Qonaq Kitabı
SALUR QAZANIN EVİ YAĞMALANDIĞI BOYU BƏYAN EDƏR

- Ölmüşmüydin, itmişmiydin, Qazan! Qanda gəzərdin bizə deyəydin, Qazan! Dün yox, ötəki gün evin bundan keçdi. Qarıcıq anan qara dəvə boynundan asılı keçdi.

 

Qırx incə belli qızla Ò»alalın

Boyu uzun Burla xatun ağlayıban şundan keçdi.

Qırx yigitlən oğlun Uruz

Başı açıq, yalın ayaq, kafirlərin yanınca dustaq getdi.

Tovla-tovla şaÒ»baz atların kafir minmiş,

Qatar-qatar qızıl dəvələrin kafir yedmiş,

Altun-axça, bol xəzinəni kafir almış.

 

Çoban böylə degəc Qazan aÒ» etdi, əqli başından getdi. Dünya-aləm gözünə qaranqu oldu. Aydır:

- Ağzın qurusun, Çoban! Dilin çürüsün, Çoban! Qadir sənin alnına qada yazsın, Çoban! - dedi.

Qazan bəy böylə degəc Çoban aydır:

- Nə qağırsan mana ağam Qazan? Yoxsa köksündə yoxmudur iman? Altı yüz kafir dəxi mənim üzərimə gəldi. İki qardaşım şəÒ»id oldu. Üç yüz kafir öldürdüm, ğəza etdim. Simiz qoyun, arıq toğlu sənin qapından kafirlərə vermədim. Üç yerdən yaralandım, qara başım büküldü, yalnız qaldım. Suçum bumudur? - dedi. Çoban aydır:

 

Qonur atın vergil mana!

Altmış tutam kondərini vergil mana!

Ap-alaca qalxanını vergil mana!

Qara polad üz qılıcın vergil mana!

Sadağında səksən oxun vergil mana!

Ağtozluca qatı yayın vergil mana!

Kafirə mən varayın,

Yenidən doğanın öldürəyin,

Yenimlə alnım qanın mən siləyin,

Ölürsəm sənin uğruna məp öləyin,

AllaÒ» taala qorsa, evini mən qurtarayın - dedi.

Böylə dekəc Qazana qəÒ»ər gəldi, aldı yürüyü verdi. Çoban dəxi Qazanın ardından yetdi. Qazan döndü, baxdı:

- Oğul Çoban, qanda gedirsən?

Çoban aydır:

- Ağam Qazan, sən evin almağa gedirsən, mən dəxi qarındaşım qanın almağa gedirəm - dedi.

Böylə dekəc Qazan aydır:

- Oğul Çoban, qarnım acdır. Heç nəsnən varmıdır yeməyə?

Çoban aydır:

- Bəli, ağam Qazan! Gecədən bir quzu bişirib durdum. Gəl bu ağac dibində enəlim, yeyəlim - dedi.

Yendilər, Çoban dağarcığı çıxardı, yedilər, Qazan fikir elədi, aydır:

- Əgər Çobanla varacaq olursam, Qalın Oğuz bəyləri mənim başıma  qaxınc qaxarlar.  Çoban  belə olmasa Qazan kafiri almazdı deyərlər - dedi.

Qazana qeyrət gəldi. Çobanı bir [qoca] ağaca sara-sara möÒ»kəm bağladı, atlandı yürüyü verdi. Çobana aydır:

- Mərə Çoban! Qarnın acıqmamışkən, gözün qararmamışkən bu ağacı qoparı görəkil! Yoxsa səni burada qurdlar, quşlar yeyər, - dedi.

Qaraca Çoban zərb elədi, qaba ağacı yerilə, yurduyla qopardı, arxasına aldı, Qazanın ardına düşdü.

Qazan baxdı, gördü Çoban ağacı arxasına almış, gəlir. Qazan aydır:

- Mərə Çoban! Bu aqacı neylərsən? - [dedi].

Çoban aydır:

- Ağam Qazan! Bu ağac o ağacdır ki, sən kafiri basarsan, [dəxi] qarnın acıxır. Mən sənə bu ağacla yemək bişirərin - dedi.

Qazana bu söz xoş gəldi. Atından endi, Çobanın əllərin çözdü, alnında bir öpdü. Aydır:

- AllaÒ» mənim evimi qurtaracaq olarsa, səni əmiraxur eliyəyin — dedi:

İkisi belə yola girdi.

Bu yana Şöklü Məlik  kafirlərlə şən-şadman yeyib-içib oturardı. Aydır:

- Bəylər, bilirmisiz Qazana necə Ò»eyf eləmək gərək? Boyu uzun Burla xatunu gətirib  sığraq sürdürmək gərək, - dedi.

[Ol arada Burla xatun qırx qızla, oğlu Uruz bir evdə Ò»əbs idi.

Boyu uzun Burla bunu eşitdi. Yürəyilə canına odlar düşdü. Qırx incə belli qızın içinə girdi, öyüt verdi, aydır:

- Qanğınıza yapışarlarsa Qazan xatunu qanğınızdır, qırx yerdən avaz verərsiz, - dedi.

Şöklü Məlikdən adam gəldi.

- Qazan bəyin xatunu qanğınızdır?

Qırx yerdəi avaz gəldi. Qanğısıdır bilmədilər. Kafirə xəbər verdilər:

- Birinə yapışdıq, qırx [bir] yerdən avaz gəldi, bilmədik qanğısıdır - dedilər.

Kafir aydır:

- Mərə! Varın Qazanın oğlu Uruzu dartın, çəngələ asın, qıyma-qıyma ağ ətindən çəkin, qara qavurma bişirib qırx bəy qızına ilətin, Ò»ər kim yedi, ol deyil[dir], Ò»ər kim yemədi, oldur, alın gəlin, sığraq sürsün! - dedi.

Boyu uzun Burla xatun [bunu eşitdi] oğlunun yamacına gəldi, çağırıb oğluna seylər, görəlim, xanım, nə söylər. Aydır:

 

Oğul, oğul, ay oğul!

Bilirmisən nələr oldu?

Söyləşdilər fısıl-fısıl,

Kafirlərin felin duydum.

Dünlüyi altun ban evimin qəbzəsi oğul!

Qaza bənzər qızımın, gəlnimin çiçəyi oğul!

Doqquz ay dar qarnımda götürdüyüm oğul!

On ay deyəndə dünyaya gətirdiyim oğul!

Tolaması beşikdə bələdiyim oğul!

 

Kafirlər tərs danışdılar: Qazan oğlu Uruzu Ò»əbsdən çıxarın, boğazından orğanla asın, iki dalısından çəngələ sancın, qıyma-qıyma ağ ətindən kəsin, qara qavurma edib, qırx boy qızına ilətin, Ò»ər kim yedi ol deyil, Ò»ər kim yemədi, ol Qazan xatunudur, çəkin döşəyimizə gətirəlim, sığraq sürdürəlim demişlər. Sənin ətindən oğul yeyəyinmi? Yoxsa sası dinli kafirin döşəyinə girəyinmi? Ağan Qazanın namusını sındırayınmı? Oğul Ò»ey! — dedi.

Uruz aydır:

- Ağzın qurusun, ana! Dilin çürüsün, ana! Ana Ò»aqqı, tanrı Ò»aqqı deyilməsəydi, qalxıbanı yerimdən duraydım. Yaxanla boğazından tutaydım. Qaba öncəm altına salaydım. Ağ üzünü qara yerə təpəydim. Ağzınla burnundan qan şoraladaydım. Can dadlısın sənə göstərəydim. Bu nə sözdür? Saqın, qadın ana! Mənim üzərimə gəlməyəsən! Mənim üçün ağlamayasan! Qoy məni, qadın ana, çəngələ ursunlar. Qoy ətimdən çəksinlər, qara qavurma etsinlər, qırx bəy qızının önünə ilətsinlər. Onlar bir yediyində sən iki yegil! Səni kafirlər bilməsinlər, duymasınlar. Ta kim, sası dinli kafirnn döşəyinə varmayasan. Sığrağın [sürməyəsən]. Atam Qazan namusını sımayasan! Saqın! - dedi.

Oğlan böylədekəc bıldır-bıldır gözünün yaşı rəvan oldu. Boyu uzun Burla xatun boynu ilə qulağın aldı, düşdü. Güz alması kimi al yanağın dartdı yırtdı. Qarğı kimi qara saçını yoldu. Oğul, oğul, - deyibəni zarlıq qıldı, ağladı.

Uruz aydır:

Qadın ana! [Nə ağlarsan!?]

Qarşım alıb nə böyrərsən?

Nə bozlarsan, nə atlarsan!?

Bağrımla yürəyim nə dağlarsan?

Keçmiş mənim günümü nə andırarsan?

Hey ana! Ərəbi atlar olan yerdə

Bir qulunu olmazmı olur?

Qızıl dəvələr olan yerdə

Bir köşəyi olmazmı olur?

Ağca qoyunlar olan yerdə

Bir quzucuğu olmazmı olur?

Sən sağ ol, qadın ana!

Babam sağ olsun!

Bir mənim kimi oğlan bulunmazmı olur? - dedi.

 

Böylə degəc anasının qərarı qalmadı. Yürüyü verdi [vardı], qırx incə belli qızın içinə girdi.

Kafirlər Uruzu alıb qənarə dibinə gətirdilər. Uruz aydır:

- Mərə kafir, aman! Tanrının birliyinə yoxdur güman. Qoyun məni bu ağacla söyləşəyim, - dedi.

Çağırıb ağaça söyləmiş, görəlim, xanım, nə söyləmiş:

 

Ağac-ağac dersəm sənə ərlənmə aqac!

Məkkə ilə Mədinənin qapısı ağac!

Musayi-gəlimin əsası ağac!

Böyuk-böyük suların körpüsü ağac!

Qara-qara dənizlərin gəmisi ağac!

ŞaÒ»mərdan Əlinin düldülünün əyəri ağac!

Zülfiqarın qanıyla qəbzəsi ağac!

ŞaÒ» Həsənlə Hüseynin beşiyi ağac!

Əyər ərdir, əyər övrətdir, qorxusu ağac!

Başın ala baxar olsam, başsız aqac!

Dibin ala baxar olsam, dibsiz ağac!

Məni sənə asarlar, götürməgil ağac!

Götürəcək olarsan yigitliyim səni  tutsun ağac!

Bizim eldə gərək idin ağac!

Qara Ò»indu qullarıma buyraydım,

Səni para-para doğrayaydılar, ağac!

 

Ondan ayıtdı:

 

Tovla-tovla bağlananda atımla yazıq!

Qardaş sığlıyanda yoldaşıma yazıq!

Yumruğumda talbınanda şaÒ»in quşuma yazıq!

Yetər ilə tutarda [tazıma] yazıq.

Bəyliyə doymadın, özumə yazıq!

Yigitliyinə usanmadın, canıma yazıq! - dedi.

 



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info