Qonaq Kitabı
TÜLKÜ HƏCCƏ GEDİR

Kəndə girib bixəbər

Bizi çapır, çalırsan,

Hinə şivən salırsan.

Yoxmu bizim canımız?

Halalmıdır qanımız?

Etdik biz də bir tədbir

Vardır yaxında çox “pir”;

Onlara ip bağladıq,

Nəzir verdik, ağladıq;

Kəsdik minlərcə qurban,

Verdik fəqirə ehsan;

Qəbul olmuş duamız,

Səni tutmuş ahımız.

Tülkü alışdı-yandı,

Əsasına dayandı;

Sonra başın salladı,

Hönkür-hönkür ağladı.

Dedi: - Düzdür, can xoruz,

Gözləri mərcan xoruz!

Indi üzüm qaradır,

Qəlbim dolu yaradır...

Yamanlıq olmuş işim,

Daşa dəysin bu dişim.

Qocalmışam, düşmüşəm,

Sizi çox incitmişəm.

Daha tövbə edirəm,

İndi həccə gedirəm...

Bu işə mat qaldılar,

Tülküyə yan aldılar.

Çaşdılar bu sözlərə,

Qan-yaş doldu gözlərə,

Söylədilər, - Ay lələ!

Qurban bu şirin dilə!

Xasiyyətin dəyişmiş,

Nə gözəl işdir bu iş!

Amandır, tülkü lələ,

Bizi apar özünlə.

Tülkü dedi: - Nə olar,

Gəlin, gəlin, balalar!

Uçub gəldi cümləsi;

Toyuq-xoruzun səsi

Çulğaladı hər yanı,

Kəndi, çölü, ormanı.

Bir xoruz oldu zirək

Uçdu dama sevincək:

- Quqquluqu! – çəkdi car, -

Olduq bizlər bəxtiyar:

Aydın olsun gözünüz,

Gəlin, görün özünüz

Tülkü olub peşiman,

Tökməyəcək bir də qan.

Mömin olmuş bu kişi,

Bizimlə yoxdur işi;

Ağlayır, tövbə edir,

Birbaşa həccə gedir...

Kənddə toyuq-cücələr,

Bundan tutunca xəbər,

Bir-birinə baxışdı,

Küyə düşdü, axışdı;

Işi doğru bildilər,

Uçub qaçıb gəldilər.

Inandılar tülküyə, -

Peşiman olmuş, - deyə,

Biri öpür əbasın,

Biri dəmir əsasın,

Biri təsbeh, sarığı,

Biri kirli çarığı.

Batmış hamı sevincə,

Güldülər incə-incə.

Gətirdilər duz-çörək.

“Dərə xəlvət, tülkü bəy”

Dururdu kefi çox saz,

Baxırdı saymaz-saymaz.

Bir az söhbət etdilər,

Yola düşüb getdilər.

Çovuş oldu birisi,

Basdı kəndi cır səsi,

Keçdi dəstə başına,

Papaq endi qaşına.

Əlində uca bayraq,

Oxuyurdu, o şaqraq.

Dəstə şən, təmtəraqla,

Gedir çovuş bayraqla.

Tülkü düşmüş irəli,

Arabir dönüb geri

Gizli-gizli baxırdı,

Ağzından su axırdı.

Sanki ölçüb-biçirdi,

Köklərini seçirdi.

Kəsilmişdi taqəti,

Gözləyirdi fürsəti.

Getdilər bir az daha,

Çatdılar bir səhraya.

Tülkü dayandı, durdu,

Başladı hiylə qurdu.

Dedi: - Ay canım xoruz,

Gözəl məstanım xoruz!

Namaz vaxtıdır, dayan,

Çıx ağaca ver azan.

Alıb tez dəstəmazı,

Qılaq burda namazı.

Xoruz çıxdı, ucadan

Verdi gözəl bir azan

Tülkü dedi: - Tez durun,

Namaz üçün səf qurun!

Olsun xoruz pişnamaz,

Daha başlansın namaz!

Bağırdılar: - Yox, olmaz,

Bizim cinsə yaraşmaz.

Əslində pişnamazlıq,

Sənin şəninə layiq.

Tülkü dartdı özünü,

Turşutdu üz-gözünü,

Dedi: - Məndən çəkin əl!

Olmuşam çox bədəməl.

Öldürmək olmuş işim,

Qanlar tökmüş bu dişim.

Mənim kimi yaramaz

Olarmı heç pişnamaz?

Arıq xoruzun biri



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info