Qonaq Kitabı
Fərmani-qəzai-cərəyan

“Birə” yalnız özünə məxsus etdiyi bu geniş tənhalıq içində, istədiyi kimi atılıb düşür. Əskəllərə çıxır, masalara atılır, duvarlarla dırmaşırdı. Və bəzən dəxi uçaraq qıssa-qıssa məsafələrlə o geniş fəzanı teyy edirdi.

O yanda, baxçaya açılan bir pəncərənin sol tərəfində dəxi bir qəfəsə qoyulmuşdu ki, onun ən yuxarı mərtəbəsində kiçik bir taxça saatı zəif bir “çıqqı-çıq” ilə saniyələri sayaraq işləyirdi.

Nəhayət bir şey, əcib bir şey oldu. Saatın bitməz zənn olunan o adi və mütəmadi “çıqqı-çıqqı” birdən-birə kəsildi.

Və hər “24” saatda fırlanması müqərrər olan “Səmtur” çarxı saatin içərisində dayandı.

Şimdi o, əvvəlki adi və yeknəsəq çıqçıqlar əvəzinə, lətif və ruhnəvaz bir ahəngi-musiqi başlamışdı.

Otağın “Birə cənablarına” pək vəsi olan fəzası başdan-başa o gözəl sədayi-lətif ilə doldu. Nəhayət, bu səs camlardan, pəncərələrdən xaricə dəxi əks etdi. Bağçadakı ağacların yarpaqları belə bu musiqiyi-ruhpərvərin tərənnümatına mütləq bir ahəng ilə titrəyir, ehtizaz edilərdi.

Şimdi baxalım, bütün bayırlara qədər əks edərək, bağçadakı ağacları rəqsə gətirən, yarpaqları titrədən bu sədayi-lətif, bizim şu möhtərəm “Birə” əfəndini özünə doğru cəlb etmiyəcəkmi?..

Bu heç mümkün deyil!

“Birə” cənabları əvvəl bir 5-6 saniyə qədər dayandı. Bir az qulaq verdi. Sonra bu musiqinin bütün ruhu ilə, varlığı ilə buraxdığı ağır təsirlər altında şədid bir arzu duydu.

Iştə oraya, o musiqi çalınan yerə qoşmaq və o sədanın nə kimi bir ecaz ilə hüsulə gəldiyini eyicə təhqiq etmək istəyirdi.

Bu arzuya müqavimət edilməyəcək ki?..

Nəhayət, qoşdu, atılaraq, daşlanaraq, məzkur qəfəsələrin ayaqlarına tərəf getdi.

Şimdi! Onu, o saatı, o əcib “muzıkantı” bulub tamaşa etmək üçün qəfəsənin ən yuxarı mərtəbəsinə çıxmaq lazim gəldi. Deyilmi?!

 

 

Poçt qutusu

“Fərmani-qəzayi-cərəyan”ın sonu bəzi səbəblərə görə təxir ilə dərc ediləcəkdir.[2]

 

“Bəsirət”, â„– 118, 17 avqust 1916.



[1] “Ey Şeyx, mənə eşq barəsində nəsihət vermə; çünki bizim (bu yolda) rüsvaylığımızın lövhələri neçə-neçə bazar darvazasından asılmışdır”.

[2] Qeyd: görünür əsərin ardınca çap etməyə senzur icazə verməmişdir. Q.M.

 



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info