Qonaq Kitabı
CEYRANIN NAĞILI

- Canın sağ olsun! Dərviş babasan, indi gedib bir alayı ceyran tapıb gətirərsən.

Dərviş durub gəldi evə, başının altına xurcun qoyub yatmaqda olsun, sənə xəbər verim Rizvandan. Rizvan bağı sulayıb qurtarıb evə gəlirdi, gördü ki, ağac dibində ocaq qurulub. Amma ki, bu ocağın qırağında o qədər ət tökülüb qalıb ki, gəl görəsən. Rizvan bərk acımışdı. Bardaş qurub ocağın qırağında, başladı bu ətdən yeməyə. Bir vədə gördü ki, qarnı şişib oldu damca. Yerindən tərpənə bilməyib, yıxılıb qaldı.

Sənə xəbər verim padşaÒ»dan.

PadşaÒ» bir gün durub Rizvanın bağına gəzməyə gəldi. Girib bağa, gəzib dolandı, gördü Ò»əmişə Rizvan bunun qabağına çıxardı, amma bu dəfə çıxmadı. Tez özünu yetirdi məndəcərliyə, gördü ki, Ò»əmin yerdə ki Rum padşaÒ»ının oğlu ƏÒ»mədi tilsimə salmışdı, quyu qazılıb, sandıq da yoxdu. PadşaÒ» ikiəlli başına qapaz vurub oturdu ağlamağa.

PadşaÒ» burda qalsın, sənə xəbər verim vəzirdən.

Vəzir gözlədi gördü ki, padşaÒ» gəlib çıxmadı, durub gəldi bağa. Gördü ki, padşaÒ» oturub ağacın dibində ağlayır. Vəzir xəbər aldı:

- PadşaÒ» sağ olsun, bu nə olan işdi?

PadşaÒ» bütün əÒ»valatı vəzirə danışıb dedi:

- Vəzir, tədbir gör!

Vəzir dedi:

- PadşaÒ» sağ olsun, Ò»eç bir tədbiri yoxdu, çarə səninkidi. Qızını gərək verəsən.

- Heç bu olan iş deyil. Mən qızımı əÒ»d eləmişəm ki, Ò»eç kimə verməyəm.

Vəzir dedi:

- İndi ki, belədi, ixtiyar sənindi.

Durub gəldilər imarətlərinə. PadşaÒ» gecəni səÒ»ərə kimi yatmayıb tədbir görməkdə olsun, al xəbəri Nisə xanımdan. Nisə əri Rizvanı gözlədi, gördu ki, gəlib çıxmadı, durub çıxdı bayıra. Rizvanı bir neçə ağız çağırıb gördü ki, Rizvan səs vermədi, çıxıb bağa, o yan, bu yana gəzib gördü ki, ocaq qaladığı yerdə dağ boyda bir şey yastılanıb yatıbdı. Nisə bir qədər yeriyib irəli gördü ki, əri Rizvandı, qarnı şişib, dönüb dama.

Nisə qorxub tez durub gəldi dərvişin yanına gördü ki, dərviş yatıb. Nisə dərvişi silkələyib durğuzdu. Dərviş ayılıb Nisəyə bir sillə vurub dedi:

- Vay, evini AllaÒ» yıxsın! Yuxu görürdüm, məni yuxudan yarımçıq ayıltdın, qoymadın yuxuıu tamam görüm.

Nisə dedi:

- Nə görürdün?

Dedi:

- Kəs səsini, çəpəl! Yarımçıq yuxunu danışmazlar. Məni nə üçün yuxumdan elədin? Nisə dedi:

- Dərviş, bizim kişinin qarnı şişib. Dur çıx bayıra, bəlkə bir çarə eləyəsən.

Nisə belə deyənədə, dərviş barmağını dişləyib, tez durub çıxdı bayıra. Özün yetirib ocağın qırağına gördü ki, Rizvanın qarnı şişib. Bildi ki, ceyran əti yeyibdi, dedi daha bundan adam olmaz. Dərviş çox peşman oldu, çünki ceyran ətini Nisə üçün saxlamışdı, olmadı. Göz gəzdirib o yan, bu yana, gördü ki, yerdə iki böyük tikə ət qalıb. Tez götürüb qoydu qoltuq cibinə.

Nisə dedi:

- Mənım ərimə bir çarə!

Dərviş dedi:

- Nisə, sənin ərin Rizvana çarə olmaz. Gəl basdıraq!

Nisənin çarəsi kəsilib, qəbir qazıyıb, Rizvanı əfn-dəfn elədilər. Gecə yarısı dərviş durub gəldi qəbir üstə, açıb qəbrin ağzını, Rizvanın qarnını yarıb, Ò»əmin ceyranın ürəyini çıxarıb Rizvanın qarnından, yenə qəbrin üstünü örtüb çıxıb gəldi. Aradan bir müddət keçəndən sonra dərviş Nisəyə dedi:

- Nisə, gəl AllaÒ» yolu ilə, peyğəmbər şəriəti ilə get mənə!

Nisə razı olub kəbinin kəsdirdi. Dərviş başladı Rizvanın adından bağa qulluq eləməyə. Bir gün dərviş dedi:

- Nisə, al bu ürəknən bu əti yağda qovur!

Nisə ürəyi alıb ceyran əti ilə bərabər tökdü tavaya. Dərviş aranı xəlvət eləyib ceyranın yağından tökdü tavaya. Elə ki xörək bişib Ò»azır oldu, Nisə süfrəni döşəyib xörəyi çəkdi, oturub yeməyə başladılar. Nisə ac idi. Ceyranın ətini ürəknən yeyirdi. Amma dərviş tilsim oxumuşdu. Nisənin gözünə elə görsənirdi ki, guya ceyranın ətindən o da yeyir, amma dərviş yemirdi. Bir azdan sonra Ò»ər ikisi süfrədən əl çəkdi. Dərviş durub gəldi bağa işləməyə. Bunlar burda qalsınlar, sənə xəbər verim padşaÒ»dan.

PadşaÒ» öz qızının imarətini dörd tərəfdən Ò»asara aldı ki, ins-cins qızı görməsin. Əmr verdi ki, şəÒ»ərə dərviş paltarında kim girsə, tutub damlasınlar. Qoşun əÒ»li padşaÒ»ın buyurduğunu yerinə yetirməkdə olsun, sənə xəbər verim Nisədən.

Nisə bir vədə gördü ki, Ò»eç doqquz ayı tamam olmamış bari-Ò»əmlin qoyub yerə, bir oğlan doğdu. Bu oğlan yarı insan, yarı ceyrandı. Amma bunda bir qaş-göz vardı ki, gəl görəsən. Baxan Ò»eyran olurdu.

Dərviş özünü yetirib Nisəyə gördü ki, Nisə oğlan doğdu. Amma bunun başı insan başıdı, bədəni ceyran bədəninə oxşayır. Qoltuğundan bir çubuq çıxardıb vurdu uşağa, dedi:

- Ey çəpəl, bu nə sir-sifətdi?

Çubuğu vuran kimi ceyran dönüb oldu bir gözəl oğlan. Dərviş Nisəyə dedi:

- Bu uşağın adını qoyarsan Ceyran.

Nağıllarda vaxt tez başa gələr. Ceyran böyüyüb çatdı on beş yaşına. Bu elə şücaətli pəÒ»ləvan oldu ki, gəl görəsən. Dərviş başladı Ceyrana pəÒ»ləvanlıq tərbiyəsi verməyə. Ceyran olmuşdu pəÒ»ləvan, Nisə isə baxıb oğluna fərəÒ»lənirdi.

Bir gün dərviş fikrə gəldi ki, Zərğova xanımı ələ gətirsin.

Durub manqal qoyub Ceyranın adını yazdı bir nala, bir nal da götürüb Zərğovanın adını yazıb atdı manqala. Bunları qızdırıb Ceyranın məÒ»əbbətini saldı Zərğovanın ürəyinə.

Sizə xəbər verim kimdən, Zərğova xanımdan.

Zərğova xanım yatıb yuxuda gördü ki, on beş yaşında çavan bir oğlan gəlib oturdu dizinin üstündə, bir alma verib, çıxıb getdi. Zərğova səÒ»ərnən yuxudan ayılıb dəli-divanə oldu. Amma bir belə adam tapa bilmədi ki, açıb ürək sirrini deməyə. Qız günü-gündən saralıb solmağa başladı. PadşaÒ»a xəbər getdi ki, qızın Zərğova bərk naxoşdu. PadşaÒ» düşdü əl-ayağa. Adam göndərdi, təbib gəldi, nə qədər dava-dərman elədilər, çarə olmadı ki, olmadı.

Dərviş Nisəni çağırıb dedi:

- Get padşaÒ»a de ki, filan yerdə bir Ò»əkim var, o sənin qızını sağaldar. Əgər razı oldu, gəl mənə de!

Nisə durub gəldi padşaÒ»ın yanına. Padşah xəbər aldı ki:

- Nə üçün gəlmisən?

Nisə dedi:

- Filan yerdə bir Ò»əkim var, o deyir ki, mən padşaÒ»ın qızının dərdini taparam.

PadşaÒ» dedi:

- Get, götür gəl yanıma. 

Nisə qayıdıb gəldi dərvişin yanına, dedi:

- PadşaÒ» razıdı.

Dərviş durub gəldi bazara, Ceyran üçün bir dəst Ò»əkim paltarı alıb, geyindirib Ceyranı elədi Ò»əkim, dedi:

- Burdan durub gedərsən padşaÒ»ın yanına. PadşaÒ» səndən xəbər alacaq ki, oğlan, kimsən? Onda sən də deyərsən ki, mən Ò»əkiməm. PadşaÒ» deyəcək: - Oğlan, mənim qızımı neçə günə sağaldarsan? Deyərsən üç günə. Elə ki, padşaÒ» izn verdi, şərt

kəsərsən ki, «gərək otaqda bir mən olam, bir də qız». Elə ki padşaÒ» razı oldu, gedib girərsən Zərğova xanımın yanına. DaÒ»a sənin başqa şeylə işin olmasın.

Dərviş Ceyranın dərsini verib qoşdu Nisəyə. Nisə Ceyranı götürüb getdi padşaÒ»ın yanına.

Padşaha xəbər getdi ki, təzə Ò»əkim gəlib.

PadşaÒ» dedi:

- Çağırın, gəlsin.

Ceyranı götürüb gəldilər padşaÒ»ın yanına. PadşaÒ» baxıb gördü ki, bu elə cavan şücaətli oğlandı ki, gəl görəsən. PadşaÒ» öz yanında Ceyrana yer görsədib oturtdu, xəbər aldı:

- Ey oğlan, Ò»əkimsən?

Ceyran dedi:

- Həkiməm.

PadşaÒ» dedi:

- Ey oğlan, mənim qızım bir aydı ki, naxoşdu. Dünyada Ò»əkim qalmayıb çağırmamış olam. Səninlə şərt bağlayıram, əgər qızımı sağaltsan, sənə xəzinəmin yarısını verərəm, sağalda bilməsən boynunu vurduraram.

Ceyran razı oldu. PadşaÒ» xabər aldı:

- Neçə günə sağaldarsan?

Ceyran dedi:

- Üç günə. Amma bir şərtim var. Gərək qızın mənzilində bir mən olam, bir də sənin qızın.

PadşaÒ» razı oldu.

Ceyranı götürüb gəldilər Zərğovanın otağına. Açıb otağın qapısını saldılar Ceyranı Zərğovanın yanına, qapını bağlayıb getdilər.

Zərğova xanım gözlərini açıb gördü ki, yuxuda gördüyü oğlandı. Tez durub ayağa “can!” deyib sıçradı Ceyranın boynuna, «can!» deyib qucaqlaşdılar.

Bir səÒ»ər Zərğova xanım tezdən durub Ceyrana dedi:

- Ceyran, neçə gün qalacaqsan yanımda?

Çeyran dedi:

- Üç günüm sabaÒ» tamamdı.

Zərğova dedi:

- Bəs necə eləyək ki, atam məni sənə versin?

Ceyran dedi:

- Səbr elə, çarə tapılar.

Üçüncü gün padşaÒ»a xəbər gəldi ki, qızın Zərğova sağalıbdı.

PadşaÒ» şad olub dedi:

- Həkimi mənim Ò»üzuruma gətirin!

Ceyranı çağırdılar. Ceyran gedən macalda Zərğova ona dedi:

- SabaÒ» günorta nar bağında mənı gözlə!

Ceyran durub gəldi padşaÒ»ın yanına. PadşaÒ» əmr verdi ki, xəzinənin yarısını versinlər Ceyrana. Ceyran alıb xəzinənin yarısını gedəndə, padşaÒ»a dedi:

- Əgər sabaÒ» qızını nar bağına gəzməyə göndərməsən, qızın təzədən naxoşlar, daÒ»a ayılmaz, çünki ona turş meyvənin iyi dəyməlidi.

Bunu deyib çıxıb getdi.

Dərviş oturub bağda Ceyranı gözləyirdi. Haçandan-Ò»açana gördü ki, Ceyran gəlib çıxdı. Ceyranı görən kimi xəbər aldı ki:

- Ceyran, danış görək nə oldu?

Ceyran dedi:

- Getdim, qızı sağaltdım, gəldım.

Dərviş dedi:

- Bəs qız sənə Ò»eç bir söz demədi?

Ceyran dedi:

- Yox, qız mənə Ò»eç bir söz demədi.

Dərviş işi duyub barmağını dodağının arasına alıb dinməz oturdu.

SabaÒ»ısı gün Ceyran durub, gəlib anasına dedi:

- Ana, mən gedirəm, dəyən yerim var. Axşama gələrəm.

Ceyran çıxıb gedəndə dərvış də düşdü Ceyranın dalınca.

Qarabaqara gəldi nar bağına. Ceyran bir tərəfdə gizləndi, dərviş də bir tərəfdə gizlənib gözləməkdə olsun, sənə xəbər verim kimdən, Zərğova xanımdan. Zərğova xanım səÒ»ər tezdən atasına xəbər göndərdi ki, ata, Ò»əkim mənə demişdi ki, bugünkü gün mən nar bağına gəzməyə çıxım. Gərək mən də çıxam. PadşaÒ» razı olub əmr verdi ki, dükan, bazar bağlansın. Quş quşluğu ilə bayıra çixmasın ki, Zərğova nar bağına gedəcək.

O gün bütün dükan, bazar bağlandı. Hərə girdi evinə, bayıra çıxmadı. Zərğova xanım durub gəldi nar bağına.

Zərğova xanım girib nar bağına, dolanıb göz gəzdirdi, gördü ki, Ceyran dayanıb bağın başında. Zərğova qul-qaravaşlarına dedi:

- Mən gedirəm çaya tərəf. Hər kəs mənim dalımca gəlsə, boynunu vurduraram.

Zəröğova bina qoydu yol getməyə. Gəlib çıxdı bağın başına. Səslədi Ceyranı. Ceyran özünü yetirdi ona. İndi sənə xəbər verim dərvişdən. Dərviş ağacların arasından baxırdı. Elə ki gördü Zərğova ilə Ceyran başladılar söÒ»bətə, blr tilsim oxuyub Ceyranı yatırtdı, Zərğovanı elədi sərçə, özü də olub tərlan, alıb Zərğovanı dimdiyinə, qalxıb göyə getməkdə olsun, sənə xəbər verim Zərğovanın qaravaşlarından.

Bunlar gün batana kimi gözləyib gördülər ki, Zərğova yoxdur, kor-peşman qayıtdılar padşaÒ»ın yanına. Xəbər verəndə ki Zərğova yoxdu, padşaÒ»ı od götürüb az qaldı bağrı çatlasın. Tez rəmmal çağırıb dedi:

- Rəmmal, bir rəm at görək, mənim qızım Zərğovanı kim götürüb aparıb, Ò»araya aparıblar?

Rəmmal bir neçə rəm atıb, sonra başını bulayıb padşaÒ»a dedi:

- PadşaÒ» sağ olsun, sənin qızını Rum padşaÒ»ının oğlu cadukun dərviş ƏÒ»məd aparıb. Əlanlıqda sənin qızın Rum şəÒ»ərinin günbatan elində bir şəÒ»ər var, ordadı.

PadşaÒ» ikiəlli başına bir qapaz vurub, oturdu uşaq kimi ağlamağa. Haçandan-Ò»açana ağlamağını saxlayib, üzün tutub rəmmala, dedi:

- Rəmmal, mənim şəÒ»ərimdə elə bir oğul tapılar ki, gedib mənim qızımı Rum padşahının oğlu dərviş Əhməddən alıb götürüb gələ?

Rəmmal kitabı açıb dedi:

- PadşaÒ» sağ olsun, Ceyran adında sənin şəÒ»ərində bir pəÒ»ləvan var. Getsə, o gedib gətirə bilər.

PadşaÒ» dedi:

- O pəÒ»ləvan Ò»arda, kimin evində olur?

Rəmmal dedi:

- Sənin Rizvan adında bir bağbanın var idi. Onun arvadı Nisənin oğludur. Çağırtdırıb göndərə bilərsən.

PadşaÒ» Ceyran üçün adam göndərməkdə olsun, al xəbəri Ceyrandan.

Ceyran bağda yatmışdı. Òºaçannan-Ò»açana gördü ki, kürəklərinə bərk soyuq dəydi. Ayılıb gördü ki, Zərğova xanım yanında yoxdu.



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info