Qonaq Kitabı
ZƏHMƏT VƏ ZİNƏT

 

Mürgü çökmüş çölə, dağa,

Qalın meşə görür yuxu.

Qonmuş yaşıl bir budağa,

Kəsik-kəsik ötür ququ.

 

Ulduzlarla əylənərək

Ay göz qırpır, Zəhmət, Zinət

Tayalara söykənərək,

Şirin-şirin edir söhbət.

 

Hər tərəfə Alış baxdı,

Qəlbi güldü al şəfəq tək.

Gözlərində şimşək çaxdı.

Kişi oldu lap sevincək.

 

Hələ Zəhməti, Zinəti

Görüncə bir yerdə çox şən,

Ürəyində məhəbbəti

Dəniz kimi coşdu birdən.

 

Qaçıb girdi gülə-gülə

Iki dostun arasına.

Saldı böyük fərəh ilə

Hər qolunu bir boyuna.

 

Bir yanında gözəl Zəhmət,

Ürəyinə saçır işıq.

Bir yanında nazlı Zinət

Verir həyata yaraşıq.

 

Baxdı coşğun təbiətə,

Gördü mahtab aləm açmış,

Baxdı Zəhmətə, Zinətə,

Dedi: - Kitab doğru yazmış:

“Bu dünyada sev zəhməti,

Odur həyatın zinəti!”             

                                        1944

 



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info