Qonaq Kitabı
BASAT TƏPƏGÖZÜ ÖLDÜRDÜYÜ BOYU BƏYAN EDƏR

Qaçubəni Sallaxana qayasına girəm derdim.

Ağır mancılıq daşla atam derdim.

Ənib, daş başıma düşübən, eləm derdim.

Ala gözdən ayırdın, yigit, məni!

Dadlı candan ayırsın qadir səni! - dedi.

 

Təpəgöz bir dəxi söyləmiş, aydır:

 

Ağ saqqallı qocaları çox ağlatmışam,

Ağ saqqalı qarışı tutdu, ola, gözüm səni.

Ağ birçəkli qarıcıqları çox ağlatmışam,

Gozü yaşı tutdu ola, gözüm səni.

Müçağı qararmış yigitcikləri çox yemişəm,

Yigitlikləri tutdu ola, gözüm səni.

Əlcigəzi xınalı qızcığazları çox yemişəm,

Qarışçıları tutdu ola, gözum, səni.

Elə kim çəkirəm mən göz bükünü,

Heç yigidə verməsin qadir tanrı göz bu günü.

Gözüm, gözüm, ay gözüm!

Yalqız gözum! [ay gözüm!] - dedi.

 

Basat qaqıb yerindən duru gəldi. Buğra kimi Təpəgözü dizi üzərinə çökdürdü. Təpəgözün kəndü qılıcı ilə boynunu urdu, dəldi, yay girişin taxdı, sürüyə-sürüyə mağara qapısına gəldi. Yüklü Qoca ılə Yapağlı Qocayı Oğuza muştçu göndərdi.

Ağ, boz atlar minibən yürüşdülər. Qalın Oğuz ellərinə xəbər gəldi. At ağızlı Aruz qoca evinə çapar gəldi, atasına Basatın sevinc verdi.

- Muştuluq! Oğlun Təpəgözü təpələdi - dedi.

Qalın Oğuz bəyləri yetdilər. Sallaxana qayasına getdilər. Təpəgözün başın ortaya gətirdilər.

Dədəm Qorqud gəlibən şadlıq çaldı. Qazi ərənlər başına nə gəldiyin ayıdı verdi. Həm Basata alqış verdi:

- Qara dağa yetdiyində aşıt versin!

Qanlı-qanlı sulardan keçid versin! - dedi.

Ərliklə qardaşın qanın aldın. Qalın Oquz bəylərini bükdən qurtardın. Qadir AllaÒ» üzünü ağ etsin, Basat! - dedi.

Ölüm vaxtı gəldikdə arı imandan ayırmasın! GünaÒ»ınızı adı görklu MəÒ»əmməd Mustafaya bağışlasın!

 



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info