Qonaq Kitabı
1911

Zənn etmə ki, daim belə qızğın qala bazar...

Min zülm çatır xəlqə dilazarlığından,

Yeydir sənə ölmək bu cəhandarlığından!..

 

 

İlk dəfə “Yeni həqiqət” qəzetində (17 fevral 1911, â„– 22) “Mütərcim Ə.S.” imzası ilə çap olunmuşdur.

 

97

MOLLA ƏRƏSZADƏNIN... VAY, YENƏ MABƏDI VAR!

 

Molla Ərəszadənin...[xvi] vay, yenə mabədi var!

Yazdığının yox sonu, “ənənə” mabədi var;

Gündə çıxan qəztənin bircəsi boş keçməyir,

Bir geçəlik mətləbin bir sənə mabədi var!..

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (23 fevral 1911, â„– 8) “(.....)” imzası ilə çap olunmuşdur.

 

 

98

TƏBRİZDƏN “MOLLA NƏSRƏDDİN”Ə GÖNDƏRİLƏN KAĞIZLARIN MÜFƏTTİŞİNƏ

 

Ey müfəttiş, yollanan kağızları axtarma çox,

Hökmi-təftiş eləyən əşxası get təftiş qıl;

Qorxma, yavrum, Molla Nəsrəddin əmin xain deyil,

Xaini-millət olan hükkamdən təşviş qıl!

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (23 fevral 1911, â„– 8) “(.....)” imzası ilə çap olunmuşdur.

 

 

99

MÜHƏRRİRLƏRƏ

 

Təlimə dair odlu yazılmış məqalələr,

Zənn etmə, mültəhib olaraq xəlqi yaxmayır..

Yox, yox, cəmaət anlamış elmin məziyyətin,

Amma nə çarə, daldakı məlun buraxmayır!..

 

 

İlk dəfə “Yeni həqiqət” qəzetində (1 mart 1911, â„– 32) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

 

100

EY PULLULARIN SƏFASI, NOVRUZ!

 

Ey pulluların səfası, novruz!

Tacirlərin aşınası, novruz!

Bir millətə eyd ikən, nədən bəs

Oldun füqəra əzası, novruz?!

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (9 mart 1911, â„– 10) “(.....)” imzası ilə çap olunmuşdur.

 

101

BAYRAM TÖHFƏSİ

 

Ey tökən mollaların kamına şərbət, novruz!

Əğniyalarla quran məclisi-işrət. novruz!

Səndə hər kəs sevinir, bəs niyə ancaq füqəra

Çəkir övladını gördükdə xəcalət, novruz?!

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (9 mart 1911, â„– 10) “(.....)” imzası ilə çap olunmuşdur.

 

 

102

OYLƏ BIR TƏRCÜMƏ KIM, RUHI-ŞEKSPIR GÖRÇƏK

 

Oylə bir tərcümə kim, ruhi-Şekspir görçək

Ağladı ruhi-Otelloyla bərabər özünə.

“Ax, mütərcim!” deyə bir odlu tüfürcək atdı,

Şübhəsiz, düşdü o da tərcüməkarın gözünə.

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (9 mart 1911, â„– 10) “(.....)” imzası ilə çap olunmuşdur.

Bu taziyanə Haşım bəy Vəzirov tərəfindən Şekspirin “Otello” əsərinin qəliz, savadsız bir dildə azərtürkcəyə tərcüməsi ilə əlaqədar yazılmışdır.

 



[i] Habil və Qabil – Din tarixində Adəm peyğəmbərin oğulları.

[ii] Nasirülmülk – İranda Qacar sülaləsinin son hökmdarı, az yaşlı Əhməd şahın hakimiyyəti dövründə (1909-1925) naibüssəltənə olmuşdur.

[iii] Məhəmmədəli şah taxtdan salındıqdan sonra Odessaya, oradan da Berlinə gedir. Berlində Nasirülmülk ilə görüşmək isdədikdə, Nasirülmülk onu rədd edir. Ona işarədir.

[iv] Təbriz hakimi, məşrutə uğrundakı mübarizənin əleyhdarlarından biri.

 

[v] Qədim İranın əfsanəvi padşahlarından biri. Guya çiyinlərinə iki ilan yapışmış imiş, bu ilanlar ona əzab verməsin deyə bunlara gündə iki uşağın beynini yedirərmiş.

 

[vi] Təbriz mücahidi. İranın baş naziri Mirzə Ələsgər xanı (Atabəy Əzəmi) öldürmüşdür.

 

[vii] Dreper Con Yilyam (1811-1882) – Amerika kimyaçısı və fizioloqudur. “Avropanın əqli inkişafının tarixi” (1867-1870), “Din və elm arasındakı münaqişənin tarixi” (1874) və bir sıra başqa əsərləri ilə geniş şöhrət qazanmışdır.

[viii] Əhməd Midhət (1845-1913) – Məşhur türk yazışısı.

 

[ix] Rəhim xan – İranın iri feodallarından biri idi. 1905-ci il inqilabı dövründə Təbriz zəhmətkeşləri üsyan bayrağı qaldırdığı vaxt Məhəmmədəli şahın göstərişinə əsasən əksinqilabçılara kömək üçün böyük bir atlı qüvvəsi ilə Təbriz gəlmiş, kəndliləri qarət etmiş, bir çox adamı “inqilabçı” adı ilə tutub həbsə atmışdır.

 

[x] Peterburqda çıxan mürtəce “Novoye vremya” qəzetinin (1868-1917) fəal mühərrirlərindən biri.

 

[xi] 1911-1912-ci illərdə Bakıda çıxan “tərbiyeyi-ətfala, ədəbiyyata, təbabət və evdarlığa dair” həftəlik qadın jurnalı. Redaktoru Xədicə xanım Əlibəyova, naşiri isə Mustafa bəy Əlibəyov.

[xii] Deyir.

 

[xiii] Almaniyanın Berlin yaxınlığında, yaşıllıq içindəki şəhərlərindən biridir.

[xiv] Almaniyanın cənub-qərbində böyük şəhər.

 

[xv] Müslihiddin Sədiyi-Şirazi (1184-1291) – Şərqin dahi klassiklərindən biridir.

 

[xvi] Molla Məhəmmədtağı Ərəszadə - Zaqafqaziya ruhani idarəsinin üzvü idi. O zamankı moizələrdən ibarət uzun-uzadı məqalələr çap etdirər, axırında isə həmişə “mabədi var” sözlərini yazardı.

 



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info