Qonaq Kitabı
ALMAZ

Milyonlarla əsrlər.

Hey insan, dinc otur,

Mənim köksüm daşdandır.

Sənin aciz əllərin

Əsrlərcə çalışmış,

Mənə üstün gəlməmiş,

Mənə qarşı durmamış...

Dura bilməz...

Sənin ağac xışların

Mənim bu daş qollarımı...

Qıra bilməz...

 

Uşaqlar oynayırlar.

 

– Ayıl torpaq, bizi tanı!

Sənə qarşı yürüyən

O gördüyün –

Çürük ağac xış deyil.

Mədəniyyət bağında

Artıq yazdır, qış deyil.

Sənə qarşı yürüyür.

Bir vuruşda qayaları

Yarıb düzə qatanlar,

Od püskürən traktorlar,

Dəmir qıran,

Dəmir qollu kotanlar.

 

Uşaqlar oynayırlar.

 

Ayıl torpaq, bizi tanı!

Biz deyilik sənin dünən

Saymadığın acizlər,

Bizə təslim olmalıdır

Yerdə sular və torpaq,

Göydə ay və ulduzlar.

 

Uşaqlar, maşın hərəkəti ilə hücum edər kimi oynayırlar

 

Hey torpaq, təslim ol!

Sənə qarşı yürüş var!

Maşınlara od buraxın,

Vuruş var ha,

Vuruş var!

 

K ə n d l i l ə r.

Biz sizi məscidlərin küncündən,

Örtülərin altından,

Toz-torpağın içindən,

Heç bir şeyə yaramayan

Çürük xışlar ardından,

Yoxsulluqdan, aclıqdan

Yeni kəndə çəkirik.

 

S ə s.

Orda yeri şumlayacaq

Dəmir öküzlər, atlar,

Poladlar, poladlar.

Orda həyat quracaq

Od gedişli traktorlar,

Güclü, dəmir kotanlar.

 

Ümumi ahəngə uyğun olaraq, Almazın son sözləri eşidilir.

 

A l m a z.

Hey, sən!

Əski dünya, təslim ol!

Sənə qarşı yürüş var!

Maşınlara od buraxın,

Vuruş var ha,

Vuruş var!



[i] Rusca “Nedorozumeniye” (anlaşılmazlıq) sözünün təhrifidir.

[ii] Müəllifin əlyazmalarından birində Xanımnazın məclisə gəlməsi ilə əlaqədar olan bu parça ixtisar edilmişdir.

 



 
[ 1-15 ] [16] [17] [18] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info