Qonaq Kitabı
LÜĞƏT

Sayqu - xəstə, özündə olmayan

Seylab - sel suyu; şeirdə: çoxlu göz yaşına işarədir

Səbül-məsani - Quranın fatihə surəsini təşkil edən yeddi ayə. Hürufizmdə insan surəti

Səhh - təsdiq əlaməti

Səhm - qorxu, pay

Səmag - iki parlaq ulduz

Səncileyin - sənin kimi

Səngisar - daşqalaq

Sərgərdan - düşkün, avara

Sərvi-ravan - yeriyən sərv ağacı (ucaboylu gözələ işarədir)

Sib - alma

Siratül-müstəqim - doğru yol

Sirri-əsma - adların sirri

Siruş - mələk

Söyləşmək - deyişmək, sorğu-sual və s.

Sunmaq - vermək, irəli uzatmaq

Sur - şadlıq

Sübhan - Allahın adlarından biri, yaradan

Süvəyda - ürəkdə olan qara nöqtə

Şafı - kafi, kifayət edən

Şahpər - qanad

Seş-cəhət - altı tərəf

Şəb - gecə

Şabab - gənclik

Şəbi-hicran - ayrılıq gecəsi

Şəbrəng - qaranlıq

Səmsəddin - dinin günəşi

Sətarət - qorxmaz, qayğısız, dəcəl

Sövq - həvəs

Şu-bu

T

Tağ - qat

Taha -Quran ayəsi

Tahir - təmiz, pak

Tapu - hüzuz, qulluq, xidmət, səcdə, təzim və s.

Tapunmaq - sitayiş etmək

Təbah - puç

Təmənnayi-vüsal - vüsala yetişmək arzusu

Tən - bədən

Tərəbnak - şad, şən

Təzvir - hiylə, yalan

Tirkəş - ox qabı

Tirqamət - düz qamət

Tiz - iti

Türreyi-tərrar - dağınıq saç

U

Urumaq - vurmaq, qoymaq

Uşanur - düşür

Ü

Üftadə - düşkün

Üqdə - düyün

Ülum - elmlər

Üstüxan - sümük

V

Vəch - üz

Vəhy - ilham

Vicudi-kainat - kainatın varlığı

Vird - təkrar etmə, bir şeyi təkrar-təkrar oxumaq

Y

Yabis - quru

Yengi -yeni

Yəğma - talan etmək

Z

Zəhri-nab - xalis zəhər

Zəkat-onda bir

Ziba - gözəl

Ziəcəb - təəccüblü

Zücac - büllur, şüşə



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info