Qonaq Kitabı
SAYAÇI SÖZLƏRİ

Yumruğudur çobanın.

Əlindəki dəyənək

Qalxanıdır çobanın

Yanındakı boz köpək,

Yoldaşıdır çobanın,

Ağzı qara canavar,

Düşmənidir çobanın.

 

Nənəm qoynun ağı,

Gedər dolanır dağı,

Biçər qara qiyağı,

İçər sərin bulağı.

 

Qarılar tutar yağı,

Gəlin yeyər qaymağı,

İlla ki, qayğanağı,

Çobana vurar dağı.

 

Qızlara ceÒ»iz ağı,

Çobana çarıq bağı,

Uşağa şütük bağı.

 

* * *

 

Ala kərə tayın gördüm,

Özünü görməx gərəx.

 

Qomral qoş özün gördüm,

Tayını görməx gərəx.

 

Qara gəlin tayın gördüm,

Özünü görmək gərəx.

Qaralaxlı tayın gördüm,

Səni görməx gərəx.

 

Ağ Ò»eriyin tayı gəldi,

Balvazın tayı gəlmədi.

 

Tayın gəlsin qumral kürə,

Sarı kərə tayın tapbax gərəx…

 

* * *

 

Çütəkə,

Çütmək əkə,

Qomral Qoca

Sağqar təkə.

 

* * *

 

MərÒ»əmər otdar qırım,

Qantəpər otdar qırım,

Çovanı xəsdə tüşsə,

ZəÒ»irmar otdar qırım.

 

* * *

 

Ağ Ò»erix mələr keçər,

Dağlardan enər keçər,

Qavağında qoş təkə,

Dalınnan mələr keçər.

 

* * *

 

Nənəm, a kürdü qoyun,

Otdadı, durdu qoyun,

Ayağını yerə döyür,

Görüfdü qurdu qoyun.



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info