Qonaq Kitabı
A - Z

 

İ

İxlas – Səmimilik

İxtitam – Tamamlanma, yekun

İllət – Səbəb, xəstəlik

İmruz – Bu gün

İrişmək – Çatmaq

İstifham – Sual, xahiş

İstiva – Ekvator xətti

İşbah – Oxşarlar

İştiyaq – Həvəs

İttisal – Birləşmə, qovuşma

 

K

Kah – Saman

Kar – İş

Kəbənək – Yapıncı

Kəlamüllah – Allah sözü

Kəlb – İt

Kəm – Az

Kəndu – Özü

Kənz – Xəzinə

Kəzzab – Yalançı

Kibr – Lovğalıq, təkəbbür

Kibriya – Böyüklük, əzəmət

Kilab – İtlər

Kilk – Qələm

Kisvət – Paltar

Kişvər – Ölkə

Kövkəb – Ulduz

Kuh – Dağ

Kuşiş – Səy, çalışmaq

Külah – Papaq

Künfəkan – Kainat

Künyə – Ləqəb

Küstaq – Sırtıq, cəsarətli

 

Q

Qaim – Möhkəm

Qanğı – Hansı

Qasir – Sayğısız, zəif

Qate’ – Qəti, mübahisəedilməz

Qeyd – Məhdudiyyət, maneə

Qəhr – Qəzəb

Qəllaş – Fırıldaqçı

Qəmər – Ay

Qəncərü – Necə

Qət’ etmək – Kəsmək

Qəza – Yemək

Qissə – Hekayət, nağıl

Qiyas – Müqayisə, bənzərlik

Qiyməti-ərzan – Baha qiymət

Qo – Qoy

Qövl – Qohum

Qubar – Toz

Qutlu – Xoşbəxt

Qürs – Disk, dairə

 

L

La – Yox

Lacərəm – Istər-istəməz; Əlbəttə;Buna görə

Laf – Cəfəngiyyat

Laməkan – Məkansız

Laşə – Leş

Laübali – Qayğısız

Layəmut – Ölməz

Layəzal – Ölməz, əbədi

Leyl – Gecə

Ləb – Dodaq

Ləbən – Süd

Ləhvü lə’b – Pozğunluq

Ləmyəzəl – Əbədi, ölməz

Ləşkər – Qoşun

Lisan – Dil

Lö’löi-şəhvar – Şaha layiq inci

 

M

Ma – Su

Mahi – Balıq

Manəndi-cəllad – Cəllad kimi

Mar – İlan

Mazi – Keçmiş

Meyfüruş – Meysatan

Məani – Mə’nalar

Məbdə’ – Başlanğıc

Məcruh – Yaralı

Məgəs – Milçək; Arı

Məhcub – Utancaq, təvazökar

Məhcur – Ayrılmış, tərk edilmiş

Məxmur – Sərxoş, xumar

Məxzən – Xəzinələr

Məkkarə – Məkrli qadın

Məqdur – Qüvvəçatan, qaçılmaz

Məqhur – Qəhr edilmiş

Məlamət – Danlaq

Məlik – Padşah

Məmat – Ölüm

Mə’mur – Düzəldilmiş, təmir edilmiş

Mən’ etmək – Çəkindirmək

Mərdüm – Xalq

Mərəz – Xəstəlik

Mərg – Ölüm

Mərkəb – Minik heyvanı

Məsrur – Şad

Məstur – Gizli

Mətlə’ – Günəşin doğduğu yer; Başlanğıc

Mə’va – Məskən, sığınacaq

Midad – Qələm

Miftah – Açar

Mir – Ağa

Mir’at – Güzgü

Misbah – Çıraq, şamdan

Miyan – Orta, ara

Möhtəmil – Ehtimal edilən

Möhtəsib – Möhtəsib (şəriət işlərinə baxan məmur)

Mövc – Dalğa

Mu – Saç, tük

Munis – Yaxın dost

Murçə – Qarışqa

Mübəssir – Uzaqgörən



 
[1] [2] [3] [4] [5] [6] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info