Qonaq Kitabı
BAYBURANIN OĞLU BAMSI BEYRƏK

Doqquzlama çırğab-çoxa

Xanlar xanı Bayındır xana

Pənc yek çıxardılar.

Bəyburanın oğlancığı

Bamsı Beyrək Baybicanın

Qızın aldı, ağ ban otağına

Döndü, toy-dügünü başladılar.

Qırx igidin, neçəsinə

Salur Qazan, neçəsinə

Bayındır xan qız verdilər.

Beyrək daxı yeddi gözəl

Qız qardaşın, yeddisini

Ərə verdi. Qırx igidə 

Otaq tikdi, otuz doqquz

Taleli qız taleyinə.

Ox atdılar otuz doqquz 

İgit daha oxun ardınca getdilər.

Qırx gün qırx gecə

Toy-dügün eylədilər.

Bamsı Beyrək yoldaşları ilə

Birlikdə murad verdi, murad aldı.

Dədəm Qorqud gəlir oldu,

Şadlıq çaldı, bu “Oğuznamə”ni

Qoşdu, böylə dedi:

– İndi hanı mən dedigim

Bəy ərənlər, dünya mənimdir, deyənlər?

Əcəl aldı, yer gizlətdi,

Fanı dünya kimə qaldı?

Gəlimli, gedimli dünya!

Son ucu ölümlü dünya!

Yum verəyin, yerli qara,

Dağlarınız yıxılmasın!

Kölgə salan qaba ağacın kəsilməsin! 

Gur-gur axan görklü suyun qurumasın! 

Qanadların ucu heç vaxt qırılmasın! 

Çapar ikən ağ-boz atın büdrəməsin! 

Çalışanda qara polad üz qılıncın kütələməsin! 

Allah ver umudunuz üzləməsin!

Ağ alnında beşcə kəlmə dua qıldıq,

Qəbul olsun!

Yığışdırsın, duruşdursun günahımızı

Adı gözəl Məhəmmədə bağışlasın!



[1]  Sığınıram sübhün Rəbbinə (Quranın “Fələq” surəsinin birinci ayəsi).

[2] Ş ə b ç ı r a q – gecə çırağı (Əfsanəyə görə İran şahlarında olan misilsiz almaza verilmiş ad). 

 



 
[ 1-15 ] [16] [17] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info