Qonaq Kitabı
1911

Qan deyil nəşimiz üstündə qızıltək qızaran,

Əsgəranız ki, hünər göstərib, ənam alırız.

 

İlk dəfə “Günəş” qəzetində (19 yanvar 1911, â„– 16) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

 

89

DREPER[vii] DEYİR Kİ:

 

Elm olduğu yerdə olamaz dinü dəyanət,

Din məsələsi cəhl təqazası deyilmi?

Təbid olunan məclisi-şurayi-düvəldən

Avropanın ərbabi-kənisası deyilmi?

 

Əhməd Midhət[viii] deyir ki:

Dinsizlik ilə kəsb olunan bir mədəniyyət,

İnsanlığın olduqca bəlayası deyilmi?

Məhdi-mədəniyyət ki, deriz mülki-firəng,

Vəhşiyyətin ən qorxulu səhrası deyilmi?

 

İlk dəfə “Günəş” qəzetində (23 yanvar 1911, â„– 2) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

 

90 

EL ÇƏKIR NAMIMI MIN LƏNƏT ILƏ 

 

El çəkir namımı min lənət ilə,

Mən eli yad edirəm rəhmət ilə;

Nə elin lənətinin bir kəsəri,

Nə mənim rəhmətimin bir əsəri;

Mən nə müstəvcibi-lənəm, zira,

Nə də el rəhmətə, qüfranə səza!

 

Məhəmmədəli şahın dilindən yazılmış bu taziyanə ilk dəfə “Molla Nəsrəddin” jurnalında (29 yanvar 1911, â„– 5) “(.....)”imzası ilə çap olunmuşdur.

 

 

91

EŞİDİRİZ Kİ:

 

O zəmandan ki, Rəhim xan[ix] yetişib Təbrizə,

Həzrəti şamü səhər did olunur, bus edilir;

İnqilabi adı cəbrdən taxılıq ehrarə,

Hər nasıl hiylə ilə olsa da məhbus edilir.

 

İlk dəfə “Yeni həqiqət” qəzetində (1 fevral 1911, â„– 10) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

 

92

MENŞIKOV[x] DEYIR KI:

 

Məktəbə düşmən olan bəz müqəddəa (?) üləma

Ostroumova yazmaz da təşəkkür nə üçün?

Kişi Xoqənddə məktəbləri təəzzür nə üçün?

 

İlk dəfə “Yeni həqiqət” qəzetində (2 fevral 1911, â„– 11) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

 

93

DÖRD DİLLİ QIRMANC

 

Zaqafqaziya müftisi Hüseyn əfəndi cənabları deyir ki:

 

Kəşfi-vəch etmək deyil övrətlərə şərən həram, -

İştə Quran, iştə asar, iştə məfhumi-kəlam!

 

“İşıq”[xi] qəzetəsi müdərisi Xədicə xanım cənabları deyir ki:

Müslimə övrətləri məsturə olmaq istəriz, -

İştə söz, iştə əməl, iştə müvafiq bir məram!

 

Şamaxı camei müdərrisi Əbdülxalıq əfəndi cənabları deyir ki:

 

Müslimə övrət fəqət əl, üz açar indəssəlat, -

İştə ayat, iştə əxbar, iştə əshabi-kiram!

 

“Molla Nəsrəddin” də deyir ki:

 

Müfti oylə, Əbd... boylə, həm Xədicə şoylə der[xii], -

Iştə oylə, iştə boylə, iştə şoylə, vəssəlam!..

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (12 fevral 1911, â„– 7) imzasız çap olunmuşdur.

 

94

BÜTÜN AVROPADA KƏMYAB IKƏN, AMMA BAKIDA

 

 

Bütün Avropada kəmyab ikən, amma Bakıda

Nə səbəbdənsə bu il oldu firavan yubiley.

Göndərilsin zakaz indi Bakıya Şirvandan,

Orada çünki satılmaqdadır ərzan yubiley.

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (12 fevral 1911, â„– 7) “(.....)” imzası ilə çap olunmuşdur.

Bu taziyanə o zamanlar Şamaxıda müəllimlik edən Hafiz əfəndi Şeyxzadə üçün keçirilən yubiley münasibəti ilə yazılmışdır.

 

 

95

MƏMDƏLİ DEYİR Kİ:

 

Rusiyyə diplomasyasına bağladım ümid,

Zənn eylədim ki, dərdimə bundan dəvə olur;

Umdum ki, şah edər məni İranıma yenə,

Gec-tez nasıl olursa da kamım rəva olur;

Xassə nəzərdə vardı Potsdam[xiii] görüşməsi,

Bundan əmin idim ki, mənə etina olur;

Lakin mənim bu fikirlərim xam imiş bütün...

Söz yox, müxəbbətin işi boş xülya olur...

Rusiyyə sanki şahlığıma olmadı riza,

Almanya diplomasyası şayəd riza olur;

Tərk eylədim bu xatirə Rusiyyə mülkünü,

Artıq Frankfurtda[xiv] işim cabəca olur...

 

 

İlk dəfə “Yeni həqiqət” qəzetində (13 fevral 1911, â„– 19) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

 

96

ƏRDƏBİL HAKİMİ RƏŞİDÜLMÜLKƏ

 

Şeyx Sədi[xv] deyir ki:

 

Ey qolçomaq, əlsizlərə çox eyləmə azar,



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info