Qonaq Kitabı
SALUR QAZANIN EVİ YAĞMALANDIĞI BOYU BƏYAN EDƏR

Bir gün Ulaş oğlu, Tulu quşun yavrusu, bizə miskin umudu, ümmət soyunun arslanı, Qaraçuğun taplanı, qonur atın əyası, Xan Uruzun ağası, Bayındır xanın göyküsü, qalın Oğuzun dövləti, qalmış yigit arxası Salur Qazan yerindən durmuşdu. Doxsan başlı ban evlərin qara yerin üzərində tikdirmişdi. Doxsan yerdə ala qalı, ipək döşəmişdi, səksən yerdə badyələr qurulmuşdu. Altunayaq süraÒ»ılar düzülmüşdü. Doqquz qara gözlü, xub üzlü, saçı ardına örtülü, köksü qızıl düyməli, əlləri biləyindən xınalı, barmaqları nikarlı, məÒ»bub kafir qızları qalın Oğuz bəylərinə sığraq sürüb içərlərdi. İçib-içib Ulaş oğlu Salur Qazanın alnına şərabın itisi çıxdı. Qaba dizi üzərinə çökdü, ayıtdı:

- Ünüm ünlən bəylər, sözüm dinlən bəylər! Јata-yata yanımız ağrıdı. Dura-dura belimiz qurudu. Yürüyəlim, a bəylər! Av avlayalım, quş quşlayalım, sığın, keyik yığalım, qayıdalım, otağımıza düşəlim, yeyəlim, içəlim, xoş keçəlim!

Qıyan Səlcuq oğlu Dəli Dondar aydır:

- Bəli, xan Qazan, məsləÒ»ətdir!

Qaragünə oğlu Qarabudaq aydır:

- Ağam, Qazan, məsləÒ»ətdir!

Onlar elə degəç, at ağızlı Aruz Qoca iki dizinin üstünə çökdü, aydır:

-Ağam Qazan, məsləÒ»ətdir — [dedi]. Amma sası dinli Gürcüstan ağzında oturursan, ordun üstünə kimi qorsan?

Qazan ayıtdı:

- Üç yüz yigitlən oğlum Uruz mənim evim üstünə dursun! - dedi.

[Haman] qonur atını -çəkdirdi bütün mindi. Təpəl qaşqa ayğırına Dondar mindi. Göy bədöysün dartdırdı Qazan bəyin qarındaşı Qaragünə mindi. Ağ bədöysün çəkdirdi, Bayındır xanın yağısın basan Şirşəmsəddin mindi. Parasarın Bayburd Ò»asarından pırlayıb uçan Beyrək boz ayğirına mindi. Qonur atlı Qazana keşiş deyən bəy Yeynək Duru ayğırına mindi. Saya varsam, tukənsə olmaz, qalın Oğuz Bəyləri mindi, Ala Dağa ala ləşkər ava çıxdı.

[Bu yana] kafirin casusu casusladı.Vardı kafirlər urğunu Şöklu Məliyə xəbər verdi. Yeddi min qaftanının ardi yırtıclı, yarımından qara saçlı, sası dinli, din düşməni, alaca atlı, qaraca kafir mindi, yığladı, dün bucağından Qazan bəyin ordusuna gəldi. Altun ban evlərini kafirlər çapdılar, qaza bənzər qızı-gəlini çığrışdırdılar. Tovla-tovla şahbaz atlarını mindilər. Qatar-qatar qızıl dəvələrini yeddilər. Ağır xəzinəsini, bol axçasını yağmaladılar. Qıpx incə belli qızla Boyu uzun Burla xatun yesir getdi. Qazan bəyin qarıcıq olmuş anası qara dəvə boynunda asılı getdi. Xan Qazanın oğru Uruz bəy üç yüz yigitlən əli bağlı, qolu bağlı getdi. Elin Qoca oğlu Sarı Qulmaş Qazan Bəyin evi üzərinə şəÒ»id oldu.

Qazanın bu işlərdən xəbəri yox.

Təkur aydır:

- Bəylər, Qazanın tovla-tovla şaÒ»baz atlarını minmişiz, altun-axçasını yığmalamışız, qırx yigitlə oğlu Uruzu dutsaq  etmişiz, qatar-qatar dəvələrini yetmişiz, qırx incə

belli qızla Qazanın halalını tutmuşuz. Bu Ò»eyfləri biz Qazana etmişiz, - dedi.

Kafirin biri aydır:

- Qazan bəydə bir heyfimiz qaldı.

Şöklu Məlik aydır:

- Mərə aznavur, nə Ò»eyfimiz qaldı?

Kafir aydır:

- Qazanın Qapılar Dərvənddə on min qoyunu vardır. Şol qoyunları dəxi götursək, Qazana ulu Ò»eyf edərdik - dedi.

Şöklu Məlik aydır:

- Altı yuz kafir varsın [- dedi, ol] qoyunu gətirsin, - dedi.

Altı yüz kafir atlandı, qoyunun üzərinə ilğar vardı.

Gecə yatırkən Qaracıq Çoban qara qayğulu vaqiə gördü. Vaqiəsindən sərmərdi uru durdu. Qabangücü, Dəmirgücü - bu iki qardaşı yanına aldı. Ağılın qapısını bərkitdi. Üç yerdə təpə kimi daş yığdı, ala qollu sapanın əlinə aldı.

NagaÒ»andan Qaracıq Çobanın üzərinə altı yüz kafir qoyuldu.

Kafir aydır:

- Qaranqu axşam olanda qayğılı Çoban!

Qarıla yağmur yağanda, çaxmaqlı Çoban!

Sudü, peniri bol, qaymaqlı Çoban!

- Mərə Çoban, Qazan bəyin dünlüyü altun ban evlərini biz yıqmalamışız, [tovla-tovla şaÒ»baz atlarını biz minmişiz. Qatar-qatar qızıl dəvəsini biz yedmişiz]. Qarıcıq anasını biz gətirmişiz. Ağır xəzinə, bol axçasını blz yağmalamışız. Qaza bənzər qızı-gəlini biz yesir etmişiz. Qırx yigitlən Qazanın oğlunu biz gətirmişiz. Qırx incə belli qız ilə Qazanın Ò»alalını biz gətirmişiz.

Mərə Çoban! Uzağından, yaxınından bəri gəlgil! Baş endirib bağır basgil! Bizə salam vergil! Öldürməyəlim. Şöklü Məliyə səni ilətəlim, sənə bəylik alı verəlim (dedilər).

Çoban aydır:

 

Hərzə-mərzə söyləmə, mərə itim kafir!

İtimlə bir yalaqda yuyundum içən azğın kafir!

Altındakı alaca atın nə öyərsən?

Ala başlı keçimcə gəlməz mana.

Başındakı tuğulğanı nə öyərsən, mərə kafir?

Başımdakı [keçə] börkümcə gəlməz mana.

Altmış tutam göndərini nə öyərsən, mərə kafir?!

Qızılcıq dəyənəyimcə gəlməz mana.

Qılıcını nə öyərsən, mərə kaflr?!

Əyri başlı çovkanımca gəlməz mana.

[Belindəki doxsan oxun nə öyərsən, mərə kafir?]

Ala qollu sapaınmca gəlməz mana?

İrağından, yaxınından bəri gəlgil!

Yigitlərin zərbini görgil, ondan ötgil! - dedi.

 

Bitəklif kafirlər [bunu eşitdilər] at təpdilər, ox səpdilər. Ərənlər əvrəni Qaracıq Çoban sapanının ayasına daş qoydu, atdı. Birin atanda ikisin, üçün yıxdı, ikisin atanda üçün, dördün yıxdı. Kafirlərin gözünə qorxu düşdu. Qaracıq Çoban kafirin üç yüzünü sapan daşı ilə yerə buraxdı. İki qardaşı oxa düşdü, şəÒ»id oldu.

Çobanın daşı tükəndi, qoyun deməz, keçi deməz, sapanın ayasına qor, atar [kafirlərin dördün, beşin bir yerdə] yıxar [oldu]. Kafirin gözu qorxdu. Dünya aləm kafirin başına qaranqu oldu, ayıtdılar:

- Yarımasın, yarçımasın, bu Çoban bizi [cümləmizi) qırar olamı? – dedilər.

Dəxi durmuyub qaçdılar.

Çoban şəÒ»id olan qardaşlarını Ò»aqqına qoydu. Kafirlər leşindən bir böyük təpə yığdı. Çaxmaq çaxıb od yaxdı, kəpənəyindən qurumsu edib yarasına basdı. Yolun qıyısın alib oturdu, ağladı, sıqladı.

Aydır:

- Salur Qazan, Bəy Qazan! Ölümüsən, dirimisən, bu işlərdən xəbərin yoxmudur? -dedi.

Məgər xanım, ol gecə qalın Oğuzun dövləti, Bayındır xanın göyküsü, Ulaş oğlu Salur Qazan qara qayğulu vaqiə gördü. Sərmərdi, uru durdu. Aydır:

- Bilirmisən, qarındaşım Qaragünə, duşumda nə köründü? Qara qayğulu vaqiə gördüm. Yumuruğumda talbınan şaÒ»in mənim quşumu alır gördüm. Göydən ildırım ağban evim üzərinə şaqır gördum. Düm qara busarıq ordumun üzərinə tökülü, gördüm. Quduz qurdlar evimi dələr gördüm. Qara dəvə ənsəm [dən] qarvar gördüm. Qarğı kimi qara saçım uzanır gördüm. Biləyimdən on barmağımı qanda gördüm. Necə kim bu duşu gördüm [ayrıq uymadım dedi). Şundan bəri ağlım, usum dərə bilmən.

Xanım qardaş! Mənim bu duşumu yorğıl mana, - dedi. [Qardaşina] Qaragünə aydir:

- [Qardaş] qara bulud dediyin sənin dövlətindir. Qar ilə yağmur dediyin sənin ləşkərindir. Saç qayğıdır. Qan qadadır. Qalanısın yora bilməm, allaÒ» [xeyrə] yorsun - dedi.

Böylə degəc Qazan aydır:

- Mənim avımı nozma [qardaş!), ləşkərimi dağıtma [qardaş!], mən bu gün qonur ata qaqaram, üç günlük yolu bir gündə alaram, öylə olmadan (mən] yurdumun üstunə vararam. Əgər sağdır, əsəndir, axşam olmadan yenə mən sana gələrəm. Ordum

saq əsən deyilsə, başınıza çarə edin, mən daxi getdim, - dedi.

[Qonur atı mindi, maÒ»mız edib, yola girdi]. Gəli-gəli yurdunun üzərinə gəldi. Gördü ki, [m] uçarda quzğun [qalmış), tazı dolaşmış yurtda qalmışdır. Qazan bəy burada yurdilən xəbərləşmiş, görəlim, xanım, nə xəbərləşmiş. Qazan aydır:

 

Qum qumlamayım quma yurdum!

Qulanla, sığın, keyikə qonşu yurdum!

(Alaca atlı kafirdən sana yurdum!]

Səni yaqı nə yerdən darımış, gözəl yurdum?!

Ağ ban evim tikiləndə yurdum qalmış,

Qarıcıq anam olurunda yeri qalmış,

Oğlum Uruz ox atanda puta qalmış.

Oğuz bəyləri at çapanda meydan qalmış.

Qara mutbax tikiləndə oçaq qalmış.

 

Bu Ò»alları gördukdə Qazanın qara qıyma közləri qan yaş doldu, qan damarları qaynadı, qara bağrı sarsıldı (yürəgi oynadı). Qonur atnpı öncələdi, kafir keçdiyi yola düşdü, getdi.

Qazanın önünə bir su gəldi. Qazan aydır:

- Su Ò»aqq didarın görmüşdür. Mən [bu] suyla xəbərləşim, - dedi, görəlim, xanım, necə xəbərləşdi. Qazan aydır:

 

Çığnam-çığnam qayalardan çıxan su!

Böyuk-böyük ağac gəmilər oynadan su!

Həsən ilə Hüseynin Ò»əsrəti su!

Bağ və bostanın ziynəti su!

Ayişəylə Fatimənin nikaÒ»ı su!

ŞaÒ»baz atlar içdiyi su!

Qızıl dəvələr gəlib keçdiyi su!

Ağ qoyunlar gəlib cövrəsində yatdığı su!

Ordumun xəbərin bilirmisən degil mana!

Qara başım qurban olsun, suyum, sana! - dedi.

 

Su qaçan xəbər versə gərək! Sudan keçdi, bu gəz bir qurda tuş oldu. “Qurd üzi mübarəkdir, qurdlan bir xəbərləşəyim” - dedi, görəlim, xanım, nə xəbərləşdi. Qazan aydır:

 

Qaranqu axşam olanda günü doğan!

Qar ilə yağmur yağanda ər kimi duran!

Qaraqoç atları kişnəşdirən!

Qızıl dəvə gördüyündə bozlaşdıran!

Ağca qoyun gördüyündə quyruq çırpıb qamçılayan!

Arxasını urub bərk ağılın ardın sökən!

Qarmayub ğoç simizin alıb tutan!

Qanlı quyruq üzüb çap-çap udan!

Avazı qara köpəklərə qovğa salan!

Çaxmaqlıcana çobanları dünlə yüyürdən!

Ordumun xəbərini bilirmisən, degil mana!

Qara başım qurban olsun, qurdum, sana! - dedi.

 

Qurd qaçan xəbər versə gərək? Qurddan dəxi keçdi. Qaraca Çobanın qara köpəyi Qazana qarşı gəldi. Qazan qara köpəklə xəbərləşdi, görəlim, xanım, nə xəbərləşdi. Aydır:

 

Qaranqu axşam olanda vaf-vaf urən!

Acı ayran töküləndə çap-çap içən!

Gələn xırsızları qorxudan!  

Qorxuduban şəmatəsi ilə ürküdən!

Ordumun xəbərin bilirmisən, degil mana!

Qara başım sağlığında eyiliklər edəm, köpək sana! - dedi.

Köpək qaçan xəbər versə gərək? Köpək Qazanın atının ayağına çap-çap düşər; sək-sək səkilər. Qazan bir tumar ilə köpəyi urdu. Köpək çəkildi, gəldiyi yola getdi. Qazan köpəyi qovlayıb Qaraca Çobanın üzərinə gəldi. Çobanı gördüyundə xəbərləşdi, görəlim, xanım, nə xəbərləşdi. Qazan aydır:

 

Qaranqu axşam olanda qayğılı Çoban!

Qarla yağmur yağanda çaxmaqlı Çoban!

Ünüm ünlə, sözüm dinlə!

Ağban evim şundan keçmiş gördunmu, degil mana!

Qara başım qurban olsun Çoban sana! - dedi. Çoban aydır:



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info