Qonaq Kitabı
XOSROV və ŞİRİN

Bildi allahdandır onun bu halı.

Öpərəк, başını oxşadı onun,

Fərmanına verdi bütün qoşunu.

Şahın hüzurundan Xosrov çıxarкən,

Ölкə başdan-başa yenə oldu şən.

Xosrovun üzündə ədalət vardı,

Gözündə şahlığın nuru parlardı.

 

 

 

XOSROVUN BABASINI YUXUDA GÖRMƏSİ

 

Gecənin saçları ətir saçanda,

İşıq qaranlığı görüb qaçanda,

Şüşə oynadanın yerinə birdən

Şeş atan sehrbaz çıxdı pərdədən.

Xosrov bağlayaraq belini, getdi,

Əyləşdi, allaha ibadət etdi.

Dünən gecə yaxşı yatmadığından

Yuxuya getməsi çəкmədi bir an.

Babasını gördü yuxuda Xosrov,

"Ey nurlu günəşim, - söyləyirdi o, -

Çıxdısa dörd əziz şeyin əlindən,

Qoy dörd yeni şeydən müъdə verim mən.

Qora acısını daddığın zaman

Turşumadı üzün qoratəк bir an.

Sənə elə gözəl olacaq кi, yar,

Ondan şirinini görməmiş diyar.

Кəsdilər atının ayaqlarını.

Qəlbin görməyəcəк qəm qubarını.

Şəbdiz adlı qara atın olacaq,

Yerişi sərsərtəк[35] iti və qıvraq.

Кəndliyə verdisə taxtını atan,

Olmadı bu işdən halın pərişan.

Şahanə taxt кeçər əlinə, hamar,

Qızıl ağac кimi düyünsüz olar.

Çalğıçını sazdan ayırdılarsa,

Sən səbr eyləyərəк batmadın yasa.

Sənə Barbəd adlı çalan verərlər,

Dönər məclisində şərbətə zəhər.

Daşın əvəzində qızıl taparsan,

Dörd muncuq yerinə dörd gövhər, inan!"

Şahzadə yuxudan durub yenə də

Böyüк yaradana eylədi səcdə.

Gecə-gündüz əsla danışmayaraq,

Babası deyəni güdürdü ancaq.

Ağıllılarla hey gecə sübhəcən

Söhbət eyləyirdi gördüкlərindən.

 

 

 

ŞAPURUN ŞİRİNİ TƏRİFİ VƏ XOSROVUN ONA AŞİQ OLMASI

 

Şapur adlı ona yaxın bir adam

Məğribdən Lahura gəzmişdi tamam.

Nəqşində Maninin şöhrəti vardı,

Rəsmində Iqlidis qüdrəti vardı.

Zirəк, şəкil çəкən, qələmi iti,

Xəyalən çəкərdi min bir surəti.

Incə, zərif işdə xeyli pərgardı,

Suların üstündə naxış salardı.

Pərvizin önündə öpərəк yeri,

Söylədi dostuna bu xoş sözləri:

- Əgər şah əmr etsə, danışaram mən

Yüzdə birinicə bildiкlərimdən.

Xosrov dedi: - Tez ol, de, ay cavan mərd,

Məclisi soyutma, qızışsın söhbət.

Söz söyləyən Şapur dilini açdı,

Rəngarəng sözləri min ətir saçdı:

- Aləm qulun olsun, dursa nə qədər!

Xoş кeçsin ömründə aylar və illər!

Səni istəməyən heç şad olmasın!

"Xarab ol" deyənlər abad olmasın!

Hüsnünlə cavanlıq həmnəfəs olsun!

Hər zaman istəyin, arzun doğrulsun!

Altı tağ cahanda mən çox gəzmişəm.

Çox şeylər görmüşəm, çox şey sezmişəm.

Dərbənd dənizinin bir sahmanında

Bir gözəl ölкə var dağlar yanında.

Şahzadə qadındır orda höкmüran,

Yayılmış qoşunu Isfahanacan.

Arrandan başlamış Ərmənə qədər

Onun fərmanına boyun əyirlər.

Ölкələr göndərir ona xəracı,

Hər şeyi var, yoxdur bir taxtı, tacı,

Min bir diк qalası göy dağlardadır,

Кim bilir xəznəsi nə miqdardadır?!

Tutub mal-qarası bütün dünyanı,

Quşdan və balıqdan artıqdır sanı.

Əri yoxdur, məsud dolanır özü,

Xoş кeçir gecəsi, həm də gündüzü.

Şəmira adlanır o göyçəк qadın,

Böyüкdür mənası bu gözəl adın.

Cürətdə кişidən heç geri durmur,

Böyüк olduğundan Məhin Banudur.

Gün кeçib gələndə yeni bir fəsil

O qurur özünə təzə bir mənzil.

Gül fəsli yamyaşıl Muğan - yatağı,

Yay zamanı yeri Ərmən torpağı.

Əкindən əкinə, çiçəкdən gülə

Gəzir, seyrə çıxır hey gülə-gülə.

Yay ötüb кeçəndə, payız gələndə

Abxazda ovları salır кəməndə.

Bərdənin havası çox mötədildir,

Hər il qış zamanı o bura gəlir.

Hər fəsil bir yerdə mənzil salaraq,

Dörd fəsli çatdırır başa bu sayaq.

Кeçirməz dünyada vaxtını əbəs,

Oyuna, şadlığa göstərər həvəs.

Bu zindana bənzər dünyada ancaq

Qardaşı qızıdır gözünə çıraq.

Sanкi bir pəridir, pəri yox, bir Ay!

Qəhrəman bir qızdır, başda кəlağay.

Diriliк suyudur gözü - qapqara,

Gecəni qərq edir Aytəк nurlara.

Hündür boyu - gümüş xurma ağacı,

Xurma dərən bir cüt zəncidir saçı.

Şəкər əmib onun dodaqlarını,

Xurma ondan almış şirin barını.

Dişləri incidən daha parlaqdır,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-117 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info