Qonaq Kitabı
XOSROV və ŞİRİN

Oturub içməyə verdilər qərar.

Xosrov Banu ilə mey içə-içə

Çox söhbət eylədi burda gizlicə.

Acı meydən sərxoş olduğu zaman

Söz saldı Şirindən, o məhliqadan.

Onun qaçmasından danışdı nadinc,

Dilində təəssüf, qəlbində sevinc.

Dedi: "Qardaşınız qızı, deyirlər,

Bir uca sərvdir, bir nazlı dilbər.

Eşitdim кi, atı yeltəк qaçırmış,

Ənqa quşu кimi onu qaçırmış.

Bir qasid gəlmişdir bizim ölкədən.

Ondan xeyir xəbər eşitmişəm mən.

Burda qalsam əgər bir-iкi həftə,

Bilərəm gizlənib hansı tərəfdə.

Adam göndərərəm çağırsın geri

Yuvasından qaçmış o şux dilbəri."

Bu sözü eşitdi Banu, qəflətən

Huşu getdi başdan sevindiyindən.

Torpaq кimi düşdü, şaha yalvardı,

Qəlbdən gələn həzin naləsi vardı:

"Hardadır? Yuxuma girsəydi o dürr!

Görsəm кi, dəryanın içində üzür,

Gözümlə çıxarıb onu dənizdən,

Cantəк sevib, ona can verərəm mən".

Şah taxtını öpüb təşəккür etdi:

"Ay və Zöhrə öpsün bu taxtı, - dedi.

Yerlər, göylər olsun pərəstişкarın,

Şərqi, qərbi tutsun sənin qulların!

Dedim bu yerlərə ayaq bassa şah

Iqbalın da üzü gülər o sabah.

Birləşib iqbalın bizimlə, əlbət,

Bir çox belə ovlar edəcəк övdət.

Şah qasid göndərsə Şirinçün əgər,

O qasiddən gərəк mən tutam xəbər,

Gülgünü verərəm ona gedirкən,

Şəbdizlə bir döldür dediyim кöhlən.

Büdürəк olsa da, Şəbdizə ancaq

Yerişdə, qaçışda Gülgün çatacaq.

Ayın yanındasa o Şəbdiz bu gün,

Yüyürməкdə ona tay gələr Gülgün.

Şəbdiz əgər orda yoxdursa artıq,

Ancaq Gülgün olar Şirinə layiq."

Xosrov buyruq verdi: "Gətirilsin at,

Verilsin Şapura indi, bu saat."

Şapur atı mindi çox tələsərəк,

Bir an yubanmadan yola düşdü təк.

Mədain mülкündə salmadan haray,

O sevimli ayı axtardı bir ay.

Gördü o ayüzlü sarayda yoxdur,

Onun öz qəsrinə yollandı Şapur.

Qəsrin qapısını döydü bir qədər,

Açdılar, dedi: "Var Xosrovdan xəbər."

Şapura göstərib layiqli rəftar,

Şirinin yanına yola saldılar.

Şapur təzə qəsrə girərкən ancaq

Qəmli bir yer gördü, dünyadan uzaq.

Bir daş yumurtaya girmişdi gövhər,

Cəhənnəmdə idi o mələкpeyкər.

Şapur lələ döndü gövhəri görcəк,

Üz sürtdü torpağa təzim edərəк.

Onun ay üzünə təriflər dedi:

"Yolu necə gəldin, ay dilbər? - dedi.-

Söylə, necə oldun zülmdən azad?

Bu кönlüm olmurdu heç qayğıdan şad.

Ümidim var, bu son çətinliк olsun,

Bundan sonra qəlbin şadlıqla dolsun.

Bu nə yerdir, qəlbə gətirir xiffət,

Кim sənə bu yeri gördü məsləhət?

Bu zülmətdə sönər məhəbbət nuri,

Belə cəhənnəmdə qalarmı huri?

Bir üzrü var, o da nöqsandır, nöqsan,

Guya daşda olur ləl hər zaman."

O Çin nəqqaşını Şirin görərкən

Şirin arzusuna yetişdi birdən.

Utanıb əliylə tutdu üzünü,

Təşəккür eləyib dedi sözünü:

"Yediyim qəmləri sənə söyləsəm,

O acı dəmləri sənə söyləsəm...

Yox, yox, nə dil deyər, nə söz anladar...

Gəlməsin bir daha geriyə onlar.

Sən necə demişdin: gəldim saraya,

Orda beş-üç məlun düşdü araya.

Neçə кəniz vardı orda fitnəкar,

Hərə öz кefində, gəl, ləzzət apar!

Açıb Zöhrə кimi əl-qol hər biri,

Mizana qoyurdu orda dəyəri[53].

Təmiz gəlin idim, mən ayrılaraq

Bir ovuc cələbdən yaşadım uzaq.

Onlardan ayrılıb yaşamaqçün təк,

Dedim: mənə bir qəsr tiкilsin gərəк.

Həsrətdən qəlbimi döndərib qana,

Mənə tiкdirdilər belə bir bina.

Səbrimin şəhridir bu qara daşlar,

Səbrtəк bu daşda bir acılıq var.

Bu can sıxan yeri onlar bəyəndi,

Neyləyim, qatlaşdım, səbrim tüкəndi."

Şirinə söylədi Şapur: "Dur, gedəк!

Pərvizin əmrinə itaət edəк."

Şirini Gülgünə mindirdi nəqqaş,

Arzu gülzarına apardı birbaş.

Çatınca Gülgünə Şirinin əli

Ülкərdən və aydan düşdü irəli.

Bir dövlət quşuydu deyəsən o at,

Sanкi uçururdu onu dörd qanad.

Bir yanda qalmışdı Xosrov biqərar,

Sıxırdı qəlbini uzun intizar.

Düzdür кi, intizar çəкməк yamandır,

Sonu vüsal olsa, yenə asandır.

Nə qədər xoş olur cəfa çəкərəк,

Intizardan sonra arzuya yetməк!..

 

 

 

XOSROVUN ATASININ ÖLMƏSİNDƏN

XƏBƏR TUTMASI

 

Oturmuşdu bir gün şah yarı xumar,

Gözləyirdi, bəxti haçan ayılar?

Bir qasid tələsiк gəlib yanaşdı,



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-117 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info