Qonaq Kitabı
PAMBIQ DASTANI

 

Bir az əqli var isə,

Deyin çəkilsin misə.

Mən üzünü ağartdım,

Haqsızdır - bir şey desə.

 

Dünən gördüm ipəyi,

Yerdən gedir ətəyi.

Onun fikri-zikri pul,

Mən güdmədim qəpiyi.

 

Görürsən bu kətəni,

Dəng eyləyib yetəni;

Bizə tay olacaqmış,

Bu çöllərin çətəni.

 

Fikirləşdim mən özüm,

Buna yoxdur bir sözüm,

Ancaq haqqa qalanda,

Ondan da toxdur gözüm.

 

Nə vurhavur, nə busat,

Gəlin buna içim and:

Geniş meydana çıxsam,

Bir şey deyil brilyant.

 

Yığılsın yaqut, sədəf,

Düzülüb gəlsin səf-səf.

Kimin elçisi çoxdur,

Ona çalın zurna, dəf.

 

Hər kəsdə, hər yerdə mən,

Dərmanım çox dərdə mən.

Hər qurultay oldumu,

Əyləşirəm orda mən.

 

Yoxsulun yoldaşıyam,

Rəncbərin sirdaşıyam.

Əməkçi xalq üçün mən,

Bəzəklərin başıyam.

 

De dərdini yazana,

Bu yollarda gəzənə,

Açıqdır mərmər sinəm,

Oğul istər qazana.

 

Adım pambıq, üzüm ağ,

Yay günündə canım sağ.

İndi dövran mənimdir,

Bəxtim ötkün, kefim çağ.

 

Aprel 1931-ci il



1 Herodotun rəvayətinə görə, Misir Fironu Makedoniyaya hədiyyələr göndərdiyi zaman

pambıqla bəzənmiş bir şey göndərmişdi.

1 Almanca pambığa, Die Baunballa deyirlər. Ağac yunu mənasındadır.

 

 



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info