Qonaq Kitabı
TOY BAYATILARI

Apardılar yaruvu,

Bixəbər yatan oğlan!

 

Qaşların oxdur sənin,

Kiprigin çoxdur sənin,

Səni çoxdan sevmişəm,

Xəbərin yoxdur sənin.

Qolbağın tayı vardır,

Qanının yayı vardır,

Yar yarın babı olsa,

Kimin nə payı vardır?

 

Bu gələn özün bilmir,

Danışır, sözün bilmir,

Əyilir su doldura,

Bulağın gözün bilmir.

 

Bağçadan yarım gedir,

Yanınca canım gedir,

Bir yerdən güllə dəyib,

Min yerdən qanım gedir.

 

Kür qırağı sərindir,

Oğlan, girmə dərindir,

Oğlan [+səni] öldürən,

Bir ala göz gəlindir.

 

Araqçının yan qoyar,

Yan götürər, yan qoyar,

Sənin ala gözlərin,

Məyər məndə can qoyar?

 

Oğlan, adın Talıbdır,

Gün dağları alıbdır,

Göndərdiyin üzüklər,

Barmağımda qalıbdır.

 

Gəncənin ocağında,

Şam yanar bucağında, 

AllaÒ» muradın [-ı] versin,

Ağ oğlan qucağında,

 

Araşqının dardarı

Gəl başımın sərdarı,

Evimizə gəlmirsən,

Qonşumuza gəl barı.

 

Şamaxının meşəsi,

İylidir bənövşəsi,

Konülsüz gedən qızın,

Ağlamaqdır peşəsi.

 

Ay qız, adın Hürüdi,

Duman dağı bürüdi,

Səndən mənə yar olmaz,

Cavan canım çürüdi.

 

Araşqının Ò»aşımı,

Hara qoyum başımı?

Məni sənə verməzlər,

Tökmə gözün yaşını.

 

Qara atı yağlaram,

Gül aqac [+ ın)a bağlaram,

Mən sevənə getməsəm,

Gecə-gündüz ağlaram.

 

Ay deyiləm, yıldızam,

Gəlin deyiləm, qızam,

Qapıda duran oğlan,

İçəri gəl yalqızam.

 

Qara atın nalıyam,

Çulun (-un) ipək xalıyam,

Dəymə qonşunun oğlu,

Mən özgənin malıyam,

 

Göydə yıldız olaydım,

Diləkdə düz olaydım,

Qonşu qızı gələndə,

Evdə yalqız olaydım.

 

Qarpızı parçaladım,

Dörd yanın saçaqladım,

Ha gözlədim gəlmədin,

Yastığı qucaqladım.

 

Küçədən ötən oğlan,

Kömləyi kətan oğlan,

Nişanlın apardılar,

Bixəbər yatan oğlan.

Bağçada (+n) çəkil oğlan

Başında kəkil oğlan!

Qızlar sürüsü gəlir,

Dur burdan çəkil oğlan!

 

Donunu qaraltmışsan,

Qolların daraltmışsan,

Özün qaragöz oğlan,

Çoxların saraltmışsan.

 

Ay oğlan, Ò»aralısan,

Zülfləri daralısan,

Çox gözəl deyilsən də,

Könlümə yaralısan.

 

Qapımızda var çinar,

Yaprağı dinar-dinar,

Mənim yarım körpədir,

Saxlasın pərvərdigar.

 

Arxalığım ikidir,

Biri firəng çitidir,

Eləsinə gedərəm.

Bəylər onun itidir.

 

Noxudu şal məndədir.

İki ucu təndədir,

Doxsan doqquz yar olsa,

Genə gözüm səndədir,



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info