Qonaq Kitabı
SAYAÇI SÖZLƏRİ

Nənəm, qoyunun uzunu,

Döşdə bəslər quzunu,

Sağına yatar gözlər,

Soluna yatar bozlar.

Əli çanaqlı qızlar

Qoyunun yolunu gözlər.

 

Çoban qoyunu götürəsi,

Onu dərəyə yetirəsi,

Ağ biləkli gəlinlər,

Sağım-sağım deyəsi,

Ağbirçəkli qarılar,

Buluyum-buluyum deyəsi.

 

Bu oğlumun düyəsi,

Bu qızımın düyəsi,

Sarı suyu qalanda

Boz köpəyə tökəsi.

 

Ucu yanıq kösöv ilə

Boz köpəyi döyəsi,

Qarabaşlı boz köpək,

Yeri qoyuna deyəsi.

 

Xırda, xırdaca qızlar,

Əli xınalı qızlar,

Əllərində çanaqlar

Bərənin yolun gözlər.

 

Xırda-xırda çəpişlər

Yovşanın başın dişlər,

Gedər yaylağa yaylar,

Gələr aranda qışlar.

 

Nənəm a xallı keçi,

Məməsi ballı keçi,

Uca qaya başında,

Tutubdur yallı keçi.

 

Qoyunun özü gəldi,

Dolandı düzü gəldi,

Çobanın qucağında  

Bircə cüt quzu gəldi.

 

Can quzu, canım quzu,

Tukü çalar qırmızı,

Əbrişim telli quzu,

Qonurdu onun gözü.

Biri gəlinin olsun,

Biri çobanın payı,

Üzün ağ olsun çoban.

 

De, bayrama nə qaldı?

Nə qaldı, nə qalmadı?

Bir əllicə gün qaldı!

Əlli günü say ötür,

Qarmala quzu götür!

 

Əlli günü, gecəsi,

Sağmal subay secəsi,

Sayan yağış yağası,

Sarmaşıq ot bitəsi.

 

Qoyun nədən Ò»asil oldu,

Kimya yarpağından.

Bizimçün də gətirin,

Qormasından, yağından.

 

Qısa-qısa gələnin,

Qısnacağı dar olsun,

Basa-basa gələnin,

Basmaçığı bərk olsun.

Sizin də damağınız çağ olsun.

Oğul-qızınız sağ olsun!

 

* * *

 

Yeyər-yeyər gərnəşər,

Alnın vurar, döyüşər.

Buynuzu burma-burma,

Yunu var yerlə sürümə.

ZinÒ»ar qoyunu vurma,

Qoyunsuz yerdə durma.

Qoyunlu evlər gördüm,

Qurulmuş yaya bənzər.

Qoyunsuz evlər gördüm,

Qurumuş çaya bənzər.

 

Nənəm, a tatar keçi,

Qayada yatar keçi,

Qış bərk soyuq gələndə

Balanı atar keçi.

 

Qoyun deyər, mən Ò»eç otdan doymaram,

Payız oldu, çöpün-çöpün qoymaram,

Hər bir evi yunum ilə bəzərəm,

Ağır-ağır xalılarım var mənim.

Güllü-güllü xalçalarım var mənim.

 

* * *

 

Nənəm, a xallı keçi,

Məməsi ballı keçi.

Uca qaya başında

Tutubdu yallı keçi.

 

* * *

 

Keçi deyər adım Əbdülkərimdir,

Qavala çəkilən mənim dərimdir.

Üç ay qış ölmərəm, AllaÒ» kərimdir.

Şeytan-şeytan balalarım var mənim,

Qəlbi-qəlbi qayalarım var mənim.

 

* * *

Göydəki göy buludlar

Yorğanıdır çobanın.

Yastı-yastı təpələr

Yastığıdır çobanın.

Yumru-yumru qayalar



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info