Qonaq Kitabı
BASAT TƏPƏGÖZÜ ÖLDÜRDÜYÜ BOYU BƏYAN EDƏR

Basat Təpəgözün başı ucuna gəldi, qapaq qaldırdı, baxdı, gördu ki, gözü ətdir. Aydır:

- Mərə qocalar! Süklüyü ocağa qoyun qızsın! - dedi.

Süklüyü ocağa buraxdılar, qızdı. Basat əlinə aldı. Adı görklu MəÒ»əmmədə salavat gətirdi. Süklüyü Təpəgözün gözünə elə basdı kim, Təpəgözün gözü Ò»əlak oldu. Şöylə nərə urdu, Ò»ayqırdı kim, dağ və daş yanqulandı.

Basat sıçradı qoyun içinə, mağaraya düşdü. Təpəgöz bildi kim Basat mağaradadır. Mağaranın qapısını alıb bir ayağın qapının bir yanına, birin dəxi bir yanına qoydu, aydır:

- Mərə, qoyun başları, erkəc! Bir-bir gəl keç! - dedi.

Qoyunlar bir-bir gəlib keçdi, Ò»ər birinin başlarını sığadı.

- Toğlucuqlar, dövlətim saqar qoç, gəl keç! - dedi.

Bir qoç yerindən qalxdı, gərinib söndü. Dəfi Basat qoçu basıb boğazladı, dərisini üzdü, quyruğu ilə başını dəridən ayırmadı, içinə girdi, Təpəgözün önünə gəldi.

Topəgöz bildi kim, Basat dəri içindədir. Aydır:

- Ey saqar qoç! Mənim nerədən Ò»əlak olacağım bildim. Şöylə çalayım səni mağara divarına kim, quyruğun mağarayı yağlasın! - dedi.

Basat qoçun başını Təpəgözün əlinə sundu.

Təpəgöz buynuzundan bərk tutdu, qaldırcaq buynuz dərilə əlində qaldı. Basat Təpəgözün budu arasından sıçrayıb çıxdı. Təpəgöz buynuzu götürüb yerə çaldı.

Aydır:

- Oğlan, qurtuldunmu?

Basat aydır:

- Tanrım qurtardı.

Təpəgöz aydır:

- Mərə, oğlan! Al şol barmağımdakı üzüyü barmağına tax, sana ox və qılıç kar eləməsin.

Basat aldı üzüyü barmağına keçirdi. Təpəgöz aydır:

- Oğlan, üzüyu alıb taxındınmı?

Basat aydır:

- Taxındım.

Təpəgöz Basatın üzərinə qodu, xəncərlə çaldı, kəsdi.

[Basat] sıçradı gen yerdə durdu. Gördü kim, üzük yenə Təpəgözün ayağı altında yatır.

Təpəgöz aydır:

- Qurtuldunmu?

Basat aydır:

- Tanrım qurtardı.

Təpəgöz aydır:

- Oğlan! Şol günbədü gördünmü?

Aydır:

- Gördüm.

Təpəgöz aydır:

- Mənim xəzinəm var. Ol qocalar almasınlar. Var, möÒ»ürlə! - dedi.

Basat künbəd içinə girdi, gördü kim, altun-axça yığılmış.

Baxaraq kənduzun unutdu. Təpəgöz künbədin qapısın aldı.

Aydır:

- Künbədə girdinmi?

Basat aydır:

- Girdim.

- Şöylə çalayım ki, künbədlə dardağan olasan! - dedi.

Basatın dilinə bu gəldi kim:

- LailaÒ»ə illəllaÒ», MəÒ»əmmədən rəsullillaÒ»! - dedi.

Haman dəm künbəd yarıldı. Yeddi yerdən qapı açıldı. Birindən dışara gəldi.

Təpəgöz kunbədə əlin soxdu, elə qacıdı kim, künbəd ziruzəbər oldu.

Təpəgöz aydır:

- Oğlan, qurtuldunmu?

Basat aydır:

- Tanrım qurtardı - dedi. Təpəgöz aydır:

- Sənə ölum yoxumuş. Şol mağarayı gördünmü?

Basat aydır:

- Gördüm.

Aydır:

- Onda iki qılıc var. Biri qınlı, biri qınsız. O qınsız kəsər mənim başımı. Var, gətir, mənnn başımı kəs! - dedi.

Basat mağara qapısına vardı. Gördü bir qınsız qılıc durmaz enər, çıxar. Basat aydır:

- Mən buna bitəklif yapışmayım - deyib kəndi qılıcın çıxardı, tutdu, iki para böldü.

Vardı, bir ağac gətirdi, qılıca tutdu. Onu dəxi iki para elədi.

Pəs yayını alinə aldı. Oxla ol qılıc asılan zənciri urdu. Qılıc yerə düşdu, gömüldü. Kəndü qılıcın qınına soxdu, belçağından ol qılıcın bərk tutdu, gəldi.

Aydır:

- Mərə Təpəgöz! Necəsən?

Təpəgöz aydır:

- Mərə oğlan! Dəxi ölmədinmi?

Basat aydır:

- Tanrım qurtardı.

Tələgöz aydır:

- Sənə ölüm yoxumuş - dedi.

Çağırıb Təpəgöz söyləmiş, görəlim, nə söyləmiş. Aydır:

 

Gözüm-gözüm, yalnız gözüm!

Sən yalnız gözlə məm Oğuzu sındırmışdım,

Ala gözdən ayırdın, yigit, məni!

Dadlı candan ayırsın qadir səni!

Elə kim, mən çəkərəm göz bükünü,

Heç yigidə verməsin qadir tanrı göz bu günü —

 

dedi.

Təpəgöz yenə aydır:

 

Qalarda-qoparda, yigit, yerin nə yerdir?

Qaranqu dün içində yol azsan umun nədir?

Qaba ələm götürən xanınız kim?

Qırış günü öndən təpən alpınız kim?

Ağ saqqallı baban adı nədir?

Alp ərən, ərdən adın yaşırmaq eyib olur,

Adın nədir, yigit, degil mənə?! - dedi.

 

Basat Təpəgözə söyləmiş, görəlim xanım, nə söyləmiş:

 

- Qalarda-qoparda yerim Günortac.

Qaranqu dün içində yol azsam umum allaÒ».

Qaba ələm götürən xanımız Bayındır xan.

Qırış günü öndən təpən alpımız Salur oğlu

Qazan.

Anam adın sorar olsan, Qaba Ağac,

Atam adın deyirsən Qoğan Aslan.

Mənim adım sorarsan Aruz oğlu Basatdır – dedi.

 

Təpəgöz aydır:

- İmdi qardaşlar, qıyma mana! - dedi.

Basat aydır: - Mərə qavat!

 

Ağ saqqallı babamı ağlatmışsan.

Qarıcıq ağ birçəkli anamı bozlatmışsan.

Qarındaşım Qıyanı öldürmüşsən.

Ağca üzlü yengəmi dul eləmişsən.

Ala gözlü bəbəklərin öksüz qoymuşsan.

Qormıyam səni?

Qara polad üz qılıcım dartmayınca.

Qafalı, börklü başın kəsməyincə,

Alca qanın yer uzünə tökməyincə,

Qardaşım Qıyanın qanın almayınca

Qomazam — dedi.

 

Təpəgöz burada söyləmlş, aydır:

 

Qalxıban yerimdən duram derdim.

Qalın Oğuz bəylərindən əÒ»dim pozam derdim.

Yenidən doğanın qıram derdim.

Bir gəz adam ətinə doyam derdim.

Qalın Oğuz bəyləri üzərimə yığılıb gəlo derdim.



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info