Qonaq Kitabı
QIZIM ÜÇÜN

Sevinclə qabarıb, canlı coşanlar.

Pambıqlı çöllərdə dövran sürənlər,

Odlu məmləkətdə ağ gün görənlər!

Məxmər xiyabanda sallanıb nazla,

Seyrə çıxan qızlar söhbətlə, sazla,

Ey ürfan ordusu, oğlanlar, qızlar,

Həqiqət məşq edən dillər, ağızlar,

Susmayan dodaqlar, durmayan əllər,

Qaranlıq yollarda coşan məşəllər,

Qapınız, tez olun, qüvvəti haqdan;

Qaya tək, seyr edim mən də uzaqdan,

Niyyətiniz aydın, qayəniz bəlli,

Bu imanlı yüruş mənə təsəlli,

Mənə bir təsəlli yalnız yuksəliş,

Bu yüksəliş, söz yox, uğurlu bir iş,

Çalışın hər dərdə tapılsın çara,

Çalışın, insanlar görməsin yara.

Kəsin göz yaşını hər bir diyarda,

Sevincdən ağlasın ağlayanlar da,

Mən öz qızımdan da bunu gözlərdim,

Hünərlər göstərin, azalsın dərdim.

Fəlakət görmüş bir şairəm deyə,

Bir daha yazmayım mən də mərsiyə.

 

1935-ci il, 10 oktyabr 

 



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info