Qonaq Kitabı
CEYRANIN NAĞILI

Durub bağ-bağatı gəzib dolandı. Zərğova xanımdan Ò»eç bir soraq tapmayıb kor-peşman qayıdıb gəldi evinə. Düşüb üzüquylu ağlamaqda olsun, anası Nisə gəlib xəbər  aldı:

- Oğul, nə üçün ağlayırsan?

Ceyran Ò»eç bir cavab vermədi.

Bu tərəfdən də padşaÒ»ın adamları gəlib Nisənin evini tapdılar. Nisədən Ceyranı xəbər aldılar. Nisə dedi:

- Neyləyirsiniz Ceyranı?

Dedilər ki:

- PadşaÒ» çağırır.

Nisə durub gəldi, Ceyrana dedi:

- PadşaÒ» səni çağırır.

Ceyran durub ayağa, aynaya baxıb gördü ki, ağlamaqdan gözləri qıpqırmızı olubdu. Su götürüb əl-üzünü yuyub düşdü gələnlərin qabağına, birbaş gəldi padşaÒ»ın yanına.

Padşah, rəmmal, vəzir oturmuşdular. Ceyranı görən kimi padşaÒ» Ceyrana öz yanında yer verib otuzdurdu ki:

- Ceyran, bil və agaÒ» ol! Mənim qızım Zərğova xanımı Rum padşaÒ»ının oğlu dərviş ƏÒ»məd götürüb qaçıb. Əgər qızı götürüb gəlsən, verərəm sənə. Nə deyirsən? Razısan, ya yox?

Ceyran Zərğova xanımın adını eşidən kimi durub ayağa dedi:

- Gedərəm.

PadşaÒ» Ceyrana bir dəst pəÒ»ləvan paltarı, bir yeriyən at verib saldı yola.

Ceyran durub gəldi atasının yanına, Ò»alallaşıb, atı minib bina qoydu yol getməyə. Dərələrdən yel kimi, təpələrdən sel kimi, badi-sərsər kimi, ayaq üzəngidə, diz qabırğada, piyadasın piyada, atlısın atlı, Ò»amını qoyub yolda, quşdan yeyin, tazıdan yüyürək, neçə mənzil yol gedib, neçə mənzil eləyib, axır gəlib çatdı Rüm şəÒ»ərinə. Gecəni Rum şəÒ»ərində qalıb, səÒ»ər tezdən at minib bina qoydu Rum şəÒ»ərinin günbatan elinə tərəf yol getməyə. Gəlib günbatan macalda çatdı qaranlıq meşəyə. Yolu itirib bilmədi ki, Ò»ayana gedə.

Ceyran gördü ki, bir cığır var. Tutub cığırı bina elədi yol getməyə. Düz bir gün, bir gecə yol gedib çlxdı bir dağın döşünə. Gördü ki, bura elə bir meşədir ki, gəl görəsən. Nə cür ağac istəyirsən burda var. Hər cür meyvə istəyirsən burda var. Xülasə, Ò»ər cür güldən, lalədən, nərgizdən, min bir cür ətirli güllər, bülbüllər adamı Ò»eyran edir. Ceyran atını saxlayıb diqqətlə bu ağacların arasından uzaqlara baxdı gördü ki, bir xeylaq irəlidə qaraltı görünür. Ceyran sürüb atını qaraltıya tərəf gəlib çatdı, gördü ki, burada bip koma var. Komanın qabağında yaxşı bir yarımxalça salınıb, xalçanın üstündə qoca bir nurani kişi oturubdu, saç-saqqalı dümağ, elə bil ki, eyni qardı. Qabağında manqal, dizinin üstə batman kitab.

Qoca abid Ceyranı görən kimi başını qaldırıb baxdı Ceyranın üzünə, dedi:

- Ceyran, oğul, axır ki, gəlib çıxdın!

Ceyran təəccüb elədi ki, bu mənim adımı Ò»ardan bilir?

Dedi:

- Ey dayı, mənim adımı Ò»ardan bildin?

Kişi dedi:

- Oğul, neçə ildi ki, sənin yolunu gözləyirəm. Gəl otur görək.

Ceyran enib atından, gəlib oturdu abidin yanında. Abid dedi:

- Oğul, mən bilirəm sən Ò»ara gedirsən. DaÒ»a mənə demək lazım deyil. Sən Zərğova xanımın dalınca gedirsən. Amma çox müsibət çəkib, çox padşaÒ»lar öldürüb sonra murada çatarsan.

Ceyran dedi:

- Bəs Zərğova xanım Ò»ardadı? Mən onu necə taparam?

Abid dedi:

- Oğul, tələsmə! Bil və agaÒ» ol! Həmin dərviş ki var idi, sənə atalıq eləyirdi, o, Rum padşaÒ»ının oğlu ƏÒ»məddi. O sənin ananı almışdı. Zərğova xanım bağa çıxan vaxtda tilsim gücü ilə götürüb qaçıb. İndi bu dağ ki görürsən, orda bir qalaça var, dərviş ƏÒ»məd Zərğovanı salıb ora. Burdan durub gedərsən ora. Səni görən kimi Rum padşaÒ»ının oğlu dərviş ƏÒ»məd deyər: «Oğul, xoş gəlmisən». Sən nəbadə yaxınına gedəsən. Çünki o səni öldürəcək. Elə ki səni öldurə bilmədi, tez səni salar tilsimə.

Abid durub köÒ»nə bir sandıq açıb, sandığın içindən bir qılınc çıxardıb, Ceyrana verib dedi:

- Sən bu qılıncla Ò»əm tilsimi, Ò»əm də Rum padşaÒ»ının oğlu ƏÒ»mədi öldürüb muradına çata bilərsən. Bir söz də deyim. Düz get, nabadə yollarda əylənəsən.

Abid sözünü tamam eləyib Ceyranı saldı yola.

Sənə xəbər verim kimdən, Rum padşaÒ»ının oğlu ƏÒ»mədlə Zərğova xanımdan.

Rum padşaÒ»ının oğlu ƏÒ»məd Zərğovanı alıb qaçıb, istədi gedə öz atasının yanına. Kitabı açıb gördü ki, bəd gəldi. Tez başa düşdü ki, Zərğova xanımı atası əlindən alacaq. Burda da başı müsibətə düşüb qalada qalacaq. Alıb Zərğovanı Rum şəÒ»ərindən qıraq bir yerdə bir qalaçaya gətirib saxladı. Amma ki nə illaÒ» elədi, Zərğova xanım Rum padşaÒ»ının oğlu dərviş ƏÒ»mədi yanına qoymadı. Dərviş ƏÒ»məd gündüzlər Zərğova xanımı zəncirdə saxlayıb öz işinə gedərdi. Axşam olan kimi şəÒ»ərə qayıdıb Zərğova xanımı zəncirdən açıb onunla məşğul olurdu.

Ceyran bir muddət yol gedib axır çıxdı Ò»əmin qalaçaya. Çatan kimi gördü ki, qalaçanın qapısında bir əjdaÒ»a var. ƏjdaÒ»aya çatan kimi, əjdaÒ»a açıb ağzını istədi Ceyranı uda.

Ceyran fürsəti fövtə verməyib, əl atdı abid verən qılınca. Çəkib qılıncı əjdaÒ»anı cəÒ»ənnəmə vasil elədi. Girib qalaçanın qapısından içəri gördü ki, Zərğova xanım zəncirdədi. Tez qırıb zənciri, Zərğova xanımı azad elədi. Zərğova xanım Ceyranı görən kimi xəbər aldı:

- Sən necə oldu ki, gəlib buraya çıxdın?

Ceyran başına gələn müsibəti Zərğova xanıma, o da başına gələni Ceyrana açıb nəql elədi. Zərğova dedi:

- Ceyran, gəl  qaçaq! Yoxsa Rum padşaÒ»ının oğlu Əhməd gəlib bizim hər ikimizi bir yerdə görsə, səni də öldürər, məni də.

Ceyran dedi:

- Qorxma, Rum padşaÒ»ının oğdu ƏÒ»mədin başına bir oyun açaram ki, Ò»eç qiyamətəcən yadından çıxmaz.

Ceyran belə deyəndə Zərğova xanım sevinib qol atdı Ceyranın boynuna, sarmaşıq kimi sarılmaqda olsunlar bir-birinə, sənə xəbər verim Rum padşaÒ»ının oğlu ƏÒ»məddən.

Günbatan vaxtı ƏÒ»məd Ò»əmişəki kimi dərviş paltarında gəlib öz qalaçasına çatdı. Gördü ki, əjdaÒ»anı öldürüblər, tez girib içəri gördü ki, Ceyran başını qoyub Zərğova xanımın dizinin üstə yatıb.

Dərviş ƏÒ»məd Ceyranı görən kimi dedi:

- Ey mənim oğlum Ceyran, sən xoş gəlibsən!

Ceyran açıb gözlərini baxıb gördü ki, gələn Rum padşaÒ»ının oğlu Əhməddi. Tez durub ayağa, əl atdı qılınca ki vurub onu öldürsün, ƏÒ»mədin ağzından bir qucaq alov çıxıb Ceyranı bürüdü. Ceyran od tutub yanan vaxtda səs gəldi:

- Ey Ceyran, əlindəki tilsim qılıncını qan qarışıq sürt üstünə!

Ceyran tilsim qılıncını sürtdü üstünə, alov Ceyrandan rədd oldu. Bir vədə baxıb gördü ki, nə Zərğova xanım var, nə də Rum padşaÒ»ının oğlu. Ceyran tez çıxıb bayıra, mindi atını, bina qoydu yol getməyə.

Ceyran yel kimi atını sürüb gedirdi. Bir vədə gördü ki, Rum padşaÒ»ının oğlu ƏÒ»məd alıb Zərğova xanımı, yel kimi gedir. Ceyran əlini qoyub qulağına, bir nərə çəkib dedi:

- Ey ƏÒ»məd, atanı dalına sarıyacağam.

Rum padşÒ»ının oğlu ƏÒ»məd səsə qayıdıb dala baxdı. Gördü ki, gələn Ceyrandı. Tez bir tilsim oxuyub girdi quyuya.

Ceyran özünu yetirib quyunun ağzına gördu ki, quyunun ağzında səkkiz dəyirman daşı ağırlığında bir daş var. Ha güc elədi ki, dəyirman daşını quyunun ağzından rədd edə, gücü çatmadı. Bir nərə çəkib əl atdı tilsim qılıncına, zərbnən endirdi dəyirman daşına. Dəyirman daşı parça-parça oldu. Gördü ki, bura bir dərin quyudu. Ceyran tez özünü atdı quyuya. Düşüb quyunun dibinə, gördü ki, burda bir qapı var. Girdi qapıdan içəri, gördü ki, anası Nisə çıxdı qabağına. Ceyran çəkib qılncın şığıdı üstünə. Arvad qaçdı, olub əjdaÒ»a gəlib durdu Ceyranın qabağında. Ceyran bildi ki, Rum padşaÒ»ının oğlu ƏÒ»məddi. Çəkib qılıncın yenə şığıdı üstünə. ƏjdaÒ»a qaçıb Ceyranın qabağından indi də oldu nəÒ»əng div, dayanıb durdu. Ceyranın qılıncından yenə səs gəldi:

- Ey Ceyran, nəbadə qurşaq yapışasan.

Çeyran çəkib qılıncı endirdi divə, div əl atıb Ceyranın biləyindən tutub, başladı sıxmağa. Ceyran da əl atıb yapışdı divin boğazından, sıxdı Ò»ulqumunu. Div başladı çapalamağa. O qədər sıxdı ki, div çəÒ»ənnəmə vasil oldu.

Ceyran divi öldürən kimi tilsim sındı. Ceyran gördü ki, bura çöllü-biyabandı. Rum padşaÒ»ının oğlu təngnəfəs gəlir. Ceyran əl atıb qılınca, Ò»ücum elədi ƏÒ»mədə. Başladılar qılınc davasına. Əl atıb yapışdı Rum padşaÒ»ının oğlunun yaxasından, qoydu dizinin altına, boğazını üzüb tulladı. Ayağa durub Zərğovanı axtarmağa başladı. Gördü Zərğova daldalanıb kolun dibində. Alıb Zərğovanı, basıb atın tərkinə, bina qoydu getməyə. Gəlib çatdılar Rum vilayətinə. Düşdülər karvansaraya ki, gecəni yatıb, səhər çıxıb getsinlər. Xəbər verim sənə Rum padşaÒ»ının dalandarından.

Rum padşaÒ»ının dalandarı karvansaranı cövlan vurdu, gördü ki, karvansaraya bir cavan oğlanla bir gözəl qız gəlibdi. Dalandar tez durub özünü yetirdi Rum padşaÒ»ına, dedi:

- Ey taxtı çevrilmiş, yəÒ»əri qanla dolmuş, nə yatıbsan?

Karvansaraya bir nəfər qıznan bir pəÒ»ləvan gəlibdi gəl, görəsən.

Dalandar Zərğova xanımı padşaÒ»a o qədər təriflədi ki, padşaÒ»ın ağzının suyu axdı. PadşaÒ»ın özü gəldi karvansaraya, gördü ki, bu qız Ò»ind padşaÒ»ının qızı Zərğovadı. Rüm padşaÒ»ı əqil başdan verib dedi:

- Dalandar, tədbir gör!

Dalandar dedi:

- PadşaÒ» sağ olsun, iki adam ver mənə, sənin qeyri işnən işin yoxdu.

PadşaÒ» razı olub dalandara iki pəÒ»ləvan verdi. Dalandar pəÒ»ləvanları götürüb gəldi. Gecədən iki pas keçəndə dalandar pəÒ»ləvanları ilə girib Ceyranın otağına, alıb Zərğovanı, götürüb gəldilər saldılar Rum padşaÒ»ının otağına.

Rum padşaÒ»ı durub gecəynən Zərğova xanımın yanına gəldi. Zərğova baxıb gördü ki, bunun əlindən qurtara bilməyəcək. Dedi:

- Ey padşaÒ», mənə üç gün möÒ»lət ver, qoy bir dincimi alım, üç gündən sonra mən sənin.

Rum padşaÒ»ı razı oldu. Bunlar burda qalsınlar, eşit Ceyrandan!

Ceyran ayılıb gördü ki, Zərğova xanım bunun yanında yoxdu. Tez durub ayağa, minib atına çıxdı şəÒ»ərə. O günü gəzib dolandı. Zərğovadan bir xəbər çıxmadı. Küçə ilə gedirdi, gördü ki, bir keçəl bir uşağa aşıqlarını uduzub, çürsaf eləyib aşıqları götürdü, uşaq keçələ dedi:

- Ver aşıqlarımı!

Kecəl dedi:

- OÒ»o, sən elə bilirsən ki, mən də sənin üçün karvansaraya gələn qonağam?

Ceyran keçəldən bu sozü eşidən kimi yapışıb keçəlin qolundan çəkib bir xəlvətə, xəbər aldı:

- Ay keçəl, nə qonaqdı karvansaraya gəlib allanıbdı?

Keçəl dedi:

- Heç nə. Bir qərib oğlan bir zənən xeylağı ilə gəlib düşmüşdülər karvansaraya. PadşaÒ»ın gözü düşür qıza, gecə ilə qızı qaçırırlar.

Ceyran dedi:

- Keçəl, dediyin qız Ò»ardadı?

Keçəl dedi:

- Qarğa adamın ovcuna Ò»avayı yumurta qoymur.

Keçəl belə deyəndə Ceyran əlini salıb çibinə, bir çəngə qızıl çıxardıb basdı keçəlin ovcuna. Keçəlin gözləri çıxdı kəlləsinə, Ceyrana dedi:

- O, padşaÒ»ın imarətnndə olur.

Ceyran minib atına gəldi padşaÒ»ın imarətinin qabağına, bir kağız göndərdi Rum padşaÒ»ına. Rum padşaÒ»ı açıb kağızı oxüdu, gördü ki, yazılıb: “Ey padşaÒ», mənim adaxlımı verirsən ver, vermirsən atanı dalına səriyib torpağını torba ilə daşıtdıraram”.

Rum padşaÒ»ı kağızı oxuyub, qəzəblənib əmr elədi ki, qoşun tədarukdə olsun.

Vəzir, vəkil qoşun tədarükündə olub, qoşun göndərdilər Ceyranın qabağına.

Ceyran sıyırıb qılıncını düşdü qoşunun canına. Qırıb qoşunu tələf elədi, durub üz qoydu Rum padşaÒ»ının imarətinə.

Rum padşaÒ»ı da oturmuşdu taxtda, Ceyran əl atıb yapışdı padşaÒ»ın boğazından, dedi:

- Ey zalım padşaÒ», ver adaxlımı?

PadşaÒ» başladı ağız-burnunu oynatmağa. Ceyran Rum padşaÒ»ının boğazını sərçə kimi üzüb otaqları gəzdi, gördü ki, yan otaqların birində Zərğova xanım büzüşüb oturub. Ceyran alıb Zərğova xanımı, yığıb camaatı başa saldı ki, padşaÒ»ı nə üçün öldürüb, sonra padşaÒ»ın taxtını tapşırıb camaata, dedi:

- Kimi istəyirsiniz özünüzə padşaÒ» tikin! DaÒ»a mən getdim.

Ceyran alıb Zərğova xanımı götürüb gəldi, sağ-salamat yetirdi Ò»ind padşaÒ»ına.

Hind padşaÒ»ına muştuluqçu getdi ki, qızın Zərğova ilə Ceyran gəlib çıxdı. PadşaÒ» çox şad olub, məclis qurub üç gün, üç gecə şadlıq elədi.

Ceyran bir gün padşaÒ»a xəbər göndərdi ki, əÒ»dinə vəfa eləsin.

PadşaÒ» qızı Zərğova xanımı Ceyrana vermək istəməyib vəziri çağırıb dedi:

- Mənim qızım bir padşaÒ» qızı, amma Ceyran gədənin biridi. Gəl razı olma ki, mən qızımı verim Ceyrana, tədbir gör.

Vəzir dedi:

- PadşaÒ» sağ olsun, qonaq çağır, tök Ceyranın xörəyinə biÒ»uşdarı, qoy biÒ»uş olub yıxılsın, sonra götürüb atarıq bu dərələrin birinə, qurd-quş yeyər, gedər.

PadşaÒ» vəzirin tədbirinə razı olub Ceyranı günorta xörəyinə çağırdı.

Ceyran durub gəldi. PadşaÒ» keçib mitbağa, Ceyranın xörəyinə o ki vardı biÒ»uşdarı tökdü. Xörəyi gətirib qoydular Ceyranın qabağına. Ceyran xörəyi yeyən kimi getdi Ò»uşa, yıxıldı yerə. Götürüb Ceyranın qolunu bağlayıb saldılar qaranlıq otaqların birinə ki, gecə yarı götürüb atsınlar quyuya. Gecənin bir aləmində Ceyran özünə gəlib gördü ki, əl-qolu bağlanıb, özü də qaranlıq otağa salınıb. Bildi ki, ox ona Ò»ansı tərəfdən dəyib. Tez güç verib qolunun zəncirlərini qırıb atdı, durub gəldi qapıya gördü ki, qapı bağlıdı. Bir neçə kərə təkan vurdu, axırda bir nərə çəkib qapıya elə çiyin vurdu ki, çərçivəsindən çıxardıb atdı. Çıxıb bayıra bir nərə çəkdi. PadşaÒ» nərənin zərbindən bir boy özünü atdı. Çıxıb bayıra gördü ki, nərə çəkən Ceyrandı.

Əmr verdi qoşun yığışsın. İstədilər Ceyranı tutalar.

Ceyran boş əlnən gələn-gələn qoşunu boğazlayıb atırdı. Qoşun tab gətirə bilməyib üz qoydu qaçmağa, Ceyran əl atıb möÒ»kəm bir qılınc göturüb Ò»ücum elədi. Yapışıb padşaÒ»ın biləyindən dedi:

- Ay zalım padşaÒ», mən sənə bu qədər yaxşılıq elədim, bu yaxşılığın əvəzində adam adamın başına bu oyunu gətirər?

Ceyran vəzirnən padşaÒ»ı öldürüb, qoşunu özünə tabe eləyib, Zərğovanı tapıb göturüb gəldi. Ceyran öz anası Nisəni götürüb yanında saxladı. Yeddi gün, yeddi gecə toy eləyib Zərğova xanımla murad Ò»asil elədi.

Ceyran böyük ədalətnən padşaÒ»lıq elədi, camaatla yaxşı yola getdi, asudə ömür sürməyə başladılar.



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info