Qonaq Kitabı
SALUR QAZANIN EVİ YAĞMALANDIĞI BOYU BƏYAN EDƏR

Yumru-yumru ağladı, yanıq ciyərçiyini dağladı. Bu məÒ»əldə sultanım, Salur Qazanla Qaraca Çoban çapar yetdi. Çobanın uçyaşar dana dərisindən sapanının ayası, uç

keçi tükündən sapanının qolları idi; Ò»ər atanda on iki batman daş atardı. Atdığı daş yerə düşməzdi. Yerə dəxi düşsə toz kimi sovrulardı. Ocaq kimi oyulardı. Üç ilədək daşın düşdüyü yerin otu bitməzdi. Simiz qoyun, arıq toğlu bayırda qalsa qurd gəlib yeməzdi sapanın qorxusundam. Elə olsa sultanım, Qaraca Çoban sapan çatlatdı. Dünya-aləm kafirin gözunə qaranqu oldu. Qazan aydır:

- Mərə Qaraca Çoban, səbr et, anamı kafirdən diləyəyim, at ayağı altında qalmasın - dedi.

At ayağı kölük, ozan dili çevik olar.

Qazan kafirə çağırıb söyləmiş, görəlim, nə söyləmiş. Aydır:

 

Mərə Şöklu Məlik!

Dünliyi altun ban evlərimi gətirib durursan,

Sənə kölgə olsun.

Ağır xəzinəm, bol axçam gətirib durursan,

Sənə xərclik olsun.

Qırx incə belli qızla Burla xatunu gətirib durursan,

Sənə yesir olsun.

Qırx yigitlə oğlum Uruzu gətirib durursan,

Qulun olsun.

Tovla-tovla şaÒ»baz atlarımı gətirib durursan,

Sənə minət olsun.

Qatar-qatar dəvələrim gətirib durursan,

Sənə yüklət olsun.

Qarıcıq anamı gətirib durursan, mərə kafir,

Anamı vergil mana!

Savaşmadan, uruşmadan qayıdayım,

Geri dönəyim, gedəyim, bəlli bilgil! - dedi.

 

Kafir aydır:

 

- Mərə Qazan!

Dünliyi altun ban evini gətirmişiz,

bizimdir.

Qırx incə belli qızla Boyu uzun Burla xatunu gətirmişiz,

bizimdir:

Qırx yigitlə oğlun Uruzu gətirmışiz,

bizimdir.

Tovla-tovla şaÒ»baz atların, Qatar-qatar dəvələrin gətirmişiz,

bizimdir.

Qarıcıq ananı gətirmişiz,

bnzimdnr.   

Sənə verməriz. Yayxat keşiş oğluna verəriz.

Yayxat keşiş oğlundan oğlu doğar.

Biz onu sənə qırım qoyarız, - dedilər.

 

Böylə degəc Qaraca Çobanın acığı tutdu. Dodaqları təpsirdi.

Çoban aydır:

 

Mərə, dini yox, əqilsiz kafir!

Usu yox, dərnəksiz kafir!

Qarşı yatan qara dağlar,

Qarıyıbdır, otu bitməz.

Qanlı-qanlı irmaqlar

Quruyubdur, suyu gəlməz.

ŞaÒ»baz-şaÒ»baz atlar

Qarıyıbdır, qulun verməz.

Qızıl-qızıl dəvələr

Qarıyıbdır, köşək verməz.

Mərə kafir, Qazanın anası,

Qarıyıbdır, oğul verməz.

 

Dölun almaqdan səfan varsa, Şöklü Məlik, qara gözlü qızın varsa gətir Qazana ver, mərə kafir, sənin qızından oğlu doğsun, siz onu Qazan bəyə qırım qoyasız - dedi.

[Məgər bu tərəfdən Oğuz bəyləri Qazanın qəziyyəsini eşidib Qazanın ardına düşmüşlərdi].

Bu məÒ»əldə Qalın Oğuz bəyləri yetdi, xanım, görəlim, kimlər yetdi.

Qaradərə ağzında qadır verən, qara buğa dərisindən beşiyinin yapığı olan, acığı tutanda, qara daşı kül eləyən, bığın ənsəsində yeddi yerdə düyən, ərənlər əvrəni Qazan bəyin qardaşı Qaragünə çapar yetdi:

- Çal qılıcın, qardaş Qazan, yetdim, - dedi.

Bunun ardınca görəlim, kimlər yetdi. Dəmir qapı Dərbənddəki dəmir qapıyı təpib alan, altmış tutam ala göndərinin ucunda ər böyürdən (Qazan kimi pəÒ»ləvanı üç gəz atından yıxan) Qıyan Səlcuq oğlu Dəli Dondar çapar yetdi.

- Çal qılıcın, ağam Qazan, yetdim - dedi.

Bunun ardınca kimlər yetdi? Hamidlə Mardin qələsin təpib yıxan, dəmir yaylı Qıpçaq Məliyə qan qusduran, gəlibən Qazanın qızın ərliyə alan, Oğuzun ağ saqqallı qocaları görəndə ol yigidi təÒ»sinliyən, al məxmuru şalvarlı, atı bəÒ»ri xotazlı Qaragünə oğlu Qara budaq çapar yetdi:

- Çal qılıcın, ağam Qazan, yetdim - dedi.

Bunun ardınca görəlim, xanım, kimlər yetdi? Distursuzca Bayındır xanın yağısın basan, altmış min kafirə qan qusduran, ağ-boz atının yeləyisi üzərində qar durduran Ğəflət Qoca oğlu Şirşəmsəddin çapar yetdi:

- Çal qılıcın, ağam Qazan, yetdim, - dedi.

Bunun ardınca, görəlim, xanım, kimlər yetdi? Parasarın Bayburd Ò»asarından pırlayıb uçan, ap-alca gərdəyinə qarşı gələn, yeddi qızın umudu, qalın Oğuz imrəncisi, Qazan bəyin inağı, boz ayğırlı Beyrək çapar yetdi:

- Çal qılıcın, ağam Qazan, yetdim, - dedi.

Bunun ardınca, xanım, görəlim, kimlər yetdi? Çaya çalımlı, çalqaraquş ərdəmli, qurqurma qoşqulu, qulağı altun küpəli, Qalın Oğuz bəylərini bir-bir atından yıxıcı Qazdıq Qoca oğlu bəy Yeynək çapar yetdi:

- Çal qılıcın, ağam Qazan, yetdim, - dedi.

Bunun ardınca görəlim, xanım, kimlər yetdi? Altmış ərkəc dərisindən kürk eləsə  topuqlarını örtməyən, altı öyəc dərisindən külaÒ» etsə qulaqlarını örtməyən, qolu, budu xıranca, uzun baldırları incə, Qazan bəyin dayısı at ağızlı Aruz Qoca çapar yetdi:

- Çal qılıcın, bəyim Qazan, yetdim, - dedi.

Bunun ardınca, görəlim, kimlər yetdi? Varıban peyğəmbərin üzün görən, gəlibən Oğuzda səÒ»abəsi olan, acığı tutanda bığlarından qan çıxan, bığı qanlı Əmən çapar yetdi.

- Çal qılıcın, ağam Qazan, yetdim, - dedi.

Bunun ardınca, görəlim, kimlər yetdi? Kafirləri it ardına buraxıb xorluyan, eldən çıxıb Ayğırgözlü suyundan at üzdürən, əlli yeddi qələnin kildin alan, Ağ Məlik Çeşmə qızına nikaÒ» edən, Sunu-Sandal Məliyə qan qusduran, qırx cübbə bürünüb otuz yeddi qələ bəyinin məÒ»bub qızlarını çalıb bir-bir boynun qucan, üzündən, dodağından öpən, Elin Qoca oğlu Alp Ərən çapar yetdi.

- Çal qılıcın, Qazan, yetdim, - dedi.

Sayılmaqla Oğuz bəyləri tükənsə olmaz. Həp gəlib yetdilər. Arı sudan abdəst aldılar. Ağ alınların yerə qoydular, iki rikət namaz qıldılar. Adı görklü MəÒ»əmmədə salavat gətirdilər, [təkbir gətirib] bitəklif kafirə at saldılar, qılıc çaldılar. Gumbur-gumbur nağaralar döyüldü, burması altun borular çalındı.

Ol gün çiyərində olan ər yigitlər bəlirdi. Ol gün müxənnətlər sapa yer gözətdi. Ol gün bir qiyamət savaş oldu, meydan dolu baş oldu. Başlar kəsildi top kimi. ŞaÒ»baz-şaÒ»baz atlar yügürdü, nalı düşdü, ala-ala köndərlər susaldı. Qara polad üz qılıclar çalındı, yelmağı düşdü. Ò®ç yeləkli qayın oxlar atıldı, dəmrəni düşdü. Qiyamətin bir günü ol gün oldu. Bəy nökərindən, nökər bəyindən ayrıldı.

Daş Oğuz bəyləri ilə Dəli Dondar sağdan təpdi, Çilasın yigitlər ilə Qaragünə oğlu Dəli Budaq soldan təpdi. İç Oğuz Bəyləri ilə Qazan tüpə təpdi, Şöklü Məliyə Ò»əvalə oldu. Şöklü Məliyi bögürdübəni atdan yerə saldı, qafillicə qara başını alıb kəsdi. Qaxışdıban alaca qanını yer üzünə tökdü. Sağ tərəfdə Qara Təkur Məliyə [Qıyan] Səlcuq oğlu Dəli Dondar qarşı gəldi. Sağ yanını qılıcladı, yerə saldı. Sol tərəfdə Buğacıq Məliyə Qaragünə oğlu Dəli Budaq qarşı gəldi. Altı pərli gürz ilə təpəsinə qatı tuta vurdu. Dünya aləm gözünə qaranqu oldu, at boynun qucaqladı, yerə düşdü. Qazan bəyin qardaşı kafirin tuğu ilə sancağını qılıcladı, yerə saldı. Dərələrdə, təpələrdə kafirə qırğın gəldi. Leşinə quzğun üyüşdü. On iki min kafir qılıcdan keçdi. Beş yuz Oğuz yigitləri şəÒ»id oldu. Qaçanını Qazan bəy qovmadı, aman deyəni öldurmədi. Qalın Oğuz bəyləri toyum oldu.

Qazan bəy ordusunu, oğlanını, uşağını, xəzinəsini aldı, geri döndü. Altun taxtında yenə evini tikdi. Qaracıq Çobanı əmiraxur elədi. Yeddi gun, yeddi gecə yemə-içmə oldu. Qırx baş qul, qırx qırnaq oğlu Uruz başına azad elədi. Çilasın qoç yigitlərə qalaba ölkə verdi. Şalvar, cubbə, çuxa verdi.

Dədəm Qorqud gəlibən boy boyladı, söy söylədi, bu oquznaməyi düzdü, qoşdu, böylə dedi:

- Qanı dediyim bəy ərənlər? Dünya mənim deyənlər? Əcəl aldı, yer gizlədi, fani dünya yenə qaldı. Gəlimli, gedimli dunya, son ucu ölümlü dünya.

Yum verəyin, xanım! Qarlı qara dağların yıxılmasın! Köl-gəlicə qaba ağacın kəsilməsin! Qamən axan körklü suyun qurumasın [qanatların qırılmasın!] Qadir tanrı   səni namərdə möÒ»tac etməsnn! Çaparkən ağ-boz atın büdrəməsin! Çalışanda qara polad üz qılıcın kütəlməsin! Durtuşürkən ala köndərin ovanmasın! Ağ saqqallı baban yeri ucmaq olsun! Ağ birçəkli anan yeri beÒ»işt olsun! Axır sonu arı imandan ayırmasın! Amin, amin deyənlər didar görsün! Ağ alnında beşər kəlmə dua qıldıq, qəbul olsun! AllaÒ» verən umurun üzülməsin. Yığışdırsın, dürüşdürsün günaÒ»larını adı körklu MəÒ»əmməd Mustafa üzü suyuna bağışlasın.

 



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info