Qonaq Kitabı
TÜLKÜ HƏCCƏ GEDİR

Gəlib keçdi irəli.

Tülkü baba yanladı,

Səfləri sahmanladı.

Kökləri sondan düzüb,

Gözlərini bir süzüb.

Hiyləni saz eylədi,

Durdu belə söylədi:

- Mən keçmişəm lap sona

Ürəyim dönmüş qana.

Yalvarıram, yaradan

Keçsin günahlarımdan.

Peşimanam işimdən,

Bezaram keçmişimdən.

Artıq tövbə etmişəm,

Ağlamaq olmuş peşəm.

Siz namazı başlayın,

Məni bir ölü sayın.

Deyib oturdu yerə,

Ağladı birdən-birə,

Səflər coşub daşdılar.

Namaza qalxışdılar.

Dörd səf düzülmüş idi,

Gözlər süzülmüş idi.

Pişnamaz dedi: - Quqqu!

Azançı: - Quqquriqu!

Oxundu qısa dua,

Əyildilər torpağa.

Tülkü qaldırdı başın,

Atdı möminlik daşın.

Baxdı ora-buraya,

Göz gəzdirdi sıraya

Od parladı gözündən,

Artıq çıxdı özündən.

Səhmanladı işini,

Itilədi dişini,

Atdı təsbeh, əbanı,

Sarığı, həm əsanı,

Baxdı o yan-bu yana,

Düz atıldı meydana.

Yırğılandı quyruğu,

Boğdu on beş toyuğu...

Durub o yerdə qalan,

Qurtardı tülküdən can.

Uçdu hərə bir yana,

Düzə, çölə, ormana.

Çölü basdı qışqırıq,

Qopdu böyük fısqırıq.

Tülkü işin bitirdi,

Ovlarını gətirdi,

Çıxdı bir göy yamaca,

On gün yedi doyunca.

 

 



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info