Qonaq Kitabı
CEYRANIN NAĞILI

Biri var idi, biri yox idi, günlərin bir günündə Hindistanda bir padşaÒ» var idi. Bu, çox zalım padşaÒ» idi. Özü də böyük tilsimkar idi. Dünyada padşaÒ» yox idi ki, bu Ò»ind padşaÒ»ından inciməyə.

Bu padşaÒ»ın Zərğova adlı bir gözəl qızı var idi. Belə ki, bu qız üçün Ò»ər tərəfdən elçi gəlib istəyirdilər, amma padşaÒ» qızı Ò»eç kimə vermirdi.

Sənə xəbər verim Rum padşaÒ»ının oğlundan.

Rum padşaÒ»ının oğlu Zərğova xanımın eşqindən dəli-divanə olmuşdu. Ancaq neçə kərə elçi göndərmişdisə də, padşaÒ» qızı Zərğovanı verməyib elçini qaytarmışdı. Axırda Rum padşaÒ»ının oğlu qoşun çəkib dava eləmişdi, ancaq dava ilə də Zərğovanı ala bilməmişdi.

Rum padşaÒ»ının oğlu əlacsız qalıb, atasının var-yoxundan əl çəkib başlamışdı tilsim dərin oxumağa. Nə ki tilsim var idi öyrənəndən sonra qayıdıb gəlmişdi Hində, xəbər göndərmişdi hind padşaÒ»ına ki, Zərğova xanımı ver mənə! Verməsən, səninlə tilsim davası eləyəcəyəm. Ya gərək sən qalasan dunyada, ya da mən. Elə ki bu xəbər gəlib çatdı, Ò»ind padşaÒ»ı baxıb gördü ki, bu çox tilsim dərsi oxuyub, bununla bacara bilməyəcək, çağırıb vəziri dedi:

- Vəzir, tədbir gör mənə! Rum padşaÒ»ının oğlu ƏÒ»məd gəlib. Özu də tilsimin bütün açarlarını bilir. Əgər başlasam, davaya gücüm çatmaz.

Vəzir dedi:

- Padşah sağ olsun, gəl bir dəmir sandıq qayır, qonaqlıq çağır, qonaqlığa Rum padşaÒ»ının oğlu ƏÒ»mədi də çağır, ver biÒ»uşdarını ona, sal sandığa, itir getsin.

PadşaÒ» vəzirin tədbirinə razı olub, Rum padşaÒ»ının oğlu ƏÒ»mədə xəbər göndərdi ki: «Razıyam, özü də bu gecə mənə qonaqdı».

ƏÒ»məd razı olub, durub gəldi Ò»ind padşaÒ»ının evinə qonaq. Bir az danışıb güləndən sonra araya süfrə gəldi. PadşaÒ» tez durub getdi aşbazın yanına, ƏÒ»mədin xörəyinə biÒ»uşdarı töküb, qayıtdı oturdu yerində.

Xörək araya gəlib «bismillaÒ»» eləyən kimi ƏÒ»məd biÒ»uş olub yıxıldı yerə. Hind padşaÒ»ı o qədər yanırdı ƏÒ»mədin əlindən ki, o saat ƏÒ»mədi saldı sandığın içinə, üstəlik bir tilsim də oxuyub döndərdi tüstüyə, sandığın ağzını bağlayıb götürdü gəldi imarətinin dalında bir məndəcər var idi, Ò»əmin məndəcərin günçıxan əlində bir dərin quyu qazıyıb, sandığı salıb quyuya, quyunu da torpaqlayıb çıxıb getdi.

PadşaÒ» Ò»əmin gün bir imarət tikdirib Zərğova xanımı köçürtdü təzə imarətə ki, quş quşluğu ilə qızı görməsin.

Bunlar burda qalsın, sizə xəbər verim hind vilayətindən.

Hind vilayətində Rizvan adında kasıb bir kişi olurdu. Bunlar bir ər idi, bir də ki arvad. Rizvanın əlindən Ò»eç bir sənət gəlməzmiş, təkcə odunçuluqdan başqa. SəÒ»ər durub oduna gedərmiş, axşam olan kimi qayıdıb evə gəlirmiş, az-çox qazandıqlarından yeyib, başlarını birtəÒ»ər dolandırarlarmış.

Bir gün Rizvan səÒ»ər durub oduna gedir. Bir şələ yığıb, götürüb gəlir bazara. Satan macalda padşaÒ»ın darğası gəlib Rizvanı tutur. Odununu şələ ilə əlindən alıb, özünü də döyüb qovur.

Rizvan bir başına, bir döşünə vurub ağlaya-ağlaya gəlib padşaÒ»ın elçi daşının üstə oturub gözləyir.

Qədimlərdə hər padşaÒ»ın özünə görə bir elçi daşı var idi. Kimin nə dərdi olsaydı, gedib oturardı elçi daşının üstündə, padşaÒ»a xəbər göndərərdi ki, elçi gəlib. PadşaÒ» izin verəndən sonra gəlib elçi daşının üstündə oturanı aparardılar padşaÒ»ın yanına.

Rizvan da elçi daşının üstündə oturmuşdu. PadşaÒ»a xəbər getdi ki, elçi daşının üstündə bir nəfər gəlib oturubdu.

PadşaÒ» dedi:

- Gedin görün nə istəyir?

Gəlib Rizvana dedilər:

- Neyçün oturmusan elçi daşının üstündə? Diləyin nədi?

Rizvan dedi:

- Mən padşaÒ»ı görmək istəyirəm.

Qayıdıb padşaÒ»a xəbər verdilər ki, elçi daşının üstündə oturan səni görmək istəyir. PadşaÒ» dedn ki:

- Gedin, çağırın!

PadşaÒ»ın adamları gəlib Rizvanı göturüb, gəldilər padşaÒ»ın yanına. Rizvan ədəb ilə salamını verib dayandı. PadşaÒ» xəbər aldı:

- Niyə gəlmisən? Diləyin nədi?

Rizvan dedi:

- PadşaÒ» sağ olsun, bir şələ odunum var idi. Sənin darğan tutub aldı əlimdən.

PadşaÒ» əmr verdi ki:

- Darğanı çağırın gəlsin!

Darğanı çağırdılar, gəldi padşaÒ»ın Ò»üzuruna. PadşaÒ» dedi:

- Bu kişinin odununu ver.

Darğa dedi:

- PadşaÒ» sağ olsun, odunu işlətmişəm: pulu nə qədər eləyir, verim.     

Rizvan dedi:

- Mən pul istəmirəm, öz odunumu istəyirəm.

PadşaÒ» Rizvana Ò»ər cür odun verdi, pul verdi, Rizvan almayıb dedi:

- Mənə ancaq öz odunum gərəkdi. Verməsəniz, çixıb bazara sizi biabır eləyəcəyəm.

PadşaÒ» dedi:

- Rizvan, gəl odunun adını çəkmə!  Nə sənət bacarırsan verim sənə, işlə, iki o qədər qazan!

Rizvan bir qədər fikrə getdi. Haçannan-Ò»açana başını qaldırıb padşaÒ»ın üzünə baxıb dedi:

- PadşaÒ» sağ olsun, bağbanlıq bacararam.

PadşaÒ» dedi:

- Elə mənə bağban gərəkdi. Eybi yoxdu. İndi ki, ürəyindən bağbanlıq keçir, get mənim imarətimin dalında məndəcər bir yer var, o yeri verdim sənə. Amma günçıxan yerdə bir çökək məndəcər yer var, nəbadə o yerə dəyəsən.

Rizvan günü səÒ»ərdən başladı bu məndəcəri belləyib bağ salmağa. Nağıllarda ay, il tez başa gəlir. Çox çəkmədi, Rizvan burda bir bağ saldı, gəl görəsən... Bağı becərəndən sonra padşaÒ»a xəbər göndərdi ki, bağ Ò»azırdı, gəlsin baxsın. PadşaÒ» vəzir, vəkilin çağırıb cəmləşdilər bir yerə, durub gəldilər Rizvanın bağına tamaşa eləməyə. PadşaÒ»   bağa girən kimi gördü ki, Rizvan burada bir bağ salıbdı, gəl görısın. Bura Ò»ər cur ağaçdan, güldən əkib... Bura olub bir laləzarlıq. Gül bülbülü çaqırır, bənövşələr açıb, ağacdakı meyvələr dəyib, elə bil beÒ»iştin bir guşəsidi. PadşaÒ» Rizvana «afərin» deyib bağı dolandı, gedən macalda Rizvana bir kisə qızıl verib çıxıb getdi. PadşaÒ» bu bağı saldı öz adına.

PadşaÒ» çıxıb gedəndən sonra Rizvan bir gün əlinə bel alıb o baş, bu başa gəzirdi, birdən yadına düşdü ki, padşaÒ» ona demişdi, günçıxan yerdə məndəcər bir yer var oranı işləmə.

Rizvan şübÒ»ələnib dedi, görəsən burda nə var ki, padşaÒ» razılıq vermir. Gərək bu məndəcərliyi qazıyam, görəm burda nə var.

Rizvan alıb əlinə beli, başladı bu məndəcər yeri belləməyə. Belləyən vaxtı gördu ki, yerin altından səs gəlir ki:

- Ey Rizvan, nə üçün məni qoymayırsan raÒ»at yatmağa?

Rizvan bu səsi eşidən kimi qorxuya düşüb qaçdı. Axşama kimi bağa girmədi. SəÒ»ər tezdən arvadına dedi:

- Arvad, get bağa, filan məhəccərlikdə bel qoymuşam, onu götur, gəl!

Rizvanın arvadı Nisə durub gəldi bağa, həmin məndəcərlikdəki beli götürüb gəlmək istəyirdi ki, birdən yer altından səs gəldi:

- Ay Nisə qarı, ərin Rizvan niyə gəlmədi?

Belə deyəndə Nisənin ürəyi gedib, dəydi yerə.

Rizvan arvadını gözlədi, gördu ki, arvadı gəlib çıxmadı. Gün batana kimi gözlədi, gördu ki, yox, arvad gəlib çıxmadı. Durub ayağa çıxdı bağa. Amma qorxusundan məndəcərliyə getməyib, bir az uzaqda dayanıb, ağız dolusu çığırmağa başladı:

- Ay Nisə!.. Ay Nisə!..

Rizvan gördu ki, nə Nisə? Nisə yoxdu. Getdi fikrə. Axırda qeyrətə dolub dedi:

- CəÒ»ənnəmə ki, gedərəm, nə olar, olar.

Rizvan durub, canın dişinə alıb özün yetirdi məndcərliyə. Gördü ki, arvadı Nisə tir-tap uzanıb.

Rizvan yeriyib irəli, Nisəni bir neçə kərə silkələyib ayıltmaq istəyirdi ki, birdən yerin altından yenə də səs gəldi. Rizvan canını dişinə alıb:

- Hərçi badə-bad! Nə olur-olsun! Gərək bu məndəcərliyi qazıyam, görəm burda nə var.

Rizvan Nisəni ayıldıb, götürüb gəldi evinə, xəbər aldı:

- Arvad, sənə nə oldu ki, ürəyin gedib sərilmişdin yerə?

Nisə başına gələni əri Rizvana danışdı. Rizvan da başına gələni arvadı Nisəyə danışıb dedi:

- Arvad, mən gedirəm məndəcərliyi qazıyam, görəm yerin altında nə var.

Rizvan günü batırıb, beli əlinə alıb bina qoydu məndəcərliyə. Başladı torpağı yumşaldıb qazımağa. Dörd boy qazıyıb beşə çatanda dəmir sandığa rast gəldi. Tez arvadı Nisəni Ò»arayına çağırıb zor-gücnən sandığı quyudan çıxardib, götürüb gəldi evinə, dedi:

- Arvad, qapıları bağla, açaq bu sandığı, görək içində və var?

Nisə durub qapı-bacanı bərk-bərk bağlayıb gəldi ərinin yanına. Rizvan „bismillaÒ»“ deyib sandığın qapağını açan kimi tüstü evi bürüdü. Haçandan-Ò»açana tüstü gözdən itib gedən kimi Rizvanın qabağında bir dərviş peyda oldu. Dayanıb dedi:

- Ey Rizvan, salamunəleykum!

Rizvanın qorxudan qarnına sancı düşdü. Tez dərvişə baş əyib dedi:

- Əleykümassəlam!

Dərviş Rizvana dedi:

- Ya gəl mənə qardaş ol, ya da səni öldürəcəm.

Rizvan dedi:

- Məni nə üçün öldürürsən? Qardaş demirsən, olaq da.

Dərviş dedi:

- Rizvan, şərtim var.

Rizvan xəbər aldı:

- Başına dönüm, şərtini de görüm!

Dərviş dedi:

- Birnici şərtim budu ki, mənim sandığa nə üçün girməyimi xəbər almayasan.

Rizvan dedi:

- Baş üstə, almaram.

Dərviş dedi:

- İkinci şərtim odu ki, mən neyləsəm, nə iş görsəm, məndən xəbər almamalısan.

Rizvan dedi:

-O da baş üstə, almaram.

Dərviş dedi:

- Üçüncü şərtim odu ki, sənin arvadını Ò»ara göndərdtim, başına nə gətirdim, məndən Ò»eç bir söz xəbər almayıb deməyəsən ki, filan işi niyə belə gördün?

Burda Rizvan bir az dayanıb fikrə getdi. Dərviş xəbər aldı:

- Rizvan, nə deyirsən? Razısan, ya yox?

Rizvanın çarəsi kəsilib dedi:

- Çox gözəl, razıylm.

Günorta vaxtı dərviş əl atıb yeri qazıyıb, bir kasa qatıq çıxardıb, Rizvana göstərib xəbər aldı:

- Rizvan, bu qatıq ağdı, qara?

Rizvan istədi deyə ki, qatıq ağdı, birdən dərvişin şərti yadına düşüb dedi:

- Bilmirəm.

- Mən deyirəm bu qatıq qaradı. Sən necə bilirsən?

Rizvan dedi:

- Qoy bir yaxşı-yaxşı baxım.

Rizvan boylanıb kasaya baxandan sonra dedi:

- Dərviş baba, qatıq qaradı.

Rizvan belə deyəndə dərviş dedi:

- Rizvan, mən üç günün səfərinə gedirəm. Tez gələrəm, amma mən gedib gəlincə evdən bayıra çıxma, arvadının yanına da girmə.

Rizvan baş üstə dedi. Dərviş Rizvanın evindən getmək bəÒ»anəsilə çıxıb damda gizləndi.

Gecənin bir aləmnidə düşüb damdan endi Ò»əyətə, gördü ki, ər-arvad yatıblar. Dərviş enib bağa, Ò»əmim məndəcərliyə getməkdə olsun. Rizvan bu tap-tupa ayılıb gördü ki, Ò»əmin dərvişdi. Düşüb qarabaqara dərvişin dalısınca, gəlib çıxdı Ò»əmin məndəcərliyə. Özün verib ağacların dibinə gördü ki, dərviş bu məndəcərliyə üzüquylu düşüb başladı ağlamağa. Haçandan-Ò»açana durub, əlinə bel alıb, yeri qazımağa başladı. Böyük bir daş qaldırlı, daşın altından bir quyu çıxdı, dərviş girib quyuya, haçandan-Ò»açana quyudan çıxdı, qucağında da bir ceyran.

Dərviş ceyranın başını kəsdi, alıb dalına götürüb gəldi, çıxıb dama, yıxılıb yatdı.

Rizvanı fikir götürüb xof apardı ki, bu necə olan işdi. İstədi durub çıxa dama, dərvişin ala başının üstünü, bu sirdən xəbərdar ola, kəsdiyi şərt yadına düşdü, dedi:

- Eybi yoxdu, gözləyim görüm, bu işin axırı necə olacaq.

SəÒ»ər tezdən dərviş durub, ceyranı alıb qucağına damdan düşdü. Rizvanın arvadı Nisəyə dedi:

- Al bu ceyranı, soymamış doğra, tök qazana bişir! Amma nəbadə dadına baxasan.

Nisə dedi:

- O da mənim gözüm üstə!

Dərviş bir ofsun oxuyub qalxdı göyə. Göydən Nisəyə baxırdı ki, görək nə edir.

Nisə qollarını çırmalayıb ceyranı soymamış doğrayıb tökdü tavaya. Ocaq qalayıb başladı ceyranın ətini qovurmağa.

Dərvişin istədiyi də o idi ki, ürəkli bir arvad tapa. Odu ki, qalxıb göyə, bir əfsun oxuyub oldu laçın, göydən enib yerə, Nisəyə bərk bir çarpaz qanad vurdu. Nisə qorxmayıb əlindəki kəfkiri tolazladı laçının dalınca. Kəfkir dəymədi. Dərviş gedib bir az uzaqda cildindən çıxıb, Ò»əmənki adam oldu, gəldi Nisənin yanına. Nisə də qayıdıb oturmuşdu ocaq başında, çeyranın ətini qovururdu, dərviş gəlib oturdu oçağın qırağında, Nisəyə dedi:

- Nisə, get bir nimçə gətir, bu çeyranın ətindən çəkək.

Nisə durub nimçə üçün getməkdə olsun, dərviş tavani götürüb qoydu yerə. Qoltuğundan bir qab çıxardıb tavanın yağını töküb qaba, tavada olan əti səpələdi toz-torpağın üstə. Bu tərəfdən də Nisə əlində nimçə gəlib çıxdı. Dərviş dedi:

- Hayıf bu tavadakı ceyran ətindən. Ocaq uçdu, ət də dağıldı toz-torpağın üstünə. Nisə dedi:



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info