Qonaq Kitabı
PAMBIQ DASTANI

Su səpildi yoluna,

Xəbər düşdü dağlara.

 

Bərəkətli ellərdə,

Kölgəni sarqıdalı;

Orda-burda keşikçin

Dal qılınc qarğıdalı”.

 

Xəcalətdən utandı,

Görüb çatma qaşını,

Darıya bax, darıya,

Dikdi yerə başını.

 

“Çıx yolumdan!” dedin sən

Boz yovşana, yarpıza;

Üz verdin bir tərəfdən

Şamamaya, qarpıza.

 

Buğda: “Buyur gəl” dedi,

Bağ sənin, bostan sənin;

Arpa çaldı sazını,

Söylədi: “Dastan sənin”.

 

Bu gün əmək əlilə,

Cənnət olan Muğanda.

Ulduzlar heyran oldu,

Sən şərəflə doğanda.

 

Kim deyir ki, əlindən,

Sevda camı içmədik!

Sən Muğana gələli

Bizlər dağa köçmədik.

 

Dünən Mil çöllərində,

İlanlar mələşirkən.

Bu nə sirdir: gəldin sən,

Gül açdı hər bir tikan?!

 

Bir qurdun yuvasıydı,

Hər bir qoltuq, hər dərə;

Nə ovsun eylədin ki,

El yığıldı bir yerə?!

 

Bütün ellər xeyirli,

Varlı aranda qaldı;

Vaz keçib dağdan, daşdan,

Yer tutdu, yuva saldı.

 

Onlarda yoxkən əvvəl,

Sevincin əlaməti.

Düzəldi birdən-birə,

Qadınların qaməti.

 

Dılqır ələk, dılqır sac,

“Əlim xəmir, qarnım ac”.

Deyən yoxsulların sən,

Dərdinə etdin əlac.

 

Gəlişin ölkəmizə,

Bir uğurlu yol açdı.

Gül kimi yaslılardan

Çiçək, qızdırma qaçdı.

 

Hələ qulaqlarımda,

Xışın xəstə nəğməsi.

Neylədin, sən gəlincə,

Çıxmadı artıq səsi?

 

Yarıb yerin bağrını,

Qəhrəman bir ər kimi.

Polad atlar tarlada,

Gəzir qızmış nər kimi.

 

Şəkərdən daha dadlı,

Daha şirin gülüşun;

Hansı nurlu yollardan,

Ellərdəndir gəlişin?”

 

“Hindistanın bağlarından,

Daşdım da gəldim.

Himalay dağlarından,

Aşdım da gəldim.

 

Bu gün belə Hindi get gəz,

Bax nə deyirlər:

Hindistanda adım “daras” -

Dillərdə əzbər.

 

Sərəndibdə qalmadım heç,

Qaynar su içdim.

Hinddə nəfəs almadım heç,

Bəhreynə keçdim.

 

Fironların zamanında,

Əziz deyildim;

Lakin əsirlər yanında,

Peşkəş edildim.1

 

Makedoniya kralları,

Feyzimi buldu.

Adriatik kənarları,

Oylağım oldu.

 

Yayılmışdı çox yerlərə,

Uğursuz adı.

Asma bağda bircə kərə,

Gördüm Şəddadı.

 

Kefim üçün Neynavada,

Xeylicə gəzdim;

O mədəni el-obada,

Bir şeylər sezdim.

 

Bir gözəllik gördüm deyə,

Pərvazə gəldim.

Şer, qəzəl dinləməyə,

Şirazə gəldim.

 

Türküstanda çox dolaşıb,

Ceyhuna çıxdım;



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info