Qonaq Kitabı
LÜĞƏT

Xəti-yaqut - qırmızı üz

Xuni-süvəyda - qanla yazılmış

Xülq - xasiyyət

İ

Imtizac-qarışıq

İsmi-hüsn - gözəllik adı

İssı - sahib, yiyə

İzaz - əziz, izzət

K

Kah - saman

Kamankeş - kaman çəkən, ox atan

Kaşanə - saray, imarət

Kəman-əbru - qaşı kaman

Kamtər - həqir, kimsəsiz

Karan - kənar, sahil

Kəsrət - çoxluq

K-o - ki, o

Kövkəb - ulduz

Küfr - günah, örtmək

Q

Qal - söyləmək. danışmaq

Qamu - hamı

Qəbiçə - don

Qəddi-bala - yüksək boy

Qəmərrux - ay üzlü

Qəni - varlı

Qüsl - təmizlik, yuyunmaq, pak olmaq

L

Laləgun - laləüzlü, lalə rəngli

Layəqəl - ağlını itirmiş, ağılsız

Ləmyəzəl - Allah

Lölö - ləl, qiymətli daş

M

Ma -su

Masiva - bundan başqa

Mehr - məhəbbət; Günəş

Meykədə - meyxana, şərab içilən yer

Meysaz - şərab hazırlayan

Məad-axirət - gediləcək yer

Məccani - pulsuz

Məfxər - iftixar səbəbi

Məhi-növ - təzə Ay, yeni doğulan ay

Məkr - hiylə

Məqami-ali - ali yer, müqəddəs yer

Mənşur - yayılmış

Məstur - örtülü, gizli

Məşam - burun

Məşqi-qeyb - qeybin yazısı

Məşşatə - bəzəkçi

Məzhər - zahir olunan, görünən

Misbah - çıraq, işıq saçan

Mizac - təbiət

Mövlana - böyük, ağa

Müavin - kömək

Müdam - daima

Müənbər-zülf- ətirli saç

Mühəqqəq - həqiqət, doğrulduğu bəlli

Müxəyyər - ixtiyar sahibi

Münfəil - peşman

Müntəha - sonu, intəhası olmayan

Mürdə - ölü

Mürəqqə - dərvişlərin geydiyi libas, xirqə

Miqim - məskən salan

Müsəbbe - yeddidən ibarət

Müsəffa - 1. Sefa bəxş edən; 2. Saf, xalis

Müshəf- Quran

Müstədam - daim

Müstəhəq - möhtac, haqqı olan

Müstəmənd - biçarə, zavallı, dərdli, möhtac

Müşfiq - şəfqətli, mehriban

Müşki-xəta - Çin ətri

Müttəli - xəbəri

N

Nab - xalis, saf

Nafeyi-Çin - Çin ətri, Çin müşkü

Nari-hicran - ayrılıq odu

Naseh - nəsihət edən

Nay - çalğı aləti, ney

Nəng - namus, həya, ar

Nargisi-məxmur - xumar gözlü

Nəshi-əkbər - böyük fəlakət

Nəsnə - şey

Nəva - oxumaq, fəryad etmək

Nuri-hüveyda - görünən işıq

Ö

Ömri-baqi - qalan ömür, əbədi ömür

Öygənmək - təşbeh etmək, bənzətmək

P

Payan - son

Peyda - gözə görünən, aşkar

Pərtövi-hüsnün - üzünün işığı, ziyası

Pərvanəvəş - pərvanə kimi

Piçü tab - dolaşmaq, əzab-əziyyət

Piranəsər - qocaman, müdrik, dünya görmüş, yaşlı

adam

Piri-meyfüruş - qoca şərabçı

Piri-muğan - xərabat əhlinin müdrik başçısı

R

Rahi-nicat - qurtuluş yolu

Rahzən – yolkəsən

Rəhman - rəhm edən, Allahın adı

Rəmim - çürümüş sümük

Rəncur - xəstə

Rəsən - ip, kəndir

 

Rətb - yaş, təzə

Rətəl - xoş kəlam

Rəz - tənək

Ritli-giran - böyük qədəh

Röhban - tərki-dünya, rahiblər

Rövzeyi-hüsn - gözəllik bağı

Rovzə - bağça

Rudsaz - musiqi aləti düzəldən

Ruhi-qüds - müqəddəs ruh

Rüəsa - rəislər

S

Sağər - şərab piyaləsi

Said- qol, yüksəkliyə ucalan

Saqınmaq - qorunmaq, gözləmək

Sane - yaradan, sənətkar



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info