Qonaq Kitabı
1905-1906-Cİ İLLƏRDƏ ERMƏNİ-MÜSƏLMAN DAVASI

Quldur. Ermənilərin biri tutulmuş , digərləri isə qaçıb gizlənmişlər. Sonra aparılan axtarış nəticəsində bu cinayətdə iştirak edən daha dörd erməni həbsə alınmışdır.

Deyilənə görə, həmin beş nəfər cani erməni dar ağacından asılaraq cəzalarına çatmışlar.

Bu əhvalatdan sonra bir müddət sakitlik oldu. Lakin ayrı-ayrı erməni fitnəkarları öz fitnə-fəsadından əl çəkməyərək, gizli əllərinə düşən müsəlmanları öldürürdülər. Bu növ ədavətlər və xəyanətlər ara-sıra hər iki tərəfdən baş verirdi.

 

 

 1905-ci İLDƏ İRƏVAN ŞƏHƏRİNDƏ BAŞ VERƏN ERMƏNİ-MÜSƏLMAN ƏHVALATI

 

Hansı vilayətdə ki, İrəvan ermənilərindən bir neçə nəfər tapılırdı, mütləq orda bir iğtişaş baş verirdi. Bu İrəvan erməniləri çox xudpəsənd, kinli və cinayətkardılar.

İrəvan şəhərinin müsəlmanlar yaşayan 80 evdən ibarət məhəlləsinin ermənilərlə iğtişaşı baş verib. Bu iğtişaşın başlanmasına səbəbə olan ermənilər həmin məhəllədə müsəlmanların imarətlərini gülləbaran etməyə başladılar. Ermənilərə nisbətən müsəlmanların bu məhəllədə az olmasına baxmayaraq, ermənilərə qarşı müqavimətdə mətanətlə dayandılar və onlara böyük zərbələr endirdilər. Iki tərəfdən üç gücə-gündüz davam edən güllə yağışının altında qırx nəfər erməni, iki nəfər isə müsəlmanlardan öldürüldü. Üç gündən sonra güllələri tükəndiyinə görə gecə vaxtı müsəlmanlar həmin məhəllədən qaçmalı oldular. əhvalatdan xəbərdar olan ermənilər müsəlmanların evlərinə doluşub, onların mal-dövlətini qarət etməyə başladılar. Fürsət tapıb qaça bilməyən beş nəfər övrət və üç nəfər uşaq bir evin küncünə qısılaraq qorxudan titrəyə-titrəyə ağlayırdılar. Əllərinə düşən kitablara və Qurani-Kərimə od vurub yandırdılar. Ermənilərin qoca qadın və kişilərə, eləcə də uşaqlara etdikləri zülmü qələmə almaq çox çətindir.

İrəvanda ermənilərin müsəlmanlara qarşı törətdiyi qəddarlıqları və əzazilliyini şəhərin ətraf kəndlərində yaşayan müsəlman kürd tayfaları eşidən kimi silahlanaraq atlara minib, qəzəblənmiş aslan kimi nərə çəkə-çəkə üz qoydular İrəvanda qırğın olan yerlərə. Yollarda əllərinə düşən erməniləri öldürüb, mallarını talan edib, evlərinə od vurub yandırırdılar. Ermənilərin qaçanları gəlib bir böyük kənddə cəm olmuşdular. Həmin kənddə dövlətin  divanxanası və bir az qoşunu var idi. Həmin qoşun erməni-müsəlman arasında gedən qırğını dayandırmaq üçün kürdlərə mane oldular. Qafqaz canişininin göstərişi ilə cənab Şeyxülislam həzrətləri katolikos Hayrik ilə gəlib məsciddə və kilsədə dualar və xütbələr oxuyub. Xalqa nəsihətlər verdilər. Bununla da iki xalq arasında gedən qırğınları dayandırdılar.

Bu əhvalatdan sonra erməni qımdatları başqa şəhər və kəndlərə dağılaraq yerli erməni əhalisini müsəlmanlara qarşı davaya qaldırmaq üçün onlar arasında təbliğat aparmağa başladılar. Uzaqgörən və davaya qoşulmaq istəməyən ermənilər qımdatların bu fitnə-fəsadlarından uzaq olmağa çalışırdılar. Qımdatlar isə belə erməniləri fürsət düşən kimi tutub öldürürdülər.

Həmin bu tarixdə, yəni 1905-ci ildə Tehran və onun ətrafında, eləcə də, Xorasanda vəba xəstəliyi yayılmışdı. Iki ay davam edən bu xəstəlik nəticəsində hər gün təqribən yüz adam ölürdü.

 

 

 

 1905-ci İLDƏ NAXÇIVANDA BAŞ VERMİŞ ERMƏNİ-MÜSƏLMAN ƏHVALATI

 

Elə ki İrəvanın fitnə-fəsad törədən erməniləri Naxçıvana gəldilər, orda vəziyyət gərginləşdi. Naxçıvan erməniləri neçə illərdən bəri tədarük etdikləri vuruş sursatlarını – topları, bombaları, beşaçılan tüfəngləri və s. növbəti qırğın üçün hazırlamağa başladılar. Hərbi sursatları keçidlərdə və gizli mövqelərdə yerləşdirdikdən sonra dükan-bazarları bağlayıb, bütün icma ilə qalxıb mövqelərdə hazırladıqları silahdan qəflətən müsəlmanlar üzərinə gurhagur atəş açmağa başladılar. Əhvalatdan xəbərsiz və dükan-bazarda öz işləri ilə məşğul olan biçarə müsəlmanlar çaş-baş qalıb, bilmədilər nə etsinlər. Kimisi fürsət tapıb dükanı bağladı, kimisi tapa bilməyib, açıq qoyub canını qurtarmaq üçün evlərinə qaçdılar. Yarım saata tüfəngi olan tüfəngini, tapancası olan tapancasını, olmayanlar isə xəncər, külüng, balta, dəhrə və ağac götürüb, ermənilərin müqabilinə gəldilər və onlarla davaya başladılar. Silahsız müsəlmanlar münasib fürsətlərdən istifadə edərək qəflətən erməni silahlarının üzərinə hücum edib əllərindəki balta, dəhrə, ağacla vurub onları yerə yıxaraq tüfəng və patrondaşlarını əllərindən alıb, üz qoydular davaya. Müsəlmanlara kömək gələnə kimi hər iki tərəfdən ölənlər oldu. Bir para yerlərdən gələn müsəlmanlar nərə çəkərək üz qoydular ermənilərin üstünə. Hər tərəfdə ermənilər böyük tələfata məruz qaldılar və vəziyyəti belə görüb üz qoydular qaçmağa.

Şəhər erməniləri məğlub olandan sonra müsəlmanlar üz qoydular erməni kəndlərinə. Həmin kəndlərdə ələ düşən erməniləri öldürüb, mal-dövlətini talan və qarət etməklə bərabər evlərinə od vurub yandırdılar. Bu kəndləri darmadağın etdikdən sonra üz qoydular Naxçıvan qəzasındakı Böyük Badamlı kəndinə. Həmin kəndin bütün erməniləri – gənc və qoca, böyük və kiçik öz külfətləri ilə müsəlmanların qarşısına çıxdılar. Tam ehtiramla kəlmeyi-şəhadəti deyib müsəlmanlığı qəbul etdiklərini bildirdilər. Müsəlmanlar onları çox sevinclə sakitləşdirib, böyük ehtiramla oradan geri qayıtdılar. Bu xəbər hər tərəfə yayıldı. Erməni qəzetləri yazırdı ki, müsəlmanlar bu qədər qətl və qarətlə kifayətlənməyib, erməniləri məcburi şəkildə öz dinlərindən döndərib müsəlman edirlər.

Bu əhvalat dövlətə və divan əhlinə çatan kimi hökmelədilər ki, durmadan İrəvan qubernatoru həmin kəndə getməlidir. Irəvan qubernatoru Əlixanov çoxlu kazak götürüb, qoşunla Badaçmlı kəndinə gəldi. Əlixanovun görüşünə gəlmiş müsəlman dinini qəbul edən ermənilər onu salamlayarkən Əlixanov onların salamını rədd edərək buyurdu ki, erməni qəzetlərinin yazdığına görə müsəlmanlar sizləri zor və hədə-qorxu ilə öz dininizdən döndərərək, müsəlman ediblər. Əgər həqiqət belədirsə, kazak qoşunu burada qalıb, sizi qorumağa hazırdır. Sizə qarşı heç kəs qüvvə işlədə bilməz. Yeni islam dinini qəbul etmiş ermənilər cavab verdilər ki, bizi heç kəs zor və hədə-qorxu ilə müsəlman etməyib. Əksinə, biz özümüz könüllü olaraq, öz razılığımızı və rəğbətimizlə islam dinini qəbul etmişik. Bu cavabı eşidən Əlixanov camaata heç bir söz demədən geri qayıdıb getdi.

 

 

 1905-ci İL TƏBRİZ ƏHLİNİN ƏHVALATI

 

Naxçıvanda, İrəvanda və Bakıda baş verən iğtişaşlar zamanı İran təbəələrindən olan müsəlman camaatından da məzlum və şəhid olduğunu eşidən Təbriz əhli buna dözməyib qəzəblənir, bazar-dükanı bağlayıb üz qoyurlar erməni məhəllələrinə tərəf. Onlar yuxarıda göstərilən şəhərlərdə nahaq yerə öldürülmüş müsəlmanların qanının əvəzini çıxmaq üçün ermənilərin üstünə gedirdilər. Əhvalatdan xəbərdar olan ermənilər dəhşətə gələrək böyük-kiçik, övrət-uşaq qapıları bağlayaraq dad-fəryad qoparırlar və əhvalatı Təbriz hakiminə çatdırırlar. O isə erməniləri mühafizə etmək üçün erməni-müsəlman məhəllələrinin arasına qoşun yeridir. Qoşun dəstələri tüfənglərini çəkib atəşə hazır vəziyyətdə dayanırlar. Bununla da Təbriz hakimi ermənilərin öldürülməsinin və evlərinin qarət edilməsinin qarşısını aldı. Bir neçə gün ərzində Təbrizdə sakitlik yaradıldı. Bundan sonra Təbriz hakiminin əmri ilə ermənilərdən bütün silah və sursatın (tüfəng, güllə, tapanca və s.) hamısını yığdılar. Təbrizin erməni camaatı teleqraf və məktubla katolikosa və yerli din xadimlərində müraciət etdilər ki, ermənilər sakit oturub ədavət törətməsinlər. Çünki əks təqdirdə biz burada müsəlman əhli tərəfindən qətlə yetirilə bilərik.

 

XORASAN ƏHVALATI

 

ƏLAVƏ: Yenə bu tarixdə etibarsızlığı və nahaq yerə qan tökməyi və müsəlmanlara qarşı qəddarlığı ilə hamıya yaxşı məlum olan erməni tayfası bir para müsəlman əhlini guya ermənilərin özündən qorumaq və mühafizə etmək üçün onları şirin dilə tutub öz evlərində sığınacaq verirlər. Sonra isə onları qətlə yetirib, bədən üzvlərini kəsmiş, başlarına nal və mismar çaldıqları müsəlmanlara məlum olmuşdur. O cümlədən, Xorasan əhli də bu əhvalatdan xəbərdar olan kimi qəzəblənib, həmin saat töküldülər erməni dükanlarının üstünə. Nə qədər mal və əşyaları var idi talan və tərac etdikdən sonra özlərini də qətlə yetirmək istəyərkən bir para divan əhli tez bunun qarşısını alaraq erməniləri qətlə yetirilməsinə imkan vermədilər.

 

ƏLAVƏ: 1905-ci ildə Tiflis şəhərində Qafqaz namestniki (canişini) öz övrəti ilə faytona miib küçələrin birindən keçdiyi zaman çoxdan fürsət axtaran erməni  qımdatlarından 4 nəfər həmin faytonun üzərinə hücum çəkərək xəncər ilə namestniki bir neçə yerindən yaralayıb qaçdılar. Canişinin yanında olan kazak erməninin birini öldürdü, o biriləri isə qaçıb gizləndilər.

 

ƏLAVƏ: Yenə bu tarixdə divana qulluq edən bir ləzgi müsəlmanını rus xəzinəsinin qabağında ermənilər tapança ilə vurub öldürdülər. Əhvalatdan xəbərdar olan Şuşa qalasının müsəlmanları böyük bir icma ilə gedib həmin ləzginin cəsədini tabuta qoyub böyük məscidin həyətinə gətirirlər. Qüsl verdikdən sonra isə aparıb qəbiristanlıqda dəfn edirlər. Müsəlmanların qəzəbindən ehtiyat edən ermənilər acizanə surətdə müsəlmanlardan üzrxahlıq etdilər ki, həmin ləzgini rus bilib öldürüblər. Ona görə qatilin bağışlanmasını xahiş etdilər.

 

ƏLAVƏ: Yenə bu tarixdə Şuşa qalasında erməni camaatı rus tayfasından bir böyük vəzifəli şəxsi tapan ilə öldürdülər. Həmin bu rus ilk dəfə Qalaya gələndə kasıb olduğundan bir manata belə möhtac imiş. Amma öləndən sonra onun evindən külli miqdarda nəqd pul və əşya şıxmışdır. Buradan aydın oldu ki, o, dövlətə xəyanət edib erməni və müsəlmanlardan rüşvət almışdı.

Xülasə, erməni tayfası bu qəbil şəxslərdən Qalada və kəndlərdə çox öldürürdülər.

Bütün bunlara baxmayaraq, müsəlmanlar onlara (ermənilərə) mehribanlıq və hörmət göstərirdilər. Belə ki, bu tarixdə Şahnəzərovlar nəslindən Qriqor ağa adlı birisi vəfat etmişdi.

Müsəlmanların əyan və əşrafları toplaşıb onun dəfn mərasimində iştirak etdilər. Qriqor ağanı tabuta qoyub müsəlmanlar öz qayda-qanunları ilə çiyinlərinə alaraq qəbiristanlığa aparıb dəfn etdilər. Onun özü və ata babaları (Bəhram bəy, Cəmşid bəy və Məlik Şahnəzər) müsəlmanlara çox böyük rəğbət bəslədiklərinə görə Qalanın müsəlman camaatı bir neçə gün yas mərasimində iştirak etdilər. Hətta Cəmşid bəyin bir bacısı Hurizad xanım İbrahim xanın arvadı idi. Bu xanımın övladı olmadığına görə böyük məscidin həyətində otaqlar tikdirərək vəqf etdirdiyi otaqlar indi də qalmaqdadır. Cəmşid bəyin özü Rəhim bəyə vəsiyyət etmişdi ki, öləndə məni erməni qəbiristanlığında dəfn etməsinlər. Cəmşid bəy öləndə Rəhim bəy Şuşada olmadığından ermənilər onu aparıb öz qəbiristanlıqlarında dəfn etmişdilər. Rəhim bəy gələndən sonra dərhal Cəmşid bəyin tabutunu erməni qəbiristanlığından çıxarıb kənar yerdə dəfn etdilər.

 

 

 1905-ci İL ŞUŞA ŞƏHƏRİNİN ƏHVALATI

 

Şuşa qalasında erməni tayfasının bir para nalayiq işlərinə görə müsəlmanlar dözmədiyindən hər iki tayfa arasında böyük bir iğtişaş baş verdi və az qaldı ki, qan su yerinə axsın. Hər iki tərəfdən xeyirxah məsləhətçilər odu yatırmağa çalışdılar. Bir neçə dəfə erməni xəlifəsi və keşişləri, eləcə də min nəfərə yaxın əyanlar və bazar əhli məscidə gəlib dualar və xütbələr oxudular. Bununla da müsəlmanlarla sülhü bərqərar eləyib şad və xürrəm geri qayıtdılar.

Neçə dəfə ermənilər tərəfindən bu növ qərəzli düşmənçilik hərəkətləri baş vermiş, lakin erməni xəlifəsi hər dəfə bir dəstə adamla qazinin evinə gələrək qan tökülməsinin qarşısını almışdır. Bu hal uzun çəkmədi. Bir gün müsəlman cavanlarından bir neçəsi bazara gəlib qəflətən qışqıraraq dedilər ki, ay müsəlmanlar, nə qafil oturmusunuz? Ermənilər tökülüb təzə məhəlləni tar-mar edirlər. Bazar əhli bu dəhşətli xəbəri eşidən kimi qəzəbləndi. Və həmin anda dükanları bağlayıb, bazar camaatının bir parası silahlarını götürüb Təzə məhəlləyə tərəf yüyürdülər. Bir parası isə tüfəng və tapançalarını doldurub bazarda olan ermənilərin üzərinə hücum çəkdilər. Ermənilər bu vəziyyətdən qorxuya düşüb kimisi dükanı bağlayıb qaşdı, kimisi isə dükanın içinə girib qapını daxildən bağlayıb gizləndi. Bəziləri isə qonşuluqda olan müsəlman evlərində gizlənib özlərini xilas etdilər. Bu iğtişaş başlayarkən Təzə məhəlləyə getmiş silahlı adamlar geri qayıdıb xəbər gətirdilər ki, deyilənlər yalandır. Odur ki, mollalar və seyidlər gəlib ermənilərə təskinlik verdi ki, bu iğtişaş səhvən olub. Bazar əhlinin tələbi ilə yalan danışmış adamı tutub çəkə-çəkə bazara gətirdilər. Onlar yığışıb söyə-söyə bu yazığı o qədər döydülər ki, az qaldı ölsün. Binəvanın başına o qədər vurmuşdular ki, beyni xarab olub dəli olmuşdu. Uzun müddət müalicə olunmadı. Sonra Tiflisə aparsalar da, orada müalicənin əhəmiyyəti olmamış, 1323 (1905)-cü ilin zilhiccə ayında vəfat etdi. Həmin adam hamamçılardan Kərbəlayı Abbasın oğlu Məşədi Qurban idi.

Bu günlərdə şəhərdə iki məşhur şəxs vəfat etmişdi. Bu xəbəri eşidən müsəlmanlar 3 günlüyə dükan-bazarı bağlayıb məscidi-camedə matəm saxladılar. Erməni xəlifəsi bu xəbəri eşidən kimi camaatı ilə məscidə gəlib başsağlığı verir və öz adətləri ilə İncildən dua oxuyub gedirdilər. Beləcə ermənilərlə müsəlmanlar alış-veriş edib bir müddət sakit dolanırdılar. Amma hər tərəfdən xəbər gəlirdi ki, erməni qımdatlarının arasında dava etmək xüsusnda böyük məsləhətləşmələr gedir. Onların, yəni qımdatların üçdə iki hissəsi müsəlmanlarla dava etməyi hələlik məsləhət bilmirdilər. Qalan üçdə bir hissəsi isə müsəlmanlarla davanın zəruri olduğunu söyləyirdilər. Onların qarşısına qoyduğu məqsəd bütün müsəlmanların ev-eşiyini tar-mar etmək, özlərini qətlə yetirmək, Şuşa qalası kimi möhkəm bir şəhəri ələ keçirmək, ondan sonra isə tədarük etdikləri bütün silahla ruslara qarşı müharibə elan edib azadlığa nail olmaq idi. Bu arada bir nəfər gəlib müsəlmanlara xəbər verir ki, bir iranlı qərib seyid erməni ilə alış-veriş edəndə erməni ona nalayiq sözlər deyərək hörmətsizlik edib. Xalq bundan hiddətlənərək məscidin həyətinə toplaşır. Mən də məscidə gəlib həmin təhqir olunmuş seyidi görmək üçün onun dalınca bir adam göndərdim. Onu mənim yanıma gətirdilər. İçəridə və bayırda müsəlman camaatı qaynaşırdı.

Erməni məhəlləsinin hakimi Qasım bəy (müsəlman) bizim yanımıza gəldi. Vəziyyəti belə görüb həmin hakim Kiki (erməni) adlı Duma deputatına bir məktub yazır və qeyd edir ki, həmin müqəssir erməni bir qrup adamla gəlib həmin seyidlə barışsın ki, bu iğtişaşa son qoyulsun. Həmin Kiki müqəssiri 30 nəfərəcən sövdəgər ermənilərlə birlikdə bizim yanımıza gətirdilər. Levon adlı müqəssir gəlib seyidin əlini öpür, üzrə istəyir və beləliklə də, camaat sakitləşir.

Belə tədbirlər nəticəsində hiddətlənmiş camaatı sakitləşdirmək mümkün olurdu. Odur ki, müsəlman və erməni böyükləri, eləcə də qazi və keşişlər bir din xadimi və iki nəfər mülki şəxsdən ibarət qruplar yaradıb kənd yerlərinə və bağlara göndərirdilər, əhaliyə nəsihətlər verib sakitıəşdirsinlər. Bububla da iki millət arasında baş verə biləcək iğtişaşın, müvəqqəti də olsa, qarşısını alırdılar. Bir neçə vaxt bu iki xalq arasında sakitlik yarandı. Buna baxmayaraq, ermənilər öz fitnə-fəsadlarından əl çəkmirdilər. Sadəlövh müsəlmanlar isə onların bu hiylələrinə inanıb heç bir tədbir görmürdülər. Amma bu hiyləgər tayfa gizlincə tədarük görüb yollar üzərində, gizli yerlərdə və hündür qayalarda səngərlər yaradırdılar. Onlar müsəlmanlarda olan silahları ələ keçirmək üçün belə bir hiylə işlətdilər. Əgər tüfəng bazarda 20 manata satılırdısa, onlar 100 manata, tapanca 6 manata olduğu halda, 30 manata alırdılar. Sadədil müsəlmanlar silahların ermənilər tərəfindən belə baha qiymətə alındığını görüb evlərində nə qədər silah və sursat var idisə, tamamən ermənilərə satdılar.

Dövlətin başı yapo-rus müharibəsinə qarışdığına görə Qarabağda baş verən iğtişaşlara məhəl qoymurdular.

Dövlətin göstərişi ilə bu iki tayfa arasında sülh yaratmaq üçün və hər cür iğtişaşların qarşısını almaq üçün müsəlmanlar toplaşıb bir neçə nəfər tədbirli adam seçib bir məclisi-xeyriyyə yaratdılar.

Həmin seçilmiş şəxslər müsəlman camaatına xəbər etdi ki, erməni tayfası hiylə işlədərək müsəlmanlardan silahı toplamaq məqsədilə həmin silahları müsəlmanlardan olduqca baha qiymətə alırlar. Axırda həmin silahlarla müsəlmanların özlərini qətlə yetirəcəklər. Bundan sonra müsəlmanların ermənilərə silah və sursat satmağı qadağan edildi. Hər məhəlləyə xüsusi adamlar təyin edildi ki, hər kəsin erməni tayfasına silah satmasına imkan verməsin. Hər ailəyə tapşırıldı ki, öz imkanı daxilində bir və ya iki tüfəng, tapan və patronlar alıb evində hazır saxlasınlar. Odur ki, müsəlmanlar satdıqları silahların əvəzinə, birə-beş satdıqlarından da baha qiymətə yeni sursatlar almaq məcburiyyəti qarşısında qaldılar. Bundan sonra müsəlmanlar ermənilərin hiylələrindən agah olub bir balaca ayıldılar. Evlərdə lazım olan ərzaq tədarükü də görməyə başladılar. Kənd yerlərində yaşayan camaatı da ermənilərin bu hiyləsindən xəbərdar etdilər və silah almalarını məsləhət gördülər.

Vəziyyəti belə görən ermənilər yavaş-yavaş müsəlman bazarlarından köçməyə başladılar. Lakin onların bir parası müxtəlif səbələr gətirərək köçməsə də dükanlarında olan malların hamısını erməni məhəlləsinə köçürürdülər. Amma erməni məhəlləsindəki bazarda dükanları olan müsəlmanlara deyəndə ki, müsəlman məhəlləsinə köçün, onlar “ermənilər bizim dostumuzdur, onlardan bizə və bizim malımıza heç bir xətər dəyə bilməz”, - deyə cavab verdilər.

Irəlidə özlərinə dost hesab etdikləri bu tayfanın erməni məhəlləsindəki dükan sahiblərinin başlarına hansı müsibətləri gətirdiklərini yazacağıq.

Müsəlmanlara dava etmək və qırğın salmaq fikrində olan qımdatlar bütün yığıncaqlarda erməniləri müsəlmanlara qarşı təhrik məqsədi ilə deyirdilər:

“Ah-ah, Bakıda Lalayevin qanı yerdə qaldı, İrəvanda filan qardaşımıza zülm oldu, Naxçıvanda bir o qədər qardaşlarımızı öldürdülər, filan qədər övrət və kişiləri müsəlman etdilər. Onsuz da əvvəl-axır hamımız öləcəyik. Odur ki, yaxşı olardı xalqımız yolunda ölək və qardaşlarımızın qanını alaq”.

Onlar belə fitnə-fəsadlara təhrik etmək məqsədi güdən söhbətlərin qulaqlarını doldurub hər gün müsəlmanlara qarşı bir fitnə törədirdilər.

Bu günlərdə padşahlıq postundan üç nəfər rus bir çamadanda padşahlıq xəzinəsinə qırx üç min manat nəqd pul nə qədər veksel aparan zaman divarın arxasından çıxan erməni qımdatları həmin rus xadimlərini öldürüb pulu çamadanla götürüb qaçmışlar. Bu məbləğdə böyük pul erməni qımdatlarının əlinə keçdikdən sonra onların müsəlmanlara qarşı düşmənçilikləri və fitnə-fəsadları daha da artmağa başladı. Sonra öz aralarında müsəlmanlara qarşı bir hücum planı hazırladılar. Bu planda hücumun tarixi və vaxtı sattlara qədər hüsablanmışdı. Plana əsasən Qalada olan müsəlmanların hamısı böyükdən kiçiyə qədər qırılmalı, malları talan edilməli, ev-eşikləri isə yandırılıb xarabaya döndərilməli idi. Bu məzmunda planı müzakirə etmək üçün bir erməni hakiminin yanına apardılar. Həmin şəxs planla tanış olduqdan sonra onlara dedi:

“Bu yazdığınız hünərlər sizdə vardırmı:”

Onlar cavab verdilər:

“Görərsən ki, dörd saat ərzində bütün müsəlmanları qırıb məhəllələrini tar-mar etdikdən və Qalanı ələ aldıqdan aonra rusların başına nə gətirəcəyik”.

Hakim buyurur ki, iddianız çox böyükdür, amma vaxtınız çox azdır. Qımdatlar söylədilər ki, səkkisaat olmasın, on iki saat olsun. Axır ki, bu sutkada, yəni bir gecə-gündüz ərzində görəcəksən ki,  12 saatdan sonra müsəlmanların böyük məscidində nahar edəcəyik, 24 saatdan sonra isə xan sarayı üzərində öz bayrağımızı qaldırıb, Qalanı tamamilə öz əlimizə alacağıq.

Həmin hakim buyurdu ki, bunu mənim ağlım kəsmir, sizin dediyiniz sözlər xəyal və mənasızdır.

Bu sözləri eşidən kimi qımdatlardan birisi təkəbbür və qəzəblə planı onun əlindən alıb yoldaşları ilə birlikdə öz evlərinə qayıtdılar.

Ermənilər öz tayfasını mənəvi baxımdan bu iğtişaşa hazırlamaqla, bütün küçələrdə və səngərlərdə hazırlıq görməklə bərabər, başladılar müsəlmanlara sataşmağa.

Bu işlərdən xəbərdar olan bir erməni övrəti deyir ki, bizim qımdatların bu tədbirdə böyük səhvləri var. Bundan ötrü ki, mən bir kasıb övrətəm, dörd uşağım var. Bir toyuğum neçə gündür azıb, orda-burda yumurtlayır. Artıq üç gündür ki, mən və dörd uşağım o bircə toyuğun öhdəsindən gəlib onu tuta bilmirik. Bir halda ki, beş nəfər bir toyuğun öhdəsindən gələ bilmir, bəs bizim bu qımdatlarımız bu qədər yığılmış erməni ilə milyon-milyon müsəlmanların öhdəsindən necə gələcək?

Xülasə, ermənilər öz fitnə-fəsadlarını davam etdirirdilər. Bir gün küçələrin çırağını yandıran Kərbəlayi Məmmədhüseyn adlı bir nəfər səhər tezdən çıraqları söndürərkən üç nəfər erməni Şahlıq körpüsünün yanında bu yazığı nərdivandan yerə salıb neçə yerindən doğradılar. Onun dad-fəryadını eşidənlər yüyürüb hadisə yerinə gəldilər. Kərbəlayi Məmmədhüseyn qan içində çapalayırdı, o hələ ölməmişdi. Ondan soruşanda ki, səni bu hala kim salıb. Dedi ki, üç erməni məni xəncərlə beləcə doğradı. Yazıq bu sözləri deyib öldü.

Bu əhvalat müsəlmanlara çox təsir etdi. Müsəlman komissiyaları dum divanına toplaşıb ermənilərdən o yazığın qanını istədilər.

Bu əhvalatdan sonra erməni qımdatları müsəlmanlara poçta ilə göndərilən bağlama və əmanətlərin içərisində silah və sursat olmasından ehtiyat edərək onları gizlincə yoxlayırlarmış.

 

 

 QARABAĞIN ŞUŞA ŞƏHƏRİ VƏ ƏTRAFINDA BAŞ VERƏN ERMƏNİ-MÜSƏLMAN İĞTİŞAŞLARI VƏ ERMƏNİLƏRİN MƏĞLUB OLMASI

 

Ermənilər öz qarşılarına qoyduğu məqsədə çatmaq üçün durmadan səngərlər tikir, müxtəlif tədarüklər görür, vilayətlərdən və kəndlərdən Şuşaya kömək gətirirdilər. Odur ki, şəhər erməni tayfası ilə dolmuşdu.

Mən, Mir Möhsün Nəvvab evim erməni məhəlləsinə qonşu olduğuna görə qarşıdan gələn təhlükəni nəzərə alaraq şəhərin bir neçə izzətli şəxsləri evimi dəyişməyə mənə məsləhət bildilər. Həmin xahişə binaən bir gecə əyləşib diqqətlə sual etdim ki, bu davada fəth, nüsrət və qələbə biz müsəlmanlarla olacaq, yoxsa erməni tayfası ilə? İstixarə etdikdən sonra bu növ cavab zühura gəldi:

 

Qələbə yaxın günlərdə sizinlədir.

Bütün düşmənlər sizin ayağınızın altındadır.

 

Sonra bu beyti yazıb qazixanədə yığıncaqda söylədim. Bir para adamlara isə bu beyti yazıb verdim ki, cürətləri daha da artsın, ümidsizlər cəsarətə gəlsinlər.

Ikinci dəfə istixarə etdim ki, mənim evim kilsəyə yaxın olduğundan ona zərər dəyər, ya yox? Zərər dəyərsə, köçüm. Belə cavab gəldi:

 

Baxmayaraq ki sənin evin kilsəyə yaxındır,

Qəm yemə, axırı xeyirlidir.

 

Bundan sonra Allah-təalanın köməyinə arxalanaraq evimdən köçmək fikrindəm daşındım. Allah-təalaya dualar oxuyub onun köməyinə ümid bağladım.

Xülasə, seşənbə günü (çərşənbə axşamı) günortadan sonra camadi üs-sani ayının 23-də 1323-cü ildə (16 avqust 1905-ci il) ermənilər hücuma başladılar. Erməni qımdatları dəstə-dəstə olub bir dəstə Köçərli məhəlləsinə, bir dəstə Yuxarı Xəlifəli qapısına, başqa bir dəstə isə meydana tərəf getdilər. Qalan ermənilər isə səngərlərə doldular. Köçərli məhəlləsində qədim bir tayfaya mənsub, gözəl ev-eşiyi olan doxsan yaşlı Abbas bəy adlı bir nəfər yaşayırdı. Köçərli məhəlləsinə gedən dəstənin içərisində olan Çopur bəyin oğlu və Kolya adlı iki erməni Abbas bəyi çağırdılar. Abbas bəy evdən çıxanda ona dedilər ki, sən bizim qonşumuzsan, səninlə bizim işimiz yoxdur. Sonra isə Abbas bəyi sözə tutub tüfənglə vurdular. O biçarə güllədən al qana boyanıb yıxıldı. Ermənilər bir neçə güllə də Abbas bəyin yeganə oğluna və qardaşı oğluna vurub hər üçünü öldürdülər. Bundan sonra onlar evə benzin və neft töküb odladılar. Vurulanların da meyidlərinə od vurdular. Bundan sonra ermənilər üç gün idi ki, gəlin gətirmiş Nuşirəvan adlı bir yazığı da güllə ilə vurub öldürdülər. Sonra isə gəlinin cehizinə və evə, eləcə də meyidlərə neft töküb evlə bərabər yandırdılar. Beləliklə, onlar on beşə qədər evi mal-dövləti ilə yandırıb külə döndərdilər. Ev sahibləri övrət-uşaqla çıxıb qaçsalar da, onlardan iki-üç nəfəri şəhid oldu.

Xəlifəli qapısına gedən erməni dəstəsi isə on evə hücum etdilər. Ev sahibləri xəbərsiz olduqlarından onların arasında çaşqınlıq düşdü. Ermənilər bu evləri gülləbaran etdilər. Bu evlərin sakinləri qaçıb yaxındakı rus kazarmasına doldular. Buna baxmayaraq, üç nəfər erməni gülləsinin qurbanı oldu. Ermənilər isə müsəlmanların mal-dövlətini talan edib evlərinə od vurub yandırdılar.

ƏLAVƏ: Meydandakı qımdat dəstəsi ilə bazara gəlib əlləri ilə bütün dükanlara işarə etdikdən sonra ermənilər şaraqqa-şaraq dükanları bağlayıb əllərində tüfəng və tapança ilə meydana töküldülər və böyük hay-küy qalxdı. Onlar əvvəlcə iki nəfər Zarıslı müsəlmanı şəhid etdilər.

Ermənilərin bazarında on beşə qədər müsəlman dükanları var idi. Ermənilər hücum edən kimi bu dükanların hər birində bir və ya iki müsəlman var idi. Hücum başlayan kimi onların bir parası qaçdı, bir parası isə dükanları bağlayıb içərisində qaldılar. Bir parası isə yaxın dostluq etdikləri erməni dükan sahiblərinin dükanına və evlərinə pənah gətirdilər. Ermənilər isə onları güllə ilə qarşılayıb hamısını öldürdülər. Ermənilər müsəlman dükanlarının qqapılarını açıb içəridəkiləri öldürüb, mal-dövlətlərini qarət və alan etdilər. Quru meyvələri isə yemək üçün səngərlərdə vuruşan qımdatlara göndərdilər.

Həmin günü erməni bazarına alış-verişə gəlmiş müsəlmanlardan bir parası qaçıb canını qurtarsalar da, yaşlıları güllələyib öldürdülər. Ermənilər yara alanlara da rəhm etməyib tutduqları yerdə çox əzabla öldürdülər. Bu qırğında ermənilər əllərinə keçən müsəlmanları böyük işgəncə ilə öldürərək onların burun-qulağını, cinsi əlaqə üzvlərini kəsərək başlarına mıx və mismar çalmışdılar. Meyidləri ip ilə sürüyüb dərələrə, xəndəklərə ataraq gizləyir, üstlərində olan pulları isə götürürdülər. Ələ keçən cəsədlərin çoxunda beş-on yerindən yara aldığını görürdülər. Bəzi cəsədləri isə ermənilər od vurub yandırırdılar. Müsəlmanlar isə öldürdükləri adama bir yaradan artıq güllə vurmazdılar. Cəsədlərə isə toxunmayaraq düşdüyü yerdə də qoyub gedərdilər. Dəxi namərdlik edib ermənilər kimi ölənə və cəsədə işgəncə verməzdilər.

Ermənilərin hücum etdiyi həmin gün müsəlmanlar heç nədən xəbərsiz öz işlərində və alverlərində idilər. Müsəlmanların əyan-əşrəfləri isə Cümə məscidində təziyə məclisində əyləşmişdilər. Mərhum olmuş lənbəranlı Mehrəli əfəndinin cənazəsini bir neçə molla ilə Lənbərana göndərdikdən sonra onlar məsciddə təziyə saxlayırdılar. Bu zaman bir neçə nəfər gəlib xəbər verdi ki, nə oturmuşsunuz? Ermənilər dünyanı qarışdırıb, yuxarıda ələ düşəni öldürürlər. Oranın hakimi Xosrov bəy atla gedərkən nökəri ilə birlikdə onu gülləbaran ediblər.

Xalq bu xəbəri eşidən kimi qalxıb məscidi və dükan-bazarı bağlayıb hər yana səs saldılar. Sonra salavat çəkib və “Ya Əli!” deyə qışqıraraq on beş dəqiqə ərzində igidlər və cavanlar silahlanıb, əllərində tüfəng, tapança, qılınc, balta və bel, külüng və ling bazar və küçələrə çıxıb dəstə-dəstə hazır oldular. Onların “ura” sədası hər yana yayıldı.

Bu qovğa qalxarkən müsəlman bazarında olan erməni sövdəgər və sənətkarları qorxuya düşüb dükanları bağladılar. Onların bəzisi dükanların içərisində gizləndilər, bəziləri isə müsəlmanların evlərinə pənah gətirdilər. Müsəlmanlar onlara pənah gətirən erməniləri hörmətlə qarşılayaraq evlərində gizlədib mühafizə etdilər. Elə ki, gecə oldu, bazar darğası (polisi) İsmayıl bəy müsəlman bazarındakı dükanlarda gizlənmiş erməniləri ordan çıxarıb, dükanları bağladı, Onları isə evlərinə aparıb orda saxladı.

Beləliklə, müsəlmanlar dəstələrə bölündükdən sonra əllərində silah nərə çəkə-çəkə erməni məhəllələrinə tərəf üz qoydular.

Otuz ildən bəri ermənilər tədarük etdikləri və evlərdə, məxfi yerlərdə, qəbiristanlıqda, kilsələrdə, qayalıqlarda gizlətdikləri müxtəlif növ silahları bu gün aşkara çıxararaq müsəlmanlara tərəf yönəltmişdilər. Həmin silahlara sarılaraq müxtəlif səngərlərdən, evlərin pəncərələrindən və gizli yerlərdən küçə ilə gəlib-gedən, evlərin balkonlarında dayanan və görünən böyük-kiçiyi gülləyə tuturdular.

Erməni məhəlləsi şəhərin hündür yerində olduğundan və müsəlman məhəllələri aşağı yerində yerləşdiyindən onların mövqeyi daha əlverişli idi.

 

ƏLAVƏ: Şuşakəndin və Keşiş kəndinin erməniləri müsəlman məhəllələrinin müqabilində Topxana deyilən yerdə səngərlər tərtib etmişdilər. Odur ki, ermənilər həmin kəndlərdən gəlib bu səngərlərdən də müsəlmanları atəşə tuturdular. Bütün bu hazırlığa baxmayaraq, Allah-təalanın köməyiilə heç bir iş görə bilmirdilər.

Müsəlmanlar da bir neçə yerdə səngərlər tərtib etmişdilər. Birinci səngər Vəzirzadələrin evinin qabağında, ikinci səngər isə Hacı Həsən Qaraşirzadənin evinin içində və baş tərəfində idi. Bu səngərləri tərtib edən və onların başçısı Abbas bəy Talıb bəy oğlu idi. Üçüncü səngər isə Məşədi Kərimin və erməni Xaçatur oğlunun evləri idi. Bu səngərləri yaradan və onların rəhbəri bizim Mir İbrahim Ağamirzadə idi. Dördüncü səngər isə Ağadədəlidə idi. Onun da böyüyü və rəhbəri Əfrasiyab Hacı Əzim oğlu idi. Beşinci səngər Təzə məhəllədə yerləşirdi. Onun rəhbəri isə Məşədi Abış Bəylər bəy oğlu idi. Altıncı səngər isə mərhumə Gövhər ağanın evi və həyəti idi. Bu səngərin rəhbəri və istiqamətvericisi cənab Axund Molla Şükür idi.

Şəhərin əyanları və nücəbaları şəhər sakinlərini, cavanları və igidləri müdafiəyə qaldıraraq səngərlərə göndərirdilər. Özləri də tez-tez gəlib səngərlərə baş çəkib gedirdilər. Xüsusən cənab Nəcəfqulu ağa, cənab Şeyx Hüseyn və cənab Axund Molla Qasım tez-tez bütün səngərlərə baş çəkir, xalqı cəsarətlə müdafiə olunmağa ruhlandırdılar. Molla qasım paltarını dəyişərək döyüşçü libası geyinmiş halda, tüfəng çiynində dəstə-dəstə Qala və Çöl cavablarını götürüb “Ya Əli!” nərəsi çəkə-çəkə səngərləri gəzir, döyüşçüləri ruhlandırmaq üçün heyrətamiz sözlər və şüarlar deyirdilər.

Ermənilər hündür evlərdən və səngərlərdən müsəlman binalarını və küçələrini gülləbaran edir, xalqın gediş-gəlişinə mane olurdular.

Müsəlman tərəfdən isə İran konsulunun müavini Ağa Məmmədcəfər də cavanlarla məscidlərin minarələrinə çıxıb gözə görünən erməni quldurlarını güllə ilə vurub həyatlarını kəsirdilər.

Davanın ilk günü müsəlmanlar səngərlərdən güllə atmaqla erməniləri məşğul etdilər. Müsəlman səngərlərinin  yaxınlığındakı erməni evlərinin bir parasının sakinləri qaçmış bir parasının sakinləri qaçmış, bir parası isə darvazaları bağlayıb içəridə gizlənmişdilər. Müsəlmanlar səngərlərinin qarşısında olan həmin evlərin divarlarını linglə deşib içəri daxil olub, od vurub yandırdılar. Od vurulmuş evlərin hamısını alov bürüdü. Ərşə qalxan alov ətraf kəndlərdən və qayalardan görünürdü.

İkinci gün ermənilərin evlərini yandıraraq onları geri oturtdular. Üçüncü gün ikinci və üçüncü səngərin igidləri Xoca Söhrab kilsəsi adlanan Böyük kilsəyə çatdılar. Evlərə düşmüş yanğın artıq gəlib Təzə kilsənin ətrafına çatmışdı. Ermənilər ordan da geri çəkildilər. Dördüncü səngərin cavanları isə gəlib Cəmşid bəyin evinə çatdılar.

Bir para adam Cəmşid bəyin və Bəhram bəyin evlərinin yandırılmasını məsləhət görmədilər. Çünki Şahnəzərovlar həmişə müsəlmanların dostu olublar. Buna görə də onlara hörmət əlaməti olaraq evləri yandırılmasın. Lakin qabaqcadan qərara alınmışdı ki, hansı evdən müsəlmanların üzərinə güllə atıldı, o ev mütləq tar-mar edilməlidir. Cəmşid bəyin evinin balkonundan isə iki minə qədər güllə atılıb. Bu güllələrdən bir neçəsi uşaqlara dəyib yaralayıb. Yüz güllədən artıq isə məscidin taxtapuşuna, minarələrinə dəyib deşibdi. Bundan başqa bizim hörmətli seyidimiz Mir Möhsün Ağanın hücrəsinin pəncərəsinə on iki güllə vurulub deşik-deşik edilmişdi. Amma yenə hörmət əlaməti olaraq evi yandırmayıb getdilər. O evin ətrafında qəbiristanadək od vurdular. Külək vasitəsilə ətraf evlərdən Cəmşid bəyin evinə də od düşüb yandı. Bəhram bəy və Qriqor bəyin evləri də alovların cənginə keçdi.

Cavanlar evlərə od vurduqdan sonra qəbiristanlıqdan keçib yaxınlıqda yerləşən bir erməni fahişəxanasına çatdılar. Fahişəxananın darvazasını sındırıb evə on yerdən od vurdular. Orada olan erməni fahişələrinin bir neçəsi öldü, bir neçəsi isə bayıra qaçaraq müsəlman döyüşçlüərinin ayağına sərilərək aman istədilər. Döyüşçülər onları bağışladılar.

Üçüncü gün hər bir müsəlman kəndindən yeddi yüzə yaxın atlı və piyada köməyə gəldi. Onlar səngərlərə paylanaraq döyüşü davam etdirdilər.

Bu davadan əvvəl erməni tayfası məktəb tikdirirdi. Həmin binanın tikintisində on səkkiz nəfər İran müsəlmanlarından fəhləlik edirdi. Dava başlayan kimi bina sahibi onları bir evə dolduraraq heç yana çıxmamalarını tapşırdı və bildirdi ki, əks təqdirdə ermənilər onları görsələr, hamısını öldürəcəklər, sonra vaxt tapıb sizi yola salarıq. Onlar da bu erməninin sözünə inanıb o evdə gözləməli olurlar. İranlı fəhlələrdən biri erməninin sözünə inanmayıb nə yollasa sonradan qaçıb canını qurtarır. Ev sahibi isə axşam ermənilərə xəbər verib onlarla birlikdə İran fəhlələri gizlənən evə gəlirlər. Qələmlə yazılması qeyri-mümkün olan erməni vəhşiliyi nəticəsində orada olan 17 nəfər İran fəhləsi böyük zülm və işgəncə ilə öldürülür. Ermənilər onların başına mismar çalaraq əzdikdən sonra cəsədlərini bir dərəyə ataraq üstlərini peyinlə basdırmışlar.

Müsəlmanlar ahvalatdan xəbərdar olduqdan sonra gedib onların cəsədlərini çıxarıb gətirirlər. Onların bəzilərinin cəsədləri parça-parça olduğundan təyəmmül (təmizləyib) edib o birilərinə qüsul verib kəfənə tutdular və hörmətlə Cıdır düzündə dəfn etdilər.

Qalaya kənd yerlərindən köməyə gəlmiş atlılar dalbadal şəhərə daxil olduqdan sonra dəstə-dəstə olub səngərlərə və keçidlərə doluşdular. Bir azdan sonra “Ya Əli!” nərəsi çəkib hücuma keçdilər. Onlar erməniləri geri oturdub evlərinə və dükanlarına od vurub yandırdılar. Hər hansı erməni qaraltısı görürdülərsə, gülləbaran edirdilər. Ermənilər get-gedə geri çəkilir, müsəlmanlar isə qələbə ilə irəliləyirdilər. Həmin gün səs-küy, çığırtı və “Ya Əli!” sədaları, tüfənglərin gurultusu və ermənilərin qışqırtısı yeri-göyü lərzəyə gətirirdi. Yanan evin və dükanların alovu və tüstüsü kəhkəşana yetişmişdi. Həmin günün gecəsi yanan evlərin işığına neçə mil məsafədə kağız yazıb-oxumaq mümkün idi. Vəzirzadələrin evlərinin qabaq səmtinə od vura-vura gedirdilər. Iki yolun ortasında bir ev var idi. Müsəlmanlar ona da od vurmaq istəyərkən bir nəfər evdən çıxıb onların yanına gəldi və iztirabla cavanlardan xahiş etdi ki, Allah xatirinə bu evi yandırmayın! Çünki mən bu evi icarəyə götürmüşəm və külfətim hal-hazırda burada yaşayır, bütün mal-dövlətim bu evdədir. Cavanlar həmin müsəlman kişisinin dediklərindən sonra buyurdular ki, bütün evlərdən çox bu evi odlamaq fikrində idik. Çünki bir erməni bu evin altında şirəxana (tiryək çəkilən yer) dükanı düzəltmişdi.

Həmin erməni gedib Allahın evini ziyarət etdikdən sonra gəlib bu şərabxananı açıb, oraya hər gün, hər gecə fasiq, facirlər gəlib, bu dükanda müsküratdan içib, zinakarlıq və əlli cür fasiq əməllərlə məşğul olurdular. Evin yandırılmasının qeyri-mümkün olduğunu görən cavanlar qərara aldılar ki, heç olmasa onun altındakı şərab və tiryək dükanını dağıdıb tar-mar etsinlər. Onlar bu məqsədlə dükanın qapısını sındırdılar və içəri daxil oldular. Gördülər ki, hər biri otuz-qırx pud şərab tutan neçə boçkalar vardır. Onlar güllə ilə boçkaları dəlmə-deşik etdikdən sonra şərab sel kimi axmağa başladı. Rus kazakları isə əhvalatdan xəbərdar olan kimi bu axan şərabları vedrələrə doldurub aparmağa başladılar. Bir müddət üfunət iyindən o dükanın qabağından keçmək mümkün olmadı. O dükanda olan yüzlərlə şüşələrə doldurulmuş cürbəcür içki və müskurat da çölə atılaraq sındırılmışdı. Bir neçə gündən sonra həmin evdə yaşayan müsəlman başqa bir müsəlman evinə köçmək məcburiyyəti qarşısında qaldı. Ondan sonra bu erməni evini yenidən dağıdıb tar-mar etdilər.

Məhəmməd adlı bir oğlan danışır ki, bütün aləmi insan çığırtısı, nalələri, döyüşçülərin nərələri və tüfənglərin səsləri bürüyəndə və evlər alovlanaraq yananda gördüm ki, bir rus keşişi yanan evlərin arasında icarə etdiyi evdən çıxaraq bir övrətlə müsəlmanların içinə gəldi. Həmin keşiş mənim əlimdən tutub dedi ki, sənin evin hardadır? Mən də dedim:

- O müqabildə görünən ev mənimdir.

Rus keşişi xahiş etdi ki, bu övrət yanğından qorxduğuna görə və onların evlərini alov əhatə etdiklərinə görə bir neçə gün onları öz evində saxlasın. Məhəmməd onları sakitləşdirib, öz evini onlara verəcəyinə razı oldu. Bundan sonra o rus keşişi ilə övrəti gətirib onlara dedi:

- Nə qədər istəsəniz, bu evdə qala bilərsiniz.

Onlar Məhəmmədin evində üç gün qaldılar. Ara bir az sakitləşdikdən sonra keşiş Məhəmmədi çağırıb dedi ki, bu qədər ki, sən bizə hörmət etdin, bunun əvəzini çıxmağa bizim heç nəyimiz yoxdur. Qoy Allah-təala sənə əvəzini versin. Keşiş üzünü şərqə tərəf tutub çoxlu dualar oxudu və övrət də amin dedi. Ondan sonra onlar Məhəmmədlə əl tutub xudahafizləşərək yola rəvan oldular. Məhəmməd onları ötürüb geri qayıdır.

 

ƏLAVƏ: İkinci səngərdən yuxarı daşlıq yolda bir böyük imarət var idi. Imarət keşişli Xaçikinki idi. Içində kazak polku olurdu. Müsəlmanların səngəri o evin qabağında yerləşirdi. Müsəlman igidləri həmin mövqedə erməni səngərlərini gülləbaran edirdilər. Bir də gördülər ki, o evin taxtapuşunda neçə erməni və neçə kazak onları gülləyə tutublar. Bunu görən kimi igidlər qışqırıb tüfənglərin ağzını taxtapuş səmtə çüvirib onların üstünə güllə yağdırdılar. Kazaklar bu fitnəkarlığın üstünün açılacağından ehtiyat edərək və böyüklərin tənbehindən qorxaraq taxtapuşdan endilər və öz mənzillərinə getdilər. Sonra məlum oldu ki, həmin kazaklar ermənilərdən pul və patron alıb müsəlmanlara qarşı ermənilərə kömək etmişlər. Sonra kazaklar ermənilərlə əlbir olub həmin evə od vurdular. Kazaklar da həmin yerdən köçüb ayrı yerdə məskunlaşdılar. Yenə həmin gecə kazaklar ermənilərlə əlbir olub müsəlmanların səngərlərinə güllələr atdılar.

Elə ki, sakitlik oldu, kazaklardan biri belə nəql etdi ki, bizim hər birimizə bir manat pul və iyirmi patron verirdilər ki, onlara kömək edək.

 

ƏLAVƏ: Davadan əvvəl Şuşanın erməni tayfası hər yerə kağızlar yazıb göndərərək kömək istəmişdilər. Həmin kağızların birini də Tiflis şəhərinə yazıblarmış. Tiflisdə neçə yüz erməni və gürcü gəlib Şuşada müsəlmanlara qarşı vuruşmuş və əksəriyyəti burada həlak olmuşdular. Belə ki, davadan sonra Tiflisə ancaq 60 nəfər qayıdır. Əhvalatdan xəbərdar olan gürcülər istəyirlər ki, toplaşıb həlak olanların əvəzinə, ordakı İran müsəlmanlarını qırsınlar. Lakin gürcülərin bir parası buna razı olmayıb mane olmuşdular.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info