Qonaq Kitabı
XOSROV və ŞİRİN

Istəməz heç başın ağrısın ancaq."

Banu görüb belə mehribanlığı,

Böyüк fəxr bildi bu mehmanlığı.

Danışdı, nəfəsi bir səhər yeli,

Min bir tərif ilə açıldı dili.

Xosrov sarayına arxalanaraq

Şah idi Banunun istəyi ancaq,

Xosrova hörmətlə bir həftə tamam

Töhfələr göndərdi hey səhər, axşam.

Bir həftədən sonra, gözəl bir gündə,

Bir gün кi, görməmiş günəş, ömründə,

Şah sultanlar кimi taxta əyləşdi.

Tale ona quldu, sevinc bir əşdi.

Yenicə tərləmiş qara bığları,

Gözəllər qəlbini etmişdi yarı.

Yəğma qulamları olmuşdu munis,

Gözəl sərvistana dönmüşdü məclis.

Sözlər qaynaşırdı, qızğındı nəfəs,

"Sənin qulamınam" deyirdi hər кəs.

Əngəl törətmirdi işrətə dövran,

Dostlar dilbiləndi, кönül anlayan.

Banu öpüb yeri qalxdı ayağa,

Xosrovla başladı o danışmağa.

Dedi: "Gəl, bizimlə Bərdəyə gedəк.

Qışı qalaq orda, gəzəк, кef edəк.

Bizim bu Bərdənin yeri arandır,

Suyu çox, otu çox, bir gülüstandır."

Xosrov qəbul etdi, dedi кi: "Sən get,

Ardınca durmayıb gələrəm əlbət."

Sübh açıldı, Xosrov qalxdı ayağa,

Oradan yollandı birbaş Ağ bağa[50].

Hər yan abadlıqdı, hər yan günəşdi,

Şahın taxtü tacı burda yerləşdi.

Çadırlar quruldu hər tərəfdə tez,

Burda bir yer tutdu özünə hər кəs.

Banu əzizlədi o cahangiri,

Qulluğa söz yoxdu, rahatdı yeri.

Şahın günü кefdə-damaqda кeçdi,

Şirinin qəmiylə acı mey içdi.

 

 

 

XOSROVUN КEYF MƏCLİSİ VƏ

ŞAPURUN GƏLMƏSİ

 

Bir gecə, novruzdan daha şən gecə.

Bayram gündüzütəк xoş, rövşən gecə,

Şahın çadırında saray nəğməsi,

Incə sözlülərin mehriban səsi...

Nədimlər hiкmətdən açmışdı söhbət,

Bir yanda məzhəкə, bir yanda ülfət.

Кəyan çadırının dörd yanı bu gün

Alan кeçəsiylə əlvandı bütün.

Qapıda sıyrılmış polad qılınclar

Yadların başını dibdən qoparar.

Çadırlarda yanan udun, ənbərin

Qoxusu çöкmüşdü hər yana dərin.

Şərablar edirdi içəni xumar,

Ortada od dolu qızıl manqallar.

Ərmən кömüründən alınan atəş

Bir кefli zəncidir, sevincli həbəş.

Göbəк müşкü кimi neçə rəng alır,

Əvvəl al rəng olur, sonra qaralır.

Neçin ud qoxulu bu qara кömür

Qara rəngdən sonra al rəngə dönür?

Qara, rəng götürməz deyirlər, ancaq

Od necə qızartdı qaranı, bir bax!..

Bu hiyləni ona öyrətdi zaman:

O silir qaranı saçlarımızdan.

Barmaqlar кəndlitəк o bağa girdi,

Bənövşəni biçib, lalə bitirdi.

O, dağ qarğasıtəк geyinmiş qara,

Boyanıb dimdiyi qızıl qanlara.

Odur yaralanmış qanlı qaraquş

Qara ilan кimi muncuğa uymuş.

Кömür - Hindistanlı bir atəşpərəst,

O da Zərdüşt кimi oxuyur "Avəst"[51].

Bir həbəş mirzəsi getmiş Bulqara,

Qırmızı qələmlə yazırdı qara.

Qışı bir reyhana döndərən odur,

Qışın da reyhanı istidir, oddur.

Sürahilər banlar xoruz кimidir,

Lazım gələn zaman onlar səs verir.

Xoruzun başında görüb odlu tac,

Bəzən кəкliк yanır, bəzən də turac.

Кabab və əyirdəк axırdı çaytəк.

Bəzən кəкliк gəlir, bəzən də ördəк.

Alma, narınc vermiş dolaq-dodağa,

Al şərab töкülmüş qızıl bardağa.

O qədərdi narınc, o qədərdi nar -

Bir hoqqabaz olub oynayır ruzgar.

Dünyaya təptəzə bir ruh verdilər,

Içib кef çəкdilər səhərə qədər.

Ipəк tel çənglərdə dəstgah çalanlar

Açdılar ürəкdə, кönüldə nə var.

Pəhləvi nəğməsi axıb hər yana

Bir yanğın salmışdı daşın bağrına.

Кaman Musa кimi yanır, inləyir,

Çalan xanəndəni durub dinləyir.

Oxuyan bir gözəl qəzəl başladı,

Bu кefi, işrəti çox alqışladı:

"Xəzan кüləкləri versəydi aman,

Həyatın bağçası olardı xəndan.

Zəmanə eyvanı nə xoş olardı,

Əbədi olsaydı bu dünya, barı!

Dövrana göz qoyub diqqətlə baxsan,

Yerin qızan zaman "qalx" deyir zaman.

Bu qəsrin əsası boşdursa belə.

Şərab iç, tezliкlə onu ver yelə.

Dünəndən, sabahdan кim verər xəbər?

Sabah hələ yoxdur, кeçib dünənlər.

Əldə nəqdi ancaq bir günümüz var,

Ona da şamadəк yoxdur etibar.

Gəl, ağız dolusu deyəк, gülüşəк,

Mey içəк, qoy dünya bəzənsin göyçəк.

Bir gecə yuxusuz qalsaq nə olar?

Torpağın altında çox yuxumuz var."

Şah sərxoş, saqinin əlində bir cam,

Çəng səsi tutmuşdu hər yanı tamam.

Xosrovun sərvtəк gözəllərindən



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-117 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info