Qonaq Kitabı

Gör necə zülfü arizin vüsləti-sübhü-şam edər.

Bu beytdə Nəsimi insanın saçını (qara olduğuna görə) axşama və yanağını (ağ olduğuna görə) səhərə oxşadaraq deyir: “Dünyada səhər-axşamın birləşdiyini görən olmamışdır. Ancaq insanın saçı ilə yanağı səhər-axşamı birləşdirdi”. Ya kaf və ha, ə’uzü bikə – “Ey “k” və “h” hərfləri, sənə sığınıram”.

Dedi ya kafü ha, ə’uzü bikə,

Çün Əli bildi müstəandır söz.

Yəni – Əli, sözün sığınacaq verən – (Allah) olduğunu bildiyinə görə dedi – ey (k) və (h) hərfləri, sənə sığınıram.

 

Yədi-beyza – “Ağ əl”.

Yədi-beyza imiş cismin ki, Musa ana məhrəmdir,

Təala şə’nühü əkbər, bu necə Turi-Sinadır.

Əfsanəyə görə “yədi beyza” ağ parıldayan, işıqlı əl, Musa peyğəmbərə verilən 9 möcüzədən biridir. Lakin Nəsiminin fikrincə, yədi-beyza insane gözəlliyidir və Musa da ondan istifadə edərmiş.

 

Yövmə yunadi – “Bir gün çağırar”.

 

Zilli min yəhmum – “Qara tüstüdən ibarət kölgə”.

İfadəni Nəsimi Quranın 56-cü surə 28-ci ayəsindən iqtibas etmişdir. Orada yazılır: sol cərgəyə düzülənlər (qiyamətdə günahkarlar nəzərdə tutulur) isti külək, isti su və isti, qara kölgə içərisində olacaqlar. Lakin Nəsimi bir panteist olaraq özünü həm şimal əhli, həm də bu ayədə göstərilən qara və isti kölgə hesab edərək deyir:

Aşiqəm hüsnünə eşqin ehtimalı məndədir,

Zilli-min yəhmumu əshabın şimalı məndədir.

 



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info