Qonaq Kitabı
TIQ-TIQ XANIM

- Saçı uzun Suray xanım,

Boynu uzun Buray xanım,

Sığal verib qara telə,

Hara gedirsən belə?

Bu söz ona xoş gəldi,

açdı tez yaşmağını,

Çadrasını yellətdi,

oynatdı başmağını,

Dedi: - Yalqızlıq sıxır

məni, gözüm Siçan bəy!

Özümə layiq yoldaş

axtarıb tapam gərək!

Siçan dedi: - Mən kimi

yaxşı yoldaş tapılmaz,

Gəl bir yerdə yaşayaq,

damağı çağ, kefi saz.

Dedi: - Sənə sözüm yox,

ancaq başa sal məni,

Söylə, nəylə döyərsən

acıqlandırsam səni?

Siçan dedi: - Yavaşca

quyruğumu bükərəm,

O incə göz-qaşına

qara sürmə çəkərəm.

Tıq-tıq xanım çadranı

yellətdi çox sevincək,

Söylədi: - Bu şərtə mən

razıyam, di gəl gedək!

Tez verdilər əl-ələ,

yoldan iraq keçdilər,

Siçanın daxmasında

bir ay yeyib içdilər.

Bir gün Siçan bəy dedi:

- Ay Tıq-tıq, şıq-şıq xanım,

Mənim gözəl yoldaşım,

mənim ciyərim, canım!

Bu gün xanın evində

toy var, dadlı yemək var,

Şəkər, noğul, qatlama,

fətir, yağlı çörək var.

Sən yuvadan çıxma ha,

mən gələnədək, dayan...

Tıq-tıq razılıq verdi...

düzəldi yola siçan

Sevincək, xan evinə

gedirdi yorğa-yorğa.

Saraya yetişincə,

sıxıldı bir bucağa.

Qatlamanı, noğulu

xırt-xırt ilə yeyirdi

Bığlarını silərək,

öz-özünə deyirdi:

“Tıq-tıq xanım yalqızdır,

onsuz haramdır yemək,

Bu noğuldan, şəkərdən

ona aparam gərək!..”

 

Dozanqurdu yuvada

yalqız qalıb darıxdı.

Həm də bir az susuzdu,

durdu, yuvadan çıxdı.

Gəldi bir yol ağzına,

baxdı o yan-bu yana,

Bir çuxurda su görüb

Tıq-tıq yanaşdı ona.

Əyilib su içəndə,

birdən düşdü çuxura,

Gördü ki, lap boğulur,

əl atdı ora-bura.

Sudan çıxa bilmədi,

bağırdı: - Ay-vay, kömək!..

Ancaq onun səsini

eşitmədi Siçan bəy...

Gördü gəlir atlılar,

şirin söhbət edirlər,

Batıb qızıl-gümüşə,

xan evinə gedirlər.

Çuxurda, su içində

onun halı ağırdı,

Birdən uca səs ilə

atlıları çağırdı:

“ – Tarap-turup atlılar,

Atları qanadlılar!

Xan evinə gedərsiz,

Siçan bəyə deyərsiz:

Saçı uzun Suray xanım,

Boynu uzun Buray xanım,

Düşübdü su çuxuruna,

Tez özünü yetir ona”.

Atlılar hər tərəfə

durub diqqət etdilər,

Görmədilər bir nəfər,

yola düşüb getdilər.

Xan evinə çatanca,

hamı atından endi,

Doluşdular saraya

xan məclisi şənləndi.

Hörmət ilə oturdu,

hamı qızıl kürsüyə.

Qonaqlardan birisi:

- Heyrətli işdir, - deyə,

Söylədi: - Biz bir yolun

qırağından keçərkən,

Bu sözləri söyləyən

bir səs eşitdik birdən:

“Tarap-turup atlılar,

Atları qanadlılar!

Xan evinə gedərsiz,

Siçan bəyə deyərsiz:

Saçı uzun Suray xanım,

Boynu uzun Buray xanım,

Düşübdü su çuxuruna,

Tez özünü yetir ona”.

Baxdıq o yan-bu yana,

diqqət etdik nə qədər,

Çox heyrətli bir işdir,

görünmədi bir nəfər...

 

Eşidincə bu sözü,

Siçan qalxdı yerindən,



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info