Qonaq Kitabı
A - Z

Səxi – Səxavətli

Səid – Xoşbəxt

Səidəxtər – Xoş taleli

Səqim – Xəstə, gücsüz

Səqqa – Sudaşıyan

Səlasil – Zəncirlər

Səlat – Birləşmə, əlaqə; Dua

Səlib – Xaç

Səm’ – Qulaq

Səmək – Balıq

Səng – Daş

Sər – Baş

Sərab – Ilğım

Sərgəştə – Avara, başıpozuq

Sərir – Taxt, yataq

Sərnigun – Çevrilmiş, başıaşağı

Sərzəniş – Danlaq

Səyyiat – Günahlar

Sib – Alma

Sibat – Ordu

Sidrə – Lotos

Sim – Gümüş

Sinək – Milçək

Sitarə – Ulduz

Sivü dü – Otuz iki

Siyam – Orucluq

Sövqənd – And

Sud – Fayda

Suf – Yun, qaba yun parça

Sunmaq – Təqdim etmək

Süfl – Aşağı, bünövrə

Sürəyya – Ulduz bürcləri

Sürx – Qırmızı

 

Ş

Şahid – Gözəl, sevimli

Şayəd – Bəlkə, yəqin

Şəb – Gecə

Şəcər – Ağac

Şəhd – Bal

Şəhnə – Darğa

Şəqi – Bədbəxt

Şəqq etmək – Şaqqalamaq, bölmək

Şəmim – Xoş ətirli

Şəmmə – Bir az, nəsə

Şəmsüzzüha – Səhər günəşi; parlaq günəş

Şəmşir – Qılınc

Şərabi-nab – Saf şərab

Şərməndə – Utanmış

Şəst – Altmış

Şə’şəə – Parıltı, əzəmət

Şətrənc – Şahmat

Şikəstədil – Ürəyi sınıq

Şir – 1. Süd, 2. Şir

Şirk – Çoxallahlılıq

Şitab etmək – Tələsmək

Şol – O

Şuridə – Qarma-qarışıq, həyəcanlı

Şümar – Say

 

T

Tabəndə – Parıldayan

Tabiş – Parıltı, istilik

Taət – Din və dünya qaydalarına itaət etmə

Tamat – Boş sözlər, cəfəngiyyat

Tanıq – Şahid

Tarik – Qaranlıq

Teyb – Xoş ətirli

Teyy – Ərzində

Təbdil etmək – Dəyişmək

Təcəlli – Əzəmətli zühur etmə

Təfəhhüs – Soruşma, axtarma

Təfərrüc – Əyləncə

Təhsin – Yaxşılaşdırma, bəyənmə

Təhtüs-səra – O dünya, yer altı

Təqrir – Təsdiq etmək

Tən – Bədən

Tənab – Kəndir

Tərəb – Şadlıq

Təriq – Yol

Təsərrüf – Sərf etmə, dəyişdirmə

Təşbih – Bənzətmə

Təvaf – Kəbənin başına dolanmaq

Təvil – Uzun

Təzvir – Hiylə

Tib – Bax: Teyb

Tiğ – Qılınc

Tilkə – Bu, budur

Timar – Əlac

Tir – Ox

Tö’mə – Yemək

Tövhid – Birlik

Tövq – Halqa, boyunbağı

Türfə – Yeni, əcaib şey

Tüyur – Quşlar

 

U

Uçmaq – Cənnət

Ufa – Kiçik

Uluğ – Böyük

 

Ü

Üftadə – Yıxılmış, düşmüş

Üqba – O dünya

Ümm-ül-kitab – Kitabın anası (Quran); Quranın fatihə surəsi

Ümmühat – Analar

Üşşaq – Aşiqlər

 

V

Vəbal – Çətinlik

Vərd – Qızılgül

Vərtə – Təhlükə

 

Y

Yarın – Səhər

Yey – Yaxşı

Yədi-beyza – Ağ əl

Yəğma – Qarət

Yəzdan – Allah

Yövmül-hesab – Hesab günü, qiyamət günü



 
[1] [2] [3] [4] [5] [6] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info