Qonaq Kitabı
DOQQUZUNCU FƏSİL

Sərtib: 

- Yunan dili müəllimi də belə deyərdi: bu dünyada hər şey yaxşılaşmağa doğru getməkdədir, - deyib gülümsədi və tez ciddiləşdi:  - Volterin “Kandid”ini oxumamısan ki? Mütləq oxu, maraqlı əsərdir. O əsərdə bizim həyat və şüurumuzu xatırladan çox şeylər var...

Fridun ona “Ana”dan danışmaq istədi. Orada həyatın daha mükəmməl, daha doğru və bu vaxta qədər açılmamış bir şəklini tapdığını söyləmək istədi. Lakin sərtibin müxtəlif suallar verməyə başlayacağından və “Ana”dakı ruhu xoşlamayacağını düşünərək susdu.

Sərtib, xoş bir xəyal içində olduğunu andıran səslə:  

- Sən düz deyirsən, oğlan, dünya düzələcək, - dedi. - Bunun üçun qeyrət və himmət gərəkdir. Həqiqəti deməkdən qorxmamaq gərəkdir. Bunları nəzərə alaraq fikirlərimi əlahəzrətə yazmışam. Vətənimin şərəfini öldürən bu zir-zibili təmizləmək onun əlindədir və çox asandır. Ancaq ona həqiqəti demək lazımdır. Bu cəsarəti də mən boynuma götürürəm.

Fridun, onun bu etiqadını öldürmək çətin olduğunu düşündü. Ancaq əsl həyatın qabağına çıxaracağı böyük bir sarsıntı bunu edə bilərdi. Fridun sərtibin danışıqlarından bu sarsıntının yaxşılaşmaqda olduğunu hiss edirdi. Hər halda öz fikrini belə bir adamdan gizlətmək istəmədi.

- Qorxuram, iştibahınızı gec başa düşəsiniz, sərtib, namuslu və vətənpərvər adamlar siz axtaran yerdə deyil, aşağılarda, zəhmətin qucağındadır!.. Sərtib fikrə getdi.



* Ailə.

** Padşahın sarayı.

* Hara getsən səmanın eyni rəngdə olduğunu görəcəksən.

** - Ziyalı.

* - Qəzet.

* - Polis nəfəri.

* - Fransa adətilə.

 



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info