Qonaq Kitabı
DIŞ OĞUZUN İÇ OĞUZA YAĞI OLMASI

 

– “Qəm çəkmə-qəm çəkmə, divanə könül,

Həmişə ruzigar belə dar olmaz.

Keçər bu qarlı qış, zavallı bülbül,

Qismətin həmişə ahu-zar olmaz”[11].

 

Qorxma, ata, qorxma, varam yurdunda,

Qoymaram, qoymaram sönə ocağın.

Heyfdir qopuzun yiyəsiz qala,

Hələ, yeni güllər açacaq bağın.

 

Göyərən güllərin hər pıtasında,

Sən dəriləcəksən, yaşayacaqsan.

İnanıram buna, əminəm buna,

Əbədiyyətə tək varsan ki, varsan!

 

Haqq mərd igitləri qoruyar, saxlar,

Vurğunsuz bu gözəl məna doğrulmaz:

“Əlinlə qurduğun barlı bağçalar,

Tufanlar qopsa da saralıb solmaz”[12].



[1] Qarun – Bəni-İsraildə çoxlu var-dövləti ilə məşhur olan şəxs.

[2] T ə ə h ü d – öhdəsinə alma, söz vermə.

[3] S ə r a h ə t – aydınlıq, aşkarlıq.

[4] Qiyamət günü insanların dirilib bir yerə toplanması.

[5] Əsərin Stokholm nəşrində bu ad “Oruz” kimi getmişdir.

[6] M ü s h ə f – yazılı səhifələrdən ibarət olan şey (kitab, Quran).

[7]M ü x ə n n ə s – kişiliyi olmayan; arvad xasiyyətli.

[8] Ü r v ə t ü l v ü s q a – möhkəm əlaqə, möhkəm rabitə.

[9] Saib Təbrizi.

[10] Azərbaycan aşıq şeirindən.

[11] Aşıq Qurbaninin “Olmaz” şeirindən.

[12] Səməd Vurğunun “Şəfqət bacısı” şeirindən.

 



 
[ 1-15 ] [16] [17] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info