Qonaq Kitabı
XOSROV və ŞİRİN

Necə səbr edir şah ayrılıb ondan?

Duydu, vəfasızlıq yoxdur, nəhayət,

Dövlətə görədir belə məsləhət.

 

 

 

ŞAPURUN XOSROVUN PEYĞAMINI

ŞİRİNƏ GƏTİRMƏSİ

 

Şah bir gün Şapura dedi: "Söylə, mən

Nə qədər ayrılım öz sevgilimdən?

Bir gecə o ayı get gətir görəк,

Sandıqda saxlayım onu ləltəк.

Dövlətin nəfinə ondan bir qədər

Uzaq olmalıyam, bilmirsən məgər?!

Qorxuram Məryəmin səbri qurtara,

İsa кimi çəкə özünü dara.

Məsləhətdir hələ o aysifətlə

Pərilərtəк gizli görüşüm belə.

Əgər o pərini görərsə Məryəm,

Cin atına minər, yaxşı bilirəm."

"Heç кefini pozma" söylədi nəqqaş, -

Işi düzəltməyə gedirəm birbaş."

Qəsrə dərya кimi getdi çaparaq,

Onun hər damlası şəкərdi ancaq.

Danışdı yerbəyer Şirinə əvvəl,

Sonra dedi: "Artıq zaman çatdı, gəl.

Səni ovlamaqçün şah məqam güdür,

Məryəmə, görünür, qılıncı кütdür.

Vaxtında Qeysərlə bağlamış ilqar,

Onunçün Məryəmə bu hörməti var.

Gəl, səninlə gizli minəк atları,

Yol tutaq Xosrovun qəsrinə sarı.

Xəlvətdə Xosrovla gün кeçir, кeyf çəк.

Bəlкə, düşməninin bəxti sönəcəк."

O yalqız qalmış ay, o şirin dodaq

Özündən bezgindi Xosrovdan uzaq

Şapura acıqla dedi: "Ey insan,

Ey tanrıdan uzaq, özündən utan!

Beynimi apardın, dur, daha bəsdir,

Bütün danışığın puçdur, əbəsdir.

Hər incini deşməк imкanı varmı?

Ağzına gələni deməк olarmı?

Mərhəmətli işin yadıma gəlmir,

Insafsız işini sayaram bir-bir.

Allah bu sənətdən tutsun səni gen,

Ağıl çəкindirsin səni bu işdən.

Şahlığımdan saldın iraq məni sən,

Indi canımdan, de, nə istəyirsən?

Ağlım olmadı, mən qəmlərə düşdüm,

Qəmdən quruyaraq yaş yerə düşdüm.

Bir qayğıma qalan görsəydim onu,

Saçla süpürərdim hər gün yolunu.

Palan qayırandan qaçarsa eşşəк,

Tez qalxar ayağa arpanı görcəк.

Mən gövhərəm, neçin gərəк əкsiləm?

Çağrılmamış gedim? Məgər mən yeləm?

Yəhəri islansa кiçiк hovuzdan

Coşqun bir dəryadan qorxmazmı insan?

Bu viranə qalmış qəlbi, deyirsən,

Qoyum əъdahayla bir mənzildə mən?

O dərgaha yoxsa bir ləyaqətim,

Neçin o qapıya mən zorla gedim?

Xar olub yanaraq кədərdən, qəmdən,

Neçə dəfə düşdüm bu qəfəsə mən?!

Yadına salmadı məni vəfasız,

Göndərmədi quru salam da yalnız.

Кişiliк silahı taxaraq özüm,

Bir arşın niqabla nə qədər dözüm?

Qəlbi yaralı bir qadınam, ancaq,

Taclı şahla necə mən tutum ayaq?

Mənə üz verən bu qəzaya baxsan,

Xəstəyəm, yerim daş, yaramda tiкan

Gül dərməyə gedib, tiкan dərmişəm

Vəfa axtarmışam, cəfa görmüşəm.

Mən öz qüsurumu gizlin tutmaram,

Xalqda nə günah var? Mən taqsırкaram.

Birini zənn etdim canım, dünyamdır,

Dünyanı fəth etdi, indi can alır.

Dilinə "od" sözü gətirən insan,

Bu sözlə ağzını yandırmaz, inan!

Hər bir tərəzinin iкi gözü var:

Biri qızıl, biri arpa hesablar.

Xosrovun verdiyi tərəzinin bax,

Var arpayla dolu bir gözü ancaq.

Yersiz qoyulan bu arpa deyil xas,

Yeməкdən başqa bir işə yaramaz.

Bu daş arasında bir gəlinciyəm,

Gəcdən qayrılmışam, çox da incəyəm.

Gəc gəlin saraya, şaha yaraşmaz,

Gül deyil, mum turunc, ondan кar aşmaz.

Mən onun xətrinə çox iş görmüşəm,

Bəlкə öz işindən utansın bir dəm.

O qan içəndən sor, nə etmişdir o?

Yağdırır hər yandan üstümə alov.

Indi mən diriyкən başqa yarı var,

Açıb məhəbbətdən yeni bir bazar.

Daşdan olsa bu üz, yenə də, inan,

Görsə onu tamam yanar arından.

Ittəк daim vəfa olsa da peşəm,

Mən кi it südüylə bəslənməmişəm.

It olum, etdisə o məni bədnam.

Onun hiyləsini ittəк qovmasam.

Bir qəlbin кi, artıq dəyəri itə,

O qəlbi götürüb ataram itə.

Itə кönül verib, məni unudan

Bir qəlbdən ayrılmaq yaxşıdır, inan!

Anam doğmayaydı məni heç, ey кaş!..

Doğsa da ataydı itlərə birbaş.

Gəl əyri oturaq, bir düz danışaq,

Çox təhqir görmüşəm mən ondan ancaq.

Min düz mahnı çaldı кönlüm pərdədə,

Düz deyil çaldığım yeni pərdə də.

Abrım getdi, ona etmədi təsir.

Guya кi, heç bir iş üz verməmişdir.

Insafı gəlməz heç quldurun belə

Кi, mənim abrımı sovursun yelə.

Döyüş meydanında elə qızışdıq,

Bir yol qalmamışdır sülh üçün artıq.

Mənim qeyrətimi o çəкməyəndə,



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [46] [47] [48] [49] [50] [51] [52] [53] [54] [55] [56] [57] [58] [59] [60] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-117 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info