EY MÜTRÜBEYİ ”“ DÖVRİ ”“ TƏCAHİL
(“Ey mütrübeyi – dövri – təməddün” ünvanlı əşarə nəzirə)
Çal zurnavi, hürriyyəti mədhuş edəlim, çal! Ver cami-səfalət, alalım, nuş edəlim, çal! Həp köhnələri məst və bihuş edəlim, çal! Müstəqbəli mətruk, fəramuş edəlim, çal! Yanmaqda olan şəmi fəramuş edəlim, çal! Çal, üstümüzə aləmi xəndan edəlim, çal! Çal, düşməni-müstəqbəli şadan edəlim, çal!
Ey dilbəri-mazi! A gözəl quli-biyaban! Sal çadireyi-zülmətini, etgilə pünhan! Qoyma ola xurşidi-cahantabı nümayan. Sən eylə qaranlıq, qoy ola nur gürizan, Dərdü qəmi-millətdə ikən tazəpərəstan, Çal, onları hər ləhzə pərişan edəlim, çal! Çal, zülmət ikən aləmi talan edəlim, çal!
Qoyma, səni birdən yaxalar bu mədəniyyət, Pamali-həqiqət olar-a qeyri-həqiqət. Xoşdur bizə bu geydiyimiz cildi-xəriyyət, Var qorxusu, göstərsə üzün feyzi-təbiət Bir xütbə qabağə gedə, qoyma bəşəriyyət. Çal, çal, vətəni, milləti viran edəlim, çal! Çal, qəflət ilə ömrü də payan edəlim, çal!
Əsdikcə nəsimi-şəbi-deycuri-cəhalət, Ənfasimizə bəxş eləyir zülmü zəlalət. Yatdıqca müyəssər olur insanə səadət, Hətta oyanır cismdəki xuni-ləamət. Ey xoş ona kim, annamayır sudü xəsarət. Çal, faidəmizdir, hələ dövran edəlim, çal! Çal, mütrübə! Məmurəni viran edəlim, çal!
Çal, mütrübə! Könlümdəki alamı bütün sil, Çal, oynayalım, rəqs edəlim, qalmaya nisgil, Çal zurnavı, vur dümbəyini, olgilə xoşdil, Çal, eyləmə təqsir, a bədruy, a bədgil, Çal, arifi-bidinin ola işləri müşkil. Çal, aşiqi-müstəqbəli heyran edəlim, çal! Çal, hamımıza hər kəsi girdan edəlim, çal!
Təkfir edəriz zümreyi-əhrari-cəhani, Təlin edəriz tazəpərəstani-zəmani. Nifrin edəriz kim ki, bəyənməz üləmani, Biz də görərizmiş belə bir əsri-fənani? İmdad elə mazi! Ələ al çəngi, çəğani, Çal, nəğmeyi-məhudunu üman edəlim, çal! Çal, atəşi-Nəmrudunu suzan edəlim, çal!
Əslafımızı yad ilə gəldikcə xəyalı, Alqışlayalım, yığmalayım vizrü vəbalı. Əbdül Hamidan, boynu yoğun şahi-şəğalı, Şeyxani-hüda, vəhdəti, fəzli, nə kəmalı, Çal, mütrübə! Çal, çəngü neyü sazü qəvalı, Kamilləri də vasili-niran edəlim, çal! Qəbrində Atabəkləri suzan edəlim, çal! Çal, düşməni-hürriyyəti rəqsan edəlim, çal! Çal, üstümüzə aləmi xəndan edəlim, çal! Çal, tazəpərəstanı peşiman edəlim, çal!
Şəmşirək “Zənbur”, 1909, N 18.
|