SEVDA QARŞISINDA
Dönür eşqim odu şərarə mənim, Gözəlim, kəc baxış nihahından. Dərdimə gəl bir eylə çarə mənim, Gəlməsən, keçmərəm günahından.
Səni mən sevdim, ey vəfakirdar, Səri-kuyində istirahət edim! Mənə qıldın əziyyətü azar, Kimə səndən gedib şikayət edim?
Məni sən sevməsən də, mən sevərəm, Sənin hicrində sinə çak edərəm, Qəmi-eşqindən etməm istehza Ola gər çak-çak pirəhənim, Yusifi-dəhri eşqdir süxənim, Dözərəm iştə ta yetincə sənə.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info