Qonaq Kitabı
TIQ-TIQ XANIM

Dedi: “Tıq-tıq xanıma

kömək etməliyəm mən”.

Atdı noğul, şəkəri,

tez çıxdı o, saraydan,

Tıq-tıq xanıma tərəf

yorğalayırdı Siçan...

Yuvasına çatınca,

yaxından bir səs gəldi,

Bu səs onun bağrını

bir xəncər kimi dəldi.

Bildi Tıq-tıq xanımdır,

boğulurkən bağırır,

Öz dostunu dar gündə

harayına çağırır,

Tez səsinə səs verdi,

o tərəfə yüyürdü.

Bir kiçik gölməçəyə

yetişincə, nə gördü:

Tıq-tıq xanım çuxurda

boğulur, əl-qol atır!

Gah çıxır su üzünə,

gah birdən-birə batır...

Bunu gördü, Siçanın

dərdi başından aşdı,

Yüyürdü, öz dostuna

belə şirin dil açdı:

- Əlini mənə, bəstərəcik!

- Yox, mən səndən küstərəcik...

- Əlini mənə, bəstərəcik!

- Yox, mən səndən küstərəcik...

- Əlini mənə, bəstərəcik!

- Yox, mən səndən küstərəcik...

- Küstərəcik ha, küstərəcik,

Bir daş üstündən əndərəcik!

Daşı vurdu başına,

bir az qəmləndi... yenə

Toy noğulu yeməkçin   

qayıtdı xan evinə.                  

                                  1910

 



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info