Qonaq Kitabı
TOY BAYATILARI

 

Bu sular mələr gələr,

Dağları dələr gələr,

Namərd dostu olanın,

Başına nələr gələr?

 

Arx üstə duran bəndə,

Boynunu buran bəndə,

Heyva kimi saraldın,

Mürüvvət yoxdu səndə

 

Bu gələn yar oleydi,

Əlində nar oleydi,

İkimiz bir köynəkdə,

Yaxası dar oleydi.

 

Arxalığın güllüdü,

Ətri məni bürüdü,

Səndən mənə yar olmaz,

Cavan canım çürüdü.

 

Qara atın kəkili,

Tel olub [+an] tökülü,

Burda bir qız sevmişəm,

Kimdir onun vəkili?

 

Qaşların mil qədəri,

Gözlərin zil qədəri,

Zərrəcə üzün görsəm,

Açıllam gül qədəri.

 

İrəvan çağalası,

Yandı bağrım arası,

Bir oğlan, bir qız olsun,

Bir güllü dağ arası.

 

Ay qız, mənim param var,

Dürlü-dürlü yaram var,

Üç yürəyim (-in) başını,

Göp yanmamış Ò»aram var?

 

Akoşkadan baxan yar,

Qızıl düymə taxan yar!

Üstünə kül ələnsin,

Mənsiz soyunub yatan yar!

 

Ay qız, məni bəndə vur,

Zülfündə kəməndə vur,

Yaxşı olsam, qul elə,

Yaman olsam, bəndə vur.

 

Üst(+ün)dəki aya bax,

Bu evdəki toya bax,

Toyda dostum oynayır,

Halal olsun, boya bax.

 

Əzizim, alma məni,

Al, yerə salma məni,

Apar sərraf yanına,

Qəlp olsam, alma məni.

 

Bu gecə sizə gəldim,

Pəncərənizə gəldim,

Basdığınız toprağa,

Qapandım, dizə, gəldim.

 

Əzizim, Baxtiyarım,

Könlümun taxtı yarım,

Yüzündə göz izi var,

Sənə kim baxdı, yarım?

 

Mən Aşiq, sürmə məndən,

Göz səndən, sürmə məndən,

Sən özgənin yarısan,

Dövranı sürmə məndən.

 

Mən aşiq, az arım var,

Xəstəyəm, azarım var,

Səni görsəm sağallam,

Görməsəm, azarım var.

 

Əzizim, üşüdüm, yar,

Aç qoynun, üşüdüm yar,

Dərd desən, can verərəm,

Bir (-cə) səsin eşidim yar.

 

Hancarı getdi bular,

Canımı qayğu alar,

Bir yandan el tənəsi,

Bir yandan ayrıldı yar.

 

Əzizi (-yə)m, dəng eylər,

Dəli eylər, dəng eylər,

MəÒ»əbbət adam öldurməz,

Saraldıb bədrəng eylər.

 

Qoy mənə kor desinlər,

Kordan da kor desinlər,

Əlin (-i) mənə versinlər,

Ölkədən sür desinlər.

 

Göyərçin qalxar, gedər,

Qanadı saxlar, gedər,

Mən yara nə etmişəm,

Küsülü baxar, gedər?

 

Mən aşiq (-əm) al (-ı)

məndən,

Yaşıl (-ı) səndən, al (-ı) 

məndən,

Yar gəl dərdimə şərik ol, 

Ya eşqüvü al məndən.

 

Qoftası (-dı) al munun,

Köbəsi (-di) şal (-di) munun,

Şeytan dağdağa eylər,

Dur qadası al munun.

 

Əzizim, budala gəzər,

Xalın bu dala gəzər,



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info