Qonaq Kitabı
Əgər dünya budur, bixanü biman olmamız yegdür

Əgər dünya budur, bixanü biman olmamız yegdür,

Buraqıb işrət əsbabını üryan olmamız yegdür.

 

Bu isə şeyxü vaiz, məscidü minbər tamaşası,

Xərabat əhlidin məstü qəzəlxan olmamız yegdür.

 

Bularsa ol cəmaət kim, urarlar lafi-bəxşayiş,

Yetər cəm'iyyəti-xatirpərişan olmamız yegdür.

 

Əgər dövlət budur kim, dundən, xəlqi itaətdən,

Gəl, ey həmdəm, əlaxan olmamız yegdür.

 

Bulay kim, əl verə bir sərvi-xoşrəftar pabusu,

Cəhanda sayədən xak ilə yeksan olmamız yegdür.

 

Nədir keyfiyyəti zöhdü ribavü şəttü damanın,

Gigib divanəvəş məstü qəzəlxan olmamız yegdür.

 

Gəhan gülzarının xəndan gülü bərbad olur axır,

Buludtik gah xəndan, gah giryan olmamız yegdür.

 

Bulunmaz çün cəhan məmurəsində xaneyimunis,

Ənisi-qəm, müqimi-gənci-viran olmamız yegdür.

 

Dədü damın hərifi olmanız, muri-zəifləriz,

Demə, ey Sadiqi, mülkə Süleyman olmamız yegdür.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info