirdilər. Orada erməniləri öldürdükdən sonra daha bir səngəri də ələ keçirdilər. Vəziyyəti belə görən ermənilər qaçmağa başladılar. Müsəlmanlar 12 evə, neçə-neçə mərəklərə od vurdular. Evlərdən və mərəklərdən qalxan alovu görən ermənilər vəhşətə gələrək bir parası möhkəm yerlərdə gizlənirdilər. Övrət-uşaqların çığırtısı və müsəlmanların “Ya Əli!” sədası dağlara-daşlara düşürdü. 200-ə qədər erməni öldürdükdən və yaraladıqdan sonra kəndlərinə qayıtdılar.

Səhərisi gün Paşa bəyin dəstəsindən səkkiz nəfər seçmə cavan atlanaraq. Dəduq kəndinə tərəf çapdılar. Dəduq kəndinin ətrafında yerləşən dörd ev çox əmin və möhkəm yerdə durmuşdu. Ona görə də burada çoxlu erməni məskən salmışdı. Müsəlmanlar ermənilərin bu evlərdə tutduğumöhkəm mövqeyi dağıtmaq üçün hündür bir yerə çıxaraq oradan bu evləri gülləbaran etməyə başladılar. Onlar dörd-beş nəfər ermənini qətlə yetirdikdən sonra evdəkilər qaçmağa başladılar. Müsəlmanlar qaçanları təqib edərək atəşə tutdular. Onlardan bir neçəsini öldürdülər, bir neçəsini də yaraladılar. Sonra evlərə qayıdıb orada olan əşyaları qənimət kimi götürdülər, erməniləri isə əsir kimi apardılar.

 

ƏLAVƏ: Molla Əhmədli kəndinə xəbər gəldi ki, ermənilər toplaşaraq Quşçu müsəlman kəndinə hücum edərək oranı mühasirəyə alıblar. Molla Əhmədli cavanları dərhal atlanaraq Quşçu kəndinə tərəf çapdılar. Onlar kəndə yaxınlaşarkən gördülər ki, ermənilər Quşçunu mühasirəyə alıblar. Müsəlmanlar kəndin içindən, ermənilər isə çölündən atışırdılar. Kənddə döyüşçülər az olduğuna görə az qalmışdı ki, ermənilər qələbə çalsınlar. Elə bu zaman Molla Əhmədli kəndindən gələn atlılar erməniləri arxadan mühasirə edərək “Ya Əli!” nərəsi çəkib hər tərəfdən onların üstünə güllə yağdırmağa başlladılar. Quşçu kəndinin döyüşçüləri “Ya Əli!” nərəsi çəkib erməniləri araya aldılar. Ermənilər vəziyyəti belə görüb onların arasına çaşqınlıq düşdü. Beləliklə də, onlar yavaş-yavaş qaçmağa başladılar. Müsəlmanlar onları güllə və xəncərlər vurub öldürdülər. Bu vuruşmada əlli nəfər erməni öldürüldü, bir qismi isə yaralandı. Qalanları isə qaçıb canlarını qurtardılar. Molla Əhmədlidən olan cavanlar öldürülmüş ermənilərin tüfəng və patrondaşlarını toplayıb Quşçu kəndinin döyüşçülərinə verdilər. Onlar kənd əhlinə təskinlik veribgeri qayıtdılar. Yolda onlar ümumi sayı 700 baş qoyun olan ermənilərə məxsus sürüyə rast gəldilər. Molla Əhmədli cavanları bu qoyun sürülərini qabaqlarına qatıb kəndlərinə gətirdilər.

 

ƏLAVƏ: Başqa bir yerdə, yəni Hacısamlı və Piçanlı kürdləri toplaşaraq Gorusun Xənəzək kəndinə hücum etdilər. Ermənilərin qabaqcadan gördükləri tədarüklərinin çox olmasına baxmayaraq, müsəlmanların bu qəfil hücumundan karıxaraq bilmədilər nə etsinlər. Müsəlmanlar onların çaşqınlığından istifadə edərək bir tərəfdən kəndin evlərinə od vurmağa başladılar. Beləliklə, onlar 20 evi yandırdılar. Evlərin alovu və müsəlmanların nərələri göylərə yüksəlirdi. Ermənilər bu hücumun qarşısında davam gətirə bilməyib qaçmağa başladılar. Beləliklə, Xənəzək kəndində 20 nəfər erməni öldürüldü. Müsəlmanlar əldə etdikləri qənimətləri özləri ilə kəndə gətirdilər.

 

ƏLAVƏ: Bu günlərdə generala xəbər verdilər ki, erməni tayfası bir neçə səngər düzəldərək onların hər birində bir və ya iki böyük top gizlədiblər ki, dava zamanı müsəlmanlara və ya ruslara qarşı istifadə etsinlər. Generalın əmri ilə həmin topların bir neçəsi əldə edilib generalın yanına gətirildi. Gördülər ki, toplar atəşə tamam hazır vəziyyətdədir. generalın əmri ilə həmin toplara lazımi miqdardan artıq barıt doldurub od vurdular. Top elə açıldı ki, sanki onun gurultusundan yer titrədi. Bununla da iyirmiyə yaxın olan həmin topların lülələri bir neçə yerdən partlayaraq yararsız hala düşdü. Həmin toplar dövlətə məxsus olan köhnə silahlardan idi. Yeni növ toplar gətirldiyinə görə həmin köhnə topların istifadəsi orduda ləğv olundu və hərbi hissələrin hesabından silindi. Həmin topların bir neçəsini Əmrumov alıb balkon sütunu elədi. Qalanları dururdu. Ermənilər onları götürüb müsəlmanlara qarşı istifadə etmək üçün hazır vəziyyətdə saxlayırdılar. Hətta sütün yerinə qoyulmuş topları da çıxarıb yararlı vəziyyətə salmışdılar və həmin topları müsəlmanlara qarşı istifadə etmək üçün bir bəhanə axtarırdılar. Girvəngələrin qulplarını sındrııb topdan atmaq üçün hazırlamışdılar. Birinci davada həmin toplardan bir neçə dəfə atəş açdılar. Lakin top necə atıldısa, atanlardan bir neçə nəfəri yaralandı. Generalın əmri ilə həmin topların əksəriyyəti yararsız hala gətirilsə də, hələ bir neçəsi ermənilərdə qalmışdı.

 

ƏLAVƏ: Fərəcan adlı müsəlman kəndində əlyanlılar bir neçə quyuda buğda basdırmışdılar. Bu günlərdə xəbər gəldi ki, əlyanlıların quyularda tədarük etdikləri buğdaların yerini öyrənmiş ermənilər bu məhsulu ələ keçirmək üçün toplaşaraq Fərəcan kəndinin üstünə hücum çəkiblər. Ermənilər quyular yerləşən sahəni ələ keçirdikdən sonra quyuları açıb buğdanı çuvallara doldurarkən əlyanlılar xəbər tutub tez atlanaraq gəlib erməniləri mühasirəyə almışlar. Əlyanlılar iyirmi nəfərdən ibarət olan erməni dəstəsini gülləyə tutarkən onlar qorxuya düşüb yaxındakı dəyirmana qaçdılar. Ermənilər dəyirmanda Əhməd adlı bir oğlanı da öldürmüşdülər. Ermənilər dəyirmanda hiylə ilə daha bir müsəlmanı öldürdülər. Bundan qəzəblənən müsəlmanlar dəyirmanın o biri tərəfindən qaçmaq istəyərkən əlyanlılar ermənilərin on yeddisini öldürdülər. Ermənilərdən biri qaçıb dəyirmanın donuzluğuna girmişdi. Onu da çıxarıb qətlə yetirdilər.

 

ƏLAVƏ: Əhalidən silahların toplanması ilə əlaqədar zilhiccənin 19-da general öz dəstəsi ilə Xankəndinə gəldi. Generalın göstərişi ilə erməni-müsəlman ədavətini qızışdırdığına və ermənilərə gizli silah verdiyinə görə Xankəndində iki dövlətli erməni evlərinə dinamit qoyub partlatdılar. General həmin evlərdə olan topları da götürüb, dəstəsi ilə Malıbəyli kəndinə getdilər. General orada camaata ərz etdi ki, biz silahları yığmaq üçün Dağdağan və Harov kəndlərinə ketmək istəyirik. Sizlərdən bizə bir neçə bələdçi lazımdır. Cavanlar ərz etdilər ki, sənin qulluğunda bir neçə nəfər yox, lap yüz nəfər hazır dayana bilər və hara desəniz gedə bilər. Lakin bizim tüfəngimiz yoxdur. Generalın göstərişi ilə on nəfər cavana 10 ədəd tüfəng verildi və onlar generalın dəstəsi ilə Harov kəndinə tərəf yola düşdülər. Kazaklar Harov kəndinə çatan kimi onu mühasirəyə alaraq evləri axtarmağa başladılar. Ermənilərin tüfənglərini torpağa basdırmaq istədiyini görən kazaklar silahı onların əlindən aldılar. Kazaklarla kobud rəftar edən ermənilərin birini güllə ilə vurub öldürdülər. Sonra isə onun evini axtarmağa başladılar. Onun evindən Malıbəyli kəndinin əhalisinə məxsus olan neçə ədəd araba təkərləri tapdılar. Tərtib olunmuş akt əsasında vaxtı ilə qarət edilmiş həmin təkərlər kazaklar tərəfindən müsadirə edildi.

Harov kəndində əməliyyat başa çatdırıldıqdan sonra general öz dəstəsi ilə köçəri müsəlman kəndinə tərəf getdilər. Vağzal yolu ilə gedən 2-3 faytonun axtarılması haqqında general əmr verdi. Bu faytonların hər birində 4-5 ədəd beşaçılan tüfəng, xeyli patron və bir neçə tapança tapdılar. Generalın əmri ilə həmin silahlar müsadirə edilib, sahibləri isə üç günlüyünə həbsə alındılar. Sonra onların hər birindən yüz manat cərimə aldıqdan sonra azad etdilər.

Zilhiccə ayının 20-də divanın hökmü əsasında ermənilərdən iki nəfəri (Gerasim Şahnəzərov və Xaçatur Bahadurovu), müsəlmanlardan isə üç nəfəri (uçitel Ağa Mirhaşım bəyi, Cəfər bəy Vəzirzadəni və bir də Ağa Məhəmmədcəfər Muxtarzadəni) həbs etdilər. Divanın hökmünə əsasən bu şəxslər erməni və müsəlman vilayətlərindən kənar bir yerə sürgün edilməlidir. Amma Allahın köməyi ilə bu üç müsəlman hərəsi bir vasitə ilə xilas oldular. Erməniləri isə dörd min manat alıb zəmanətlə azad etdilər.

Zilhiccə ayının 28-də Nikolay Zəki oğlu adlı bir erməni müsəlman bazarına gələrək xahiş edir ki, mənə müsəlman məhəlləsində bir dükan və bir ev icarəyə verin. Çünki erməni qımdatları bizim məhəllədə mənimlə düz dolanmırlar, hər ay gəlirlər ki, qımdat pulu verin. Alış-veriş olmayan bir şəhərdə və böyük bir külfət saxlayan adam həm divan pulunu, həm də qımdat pulunu necə versin? Bu gündə olan tək mən deyiləm.

Nikolayın bu hərəkətlərinə görə qımdatlar onu öldürmək üçün fürsət axtarırdı. Axır bir gün səhər tezdən Nikolay dükanını açarkən qımdatlardan dörd nəfər gəlib onu çağırdılar. Nikolay dükanın qıfılı da əlində meydana qımdatların yanına gəlir. dörd nəfər qımdat ermənilərin gözü qarşısında onu araya alaraq yeddi güllə vururlar. Nikolay yıxılıb canını tapşırdı. Deyilənə görə qımdatlar onun başını kəsib özləri ilə aparmışlar. Bu hadisənin şahidi olan ermənilərdən heç biri cürət edib qımdatlara bir söz deyə bilməmişdir. Bununla da Nikolayın bir dam külfəti başsız qaldı.

 

ƏLAVƏ: Bu günlərdə general və kazaklar bir topla Ağdama gəlmişdi. General ağacdan tikilmiş bir evdən şübhələndiyinə görə onu topla dağıtmaq üçün kazaklara əmr etdi. Kazaklar bu evə topdan atəş açdılar. Topun mərmisi evin bir tərəfindən dəyib o biri tərəfindən çıxdı. Bu zaman Qala əhlindən olan Abbas adlı bir nəfər generalın yanına gələrək ərz etdi ki, ağa bu mənim evimdir, nə üçün dağıdırsınız? Özüm də Qala əhlindənəm. Mənim təqsirim nədir ki, evimi dağıdıb, məni bədbəxt edirsən? Generalın əmri ilə ev təftiş edildikdən və bazar əhlindən sorğu apardıqdan sonra aydın oldu ki, evdə şübhəli heç nə, yəni silah-sursat olmayıb. Ev isə həqiqətən qalalı Abbasa məxsus imiş. General bundan sonra peşmançılıq izhar edib, oranın hakiminə buyurdu ki, bazar əhlindən yüz manat pul yığıb sahibinə versin.

O günün sabahısı iki erməni iki araba buqda alıb aparırlarmış. Gülablı əhli ermənilərin buğda apardıqlarını eşidən kimi yığışıb onların üstünə gedirlər. Neçə gün əvvəl ermənilər Gülablı kəndini tar-mar edib neçə adamlarını qırdıqlarına görə kənd sakinləri həmin buğda aparan iki ermənini öldürdülər.

 

ƏLAVƏ: 1324-cü il məhərrəm ayının 23-də Sisyan kürdlərinə xəbər gəldi ki, Ağadil kəndində yaşayan müsəlmanlar qəflətən 8--ə yaxın erməni silahlılarının hücumuna məruz qalıblar.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info